Want create site? Find Free WordPress Themes and plugins.

Alimlər hər ötən gün daha böyük əminliklə bağırsaq mikroflorasının beyində baş verən proseslərə nəzərə çarpacaq dərəcədə təsir edə bildiyini deyirlər. İndi isə tədqiqatçılar onun emosionallığa təsir etdiyinə dair sübutlar əldə ediblər.

Amerikalı alimlər 18-55 yaş arası 20 qadından analiz nümunələri alıblar. Ardından nəticələrdən asılı olaraq onları iki qrupa ayırıblar. Birinci qrupun nümunələrində Bacteroides, ikincidə isə Prevotella növlərindən olan yüksək bakteriya miqdarı tapılıb. Alimlər, MRT vasitəsilə aydınlaşdırıblar ki, Bacteroides-in çoxluğu beynin prefrontal qabığı və Reyl adacığında artmış boz maddə həcmi ilə korrelyasiya olunur. Bu nahiyələr xüsusilə mürəkkəb informasiya bərpasına cavabdehdir.

Yüksək Prevotella miqdarı aşkar edilmiş qadınların yuxarıda qeyd olunmuş beyin nahiyələrində isə alimlər azalmış boz maddə həcmini müşahidə ediblər. Digər yandan onlarda emosiyalar, diqqət və sensor informasiyaların bərpasına cavabdehlik daşıyan əlaqələrdə artım qeydə alınıb. Belə qadınlar üçün həyəcanlılıq, əsəbilik və tez acıqlanma xarakterikdir.

Bağırsaq mikroflorası və emosionallıq arasında əlaqənin olduğu artıq şübhə doğurmur. Ancaq bütün sualların cavablandırılması üçün hələ xeyli tədqiqatlar aparılmalıdır, alimlər deyir. Qeyd etmək olar ki, daha əvvəl aparılmış araşdırmada bağırsaq mikroflorasının insanı manipulə edərək, yalnız lazımi qidaları qəbul etməsini məcbur etdiyi təsdiq edilmişdi.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın