Digər

12-13 avqustda əla bir mərasim var.

Want create site? Find Free WordPress Themes and plugins.
Xalq arasında “ulduz düşməsi” olaraq bilinən meteorit yağışının ən sıx olanlarından biri Perseid 12-13 avqust tarixində maksimum səviyyəyə çatacaq. Səmadakı mərasim gecənin hakim olduğu bölgələrdə çılpaq gözlə izlənilə biləcək.

12-13 Avqust gecəsi yaşanacaq səma şousu olan, xalq arasında “ulduz düşməsi” deyə bilinən hadisə əslində meteoritlərin son dərəcə yüksək sürətlərlə Yer atmosferinə girərək sürtünmə nəticəsində yanmasıyla meydana gəlir. Ulduzlarla əlaqəsi olmayan bu meteorların əksəriyyəti qum dənəsindən daha kiçik ölçülü qaya parçaları və kosmik daşdır və çoxu heç Yer səthinə çata bilmir.

Bir ildə 8 meteorit yağışı

İldə səkkiz dəfə meteor yağışı yaşanıb. Ən təsir edici yağışların önündə yanvar ayının ilk həftəsi yağan Quadrantid (Dördlük) və 13-14 dekabrda baş verəcək Geminid (Əkizlər) meteorit yağışlarında 1 saatda 120-ə yaxın meteor görülə biləcək. Ayrıca bu il apreldə Lyrid (Lir) saatda 20, Mayın ilk həftəsi Eta Aquarid (Eta Dolça) saatda 60, iyulda Delta Aquarid (Delta Dolça) saatda 20 ədəd müşahidə edilən meteor yağışları baş verdi. 12-13 Avqustdakı Perseiddən sonra 20-21 Oktyabrda Orionid (Ovçu) saatda 20, 17-18 Noyabrda Leonid (Aslan) saatda 15 və 13-14 dekabr tarixlərində Geminid (Əkizlər) saatda 120 ədəd görülə biləcək şəkildə meteor yağışı yağacaq.

12 Avqustda maksimum saya çatacaq

Bu il 12- 13 Avqust tarixlərində, gecə yarısından sonra meteor yağışı maksimum həddə çatacaq. Şəhər işıqlarından uzaq bir yerdə gecə boyunca saatda 90-a qədər meteor görmək mümkündür. Perseid meteor yağışıyla əlaqəli bütün meteorlar Perseus (Persey) bürcündən gəlirmiş kimi görünəcək. Buna görə xüsusilə Persey bürcünün gecə boyunca yüksəlməsini gözləmək lazım olacaq. Persey bürcü ölkəmizdəki müşahidəçilər üçün təxminən gecə yarısı şimal-şərqdən yüksələcək, bu sırada Ay da bütöv aya yaxın görünüşdə olacaq.

“Diləyiniz çox zəhmət çəksəniz yerinə yetər”

Meteor yağışlarını müşahidə etmək üçün insan gözündən əlavə xüsusi bir müşahidə alətinə ehtiyac olmayacaq. Ehtiyac duyacağınız şeylər şəhər işıqlarından uzaq bir yer, açıq və buludsuz bir səmadır. Əgər hava soyuqsa soyuğa qarşı qalın geyimlər geyinin. Ayrıca meteor yağışlarının ulduz düşməsi hesab edilməsi nəticəsində bir çox adam da dilək tutur. Heç bir əlaqəsi yoxdur, amma istəyən istədiyi diləyi tuta bilər, ancaq gerçəkləşməsini meteorlara bağlamasın. Diləyin gerçəkləşmə şərtlərini insan özü hazırlayır. Diləyiniz çox zəhmət çəksəniz yerinə yetər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: