Want create site? Find Free WordPress Themes and plugins.
Birtərəfli arqument

Dünyada milyonlarla digər tələbə kimi məktəbdə mənə də insanların “mükəmməl varlılqlar” olduğunu və bizim “ali qüvvə”, yaxud “Tanrı” tərəfindən yaradıldığımızı öyrədirdilər, O isə bizi “öz simasında” yaradıb. İnsan vücudu, yaxud insan anatomiyası ilə bağlı hər dəfə nə isə öyrəndiyimiz zaman bu “mükəmməl dizayn”ın təsadüf nəticəsində yaranmış olmadığı iddiasını dəstəkləmək üçün dərsliyimizdə “müqəddəs kitab”dan sitatlar gətirilirdi.

İllər keçdi və mən bioloq oldum. Mən bizim mövcudluğumuz fikri üzərində daha çox düşünməyə başladim və nəhayət bu qənaətə gəldim ki, ola bilsin, mən axtardığım cavabı tapmışam. Bu, “yaradılış” deyil, mütləq başqa bir şey idi. Mən cavabı bilmirdim, çünki mövcud təhsil sistemi arqumentin digər tərəfini izah etmirdi. Bunu özüm tapmalı idim. Beləliklə, bu məqalədə mən məntiqdən, elmdən və rasional düşüncədən istifadə edərək bəşəriyyətin mənşəyi haqqında düşüncələrimi dəyişən fikirləri eynilə təkrar edəcəyəm. Məqalənin davamını oxumazdan əvvəl açıq fikirli olmağınız zəruridir, daha sonra isə nəyə inanmalı olduğunuza qərar verərsiniz.

Mükəmməl yaradılış yoxsa məhdud güc?

Əgər siz maşın mexanikisinizsə və sizin müştərinizin maşını ciddi bir qəza keçiribsə, sizin iki seçiminiz olacaqdır. Birincisi, siz maşını elə mükəmməl qaydada təmir edirsiniz ki, o, bir daha sizin yanınıza qayıtmasın. Bu məqamda biz doğru olaraq, belə fərz edə bilərik ki, siz nə etdiyinizi bilirsiniz və onu mükəmməl edirsiniz. Digər bir seçiminiz odur ki, siz maşını təmir edirsiniz, lakin təmir olunmamış bir hissə saxlayırsınız ki, müştəri yenidən yanınıza gəlməyə və maşını təmir etdirməyə məcbur olsun. Əgər siz bunu bilərəkdən etsəniz, deməli, siz qəddarsınız, yox, əgər siz bunu istəmədən edirsinizsə, deməli sizin təmirlə bağlı biliyiniz məhduddur.

Bunun necə ağıllı dizayn ilə əlaqəsi nədir? İnsan vücudu mükəmməllikdən çox uzaqdır. Biz 6000-dən artıq genetik xəstəliyə malikik, onların əksəriyyəti həddindən artıq ağrılıdır! Əgər siz bu xəstəliklərlə doğulmamaq üçün kifayət qədər şanslısınızsa, o zaman doğulduqdan sonra sizi malyariya və xərçəng xəstəlikəri gözləyir! Bizim bədənimiz əzab, xəstəlik, qocalmaq və ölümdən ibarət bir dövrdən ibarətdir. Burada qətiyyən mükəmməllik ola bilməz. Əgər insanlar ağıllı şəkildə dizayn olunsaydı, ilk növbədə, biologiyamızdakı bu qüsurlar baş verməzdi. Buna görə də bizim “yaradılışımız”ın arxasındakı “ali qüvvə” ya qüvvəsi məhdudu olduğundan öz işini yaxşı görə bilməyib, ya da o, bilərəkdən bu qüsurları bizdə yerləşdirib və bizi əzaba məhkum edib. Deməli, o, qəddardır.

Bizim “dizayn”ımızdakı, yaxud “yaradılış”ımızdakı qüsurlar ayrıca bir nəsilə məxsus olmaqla qalmır. Onlar bir nəsildən digərinə keçərək insanlığın böyük bir qismini “yaradıcı”mızın məhdud qüvvəsinin nəticələrindən əziyyət çəkməyə vadar edir.
Anadangəlmə qüsurlar başqa şey göstərir

Yalnız ABŞ-da 100 yeni doğulan körpədən 4-ü anadangəlmə qüsurların hər hansı bir növünə sahib olur. Bu anadangəlmə qüsurların 30%-i xromosom anormallığı və ya tək gen qüsurları kimi genetik faktorların nəticəsi olduğu halda digər 70%-in səbəbi hələ də məlum deyil! Doğulan uşaqların 94%-i sağlam olmasına baxmayaraq “mükəmməl yaradılış” sözü həddən artıq şişirdilmiş kimi səslənir! Mükəmməl ona demək olardı ki, bütün insanlar 100% xəstəliklərdən, genetik anormallıqlardan və anadangəlmə qüsurlardan azad olsun. Hal-hazırda isə belə deyil. Genlər biologiyamızın nüvəsidir, əgər onlar qaydasında deyilsə, deməli yanlış nəsə var. Bəzi anadangəlmə qüsurlar fizikidir, yəni siz onları uşağınızda müşahidə edə bilirsiniz. Digərləri isə gizlidir və onları görmək olmur. Onlar daha təhlükəlidir və uşağın gələcək həyatında ciddi sağlamlıq problemlərinə yol aça bilər. 4000 anadangəlmə qüsurun olmasına baxmayaraq, bəziləri insanları hələ də “mütləq mükəmməl dizayn”ın nəticəsi hesab edir.

Anadangəlmə qüsurlar: ağıllı dizayn, yoxsa genetik xəstəlik? Qaynaq: ABŞ Hava qüvvələri/Xəstəlik Nəzarəti və Qarşısının Alınması Mərkəzi/Ed Utman

 

Sizin təbiət üçün əhəmiyyətiniz yoxdur

Belə bir söz var: insanlar “Tanrının sevimli bəndələridir!” Ağıllı dizayn tərəfdarları bizim kosmoksdakı yerimizi əsaslandırmaq üçün bu arqumentdən istifadə edir. “Biz mövcud olan bütün canlılardan ən üstün olanıyıq və başqa hər şey bizi məmnun etmək üçün yaradılıb!” Bu, təkcə görməzdən gəlmək deyil, həm də lovğalıqdır. Bu fikri dəstəkləyəcək heç bir dəlil yoxdur. Biz Yerdə mövcud olan bütün digər canlılar kimiyik. Biz həm yırtıcı, həm də qənimətik və bu əzab və işgəncə dövranını sürməliyik.

Götürək elə qarışqaları: öz kiçik ölçülərinə görə bu balaca canlılar bəzilərimizə əhəmiyyətsiz görünə bilər, lakin həqiqətdə onlar çox ağıllıdırlar! Ola bilsin ki, onlar bizdən daha uzun müddətdir ki, buradadırlar, onlar öz qərarlarını özləri verirlər və qrup halında işləyirlər, onlar “kənd-təsərrüfat” qaydalarını bizdən milyonlarla il əvvəl öyrəniblər, onlar öz mənfəətləri üçün digər növləri əhilləşdiriblər və özlərinin hesaba gəlməyən sayları ilə planetdə hökmran olmağı bacarıblar (planetdə 10 kvadrilyon qarışqa var).

Lakin qarışqalar da bizim kimi öz “dizayn”larında məhdudiyyətlərə malikdirlər. Onlar qida toplamaq üçün uzun məsafələr qət edirlər, çünki aclıq hiss edirlər, xəstələnirlər, yaşlanırlar və nəhayət, ölürlər. “Ağıllı dizayn” sayəsində qarışqalar onların fikirlərini idarə edən və onları qula çevirə bilən göbələyə yoluxma “xoşbəxtliyi”nə malikdirlər. Ophicordyceps növünə aid olan bu göbələk qarışqanın mərkəzi sinir sistemini ələ keçiri və onu öldürməzdən əvvəl münasib, hündür bir yerə dırmaşmağa məcbur edir. Sonra o, qarışqanın daxili orqanlarını yeyir və öz qurbanının başının arxasından uzanan uzun kök kimi böyüyür. Bu kök yerdəki daha çox qarışqaya yoluxmaq üçün sporlar buraxır. Bu, çox ağrılı və yavaş ölümdür.

“Beyin idarə edən göbələyin” (Ophiocordyceps unilateralis) yoluxduğu qarışqa. Qaynaq: Kim Fleminq/Devid Hyuqs

İndi bizim qarşımızda iki növ var. Kiçik bir həşərat və “qüdrətli canlı”. Hər ikisi eyni əzablardan keçir. Onlar qida əldə etmək üçün çox çalışır, həyatlarının müəyyən məqamlarına eyni xəstəliklərə düçar olur, yaşlanır və ölürlər. İnsanlar “Tarının sevimli canlıları” olduğuna görə, “ağıllı dizayn”, “Ali qüvvə” bizi əlavə xüsusiyyətlərlə yaratmış ola bilərdi. Yalnız o halda fərz etmək olardı ki, biz yaradanın kim olmasından asılı olmayaraq, diqqət mərkəzindəyik.

Əgər insanlar ağıllı dizaynın tərəfdarlarının iddia etdiyi kimi “Ali qüvvə” üçün əhəmiyyətli olsa idi, o zaman biz digər canlılar kimi xəstəliklərlə üzləşməzdik. Lakin hazırki vəziyyət belə deyil. Biz də daxil olmaqla, Yerdəki bütün canlılar eyni əzab-əziyyəti yaşamalıdır. Hətta öz mürəkkəb beynimizlə və inanılmaz bacarıqlarımızla belə vücudumuzun öhdəsindən gələ bilmədiyi bir çox təhlükə var. Beləliklə, yaradılışımızın arxasında hansı qüvvə dayanırsa-dayansın, biz onun üçün heç bir məna kəsb etmirik. Onun yalnız bir fikri var: Növləri Yer üzünə yaymaq, onlara bir az güc vermək və kimin daha çox sağ qala biləcəyinə baxmaq.

Əgər nəhəng bir asteroid Yerlə toqquşsa, insanların sağ qalacağını düşünə bilərsiniz. Axı biz “Onun öz siması”nda yaradılmışıq və bizim hamımızın (“Onun mükəmməl varlıqları”nın) məhv olmamıza icazə verməsi yanlış olardı. Lakin bu, belə olmayacaq. Yerlə toqquşan nəhəng asteroid bizim hamımızı öldürəcək. Heç bir canlı üstünlük dərəcəsinə görə seçilməcəyək və sağ qalmayacaq. Niyə? Çünki çətin ki kiminsə halına yanan bir “Yaradıcı” olmuş olsun.

“Bunlar hamısı imtahanın tərkib hissəsidir”

Məktəbdə mənim müəllimim bizə deyərdi ki, dünyadakı bütün əzablar “Ali qüvvə”nin öz “yaratdıqları”nın səbrini yoxlamaq üçün müəyyən etdiyi “Böyük imtahan”ın tərkib hissəsidir. Bu, onun “ağıllı dizayn”ın çatışmazlıqlarını izah etmək üçün arqumenti idi. Mən düşünmürəm ki, normal ağıla sahib bir insan malyariya, xərçəng, iflic və anadangəlmə qüsurlar kimi bir imtahanın iştirakçısı olmaq istəsin. Və yəqin ki, Yerdə heç kəs yaxşı qidalana biləcəyi, yaxud heç acmayacağı şəkildə ağıllı dizayn oluna biləcəyi halda, aclıqdan ölmək istəməz. İnsanların böyük qismi (mən də daxil olmaqla) gənc və sağlam qalmaq istərdi, yaşlanmaq və ölümü dadmaq əvəzinə, uzun ömür yaşamaq istərdi. Buna görə də bu arqument də əsassızdır. Biz bu qəddar imtahanın tərkib hissəsi olmamalıyıq.

Bəs biz necə yarandıq?

İndi gəlin, yuxarıdakı arqumentimi yekunlaşdırım. İnsan digər canlılar kimi özü-özlüyündə zəif məxluqdur, o, qüsurlardan azad deyil, “ağıllı şəkildə dizayn” olunmayıb və heç də kim üçünsə sevimli canlı deyil. O zaman öz mövcudluğumuzu necə izah edək?

Yeganə bir izah var: Yer planetində mövcud olan bütün digər canlılarla birlikdə biz də eyni proses nəticəsində yaranmışıq: təbii seçmə. Bu proses bizim mövcudluğumuzdan xəbərsizdir və o, yalnız bir şeyi bilir: yeni növlər yaratmaq və güclünün daha uzun müddət sağ qalmasına icazə vermək. Bu proses mükəmməl deyil, buna görə də biz genetik xəstəliklərə şahid oluruq. Mükəmməllik adaptasiya vasitəsi ilə əldə olunur. Canlılar onları əvvəlki nəsillərdən daha yaxşı edə biləcək yeni xüsusiyyətlər qazanmaq üçün milyon illərlə müddət ərzində təkamül edirlər.

Əgər təkamül ilə bağlı tez-tez soruşulan bir sualınız varsa, zəhmət olmasa, Con Renninin “Scientific American”da dərc olunmuş heyrətamiz məqaləsini oxuyun. Biz artıq bakteriyanın yeni bacarıqlar əldə etmək üçün təkamül etdiyini görmüşük. Məncə, bunu öz gözlərimizlə gördükdən sonra təkamül üçün belə bir ciddi sübutu nəzərə almamaq təkəbbürlülük olardı. Əgər bu, bu gün baş verirsə, milyon illər əvvəl də – biz mövcud olmadığımız zaman da – baş vermiş olmalıdır. Bu proses bu gün planetimizdə şahid olduğumuz bioloji müxtəlifliyə səbəb olmuşdur. Hələ  mən müxətlif canlıların genomundakı heyrətedici oxşarlıqları xatırlatmıram. Müqayisəli genom və təkamül biologiyası Yer planetində hər hansı canlının təkamülünü izləmə imkanı verir və biz aydın olaraq görürük ki, onların hamısı müəyyən nöqtədə əlaqəlidir, bu isə adaptasiya və təbii seçmədən başqa hem bir “ağıllı dizayn”ın olmadığını göstərir.

Nəticə

Mən inanıram ki, “ağıllı dizayn” normal düşüncəyə malik hər kəsin verə biləcəyi əsas sualların bəzilərinə cavab vermə bilmir və buna görə də ona etibar edilə bilməz. Digər tərəfdən təcrübi dəlilləri əsasən təkamülün baş verdiyinə əminəm. Sübuta yetirilmiş fakt olan təbii seçmə mövcudluğumuzun böyük tablosunu yaradır. Biz düşündüyümüz qədər əhəmiyyətli deyilik və “ağıllı şəkildə dizayn” olunmamışıq. Biz sadəcə bizi yaradan və mövcudluğumuza yardım edən kimyəvi, bioloji və fiziki şərtlərin məhsuluyuq. Biz qeyri-mükəmməlik, çünki təbiətin işi belədir. Heç bir varlıq mükəmməl deyil. Biz hamımız sağ qalmağa və bu planetdəki mövcudluğumuz uğrunda mübarizə aparmağa çalışırıq.

Müəllif: Qaynaq: SCIENCR

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın