Digər

Dünyanın dərinliklərindəki su

Want create site? Find Free WordPress Themes and plugins.
Mavi planeti Günəş sistemindəki digər planetlərdən ayıran xüsusiyyətlərindən biri sahib olduğu sudur. Yaxşı, bu suyun haradan gəldiyini heç düşündünüzmü? Yeni bir analiz yer üzündəki suyun yeraltından gələ biləcəyini və dahası yeraltındakı ehtiyatı səthdəki okeanların üç misli qədər suyun ola biləcəyini ortaya qoyur. Dünyadakı okeanlar təxminən 1.3 x 109 km3 həcm örtür və dünyanın ağırlığının təxminən 4400-də 1-i meydana gətirir. Bu böyük miqdarlardakı su kütləsinin Yerə haradan gəldiyi alimlərin uzun zamandır araşdırdığı bir mövzudur. Bu sahədə önə çıxan iki nəzəriyyədən birinə görə dünyanın okeanları su yüklü asteroid Yerə dəyməsi nəticəsində dolmuş ola bilər. Belə astreoidlerin varlığı və okeanları dolduracaq qədər su daşıdıqları bilinir. Digər nəzəriyyə isə yer üzündəki suyun son qaynağının yerin altında dünyanın dərinliklərində olduğunu qarşıya qoyur. Ancaq mantiyada bu miqdarda suyu bünyəsində saxlayan bir layın olub olmadığı müzakirə edilirdi. 


Son əlli ildir, 410 – 660 km dərinlikdəki, üst mantiya ilə alt mantiya arasında olan keçid bölgəsinin mineral tərkibi və olduğu təzyiq aralığı baxımında, yüksək su tutumuna sahib minerallar ehtiva etməsindən şübhələnirdi, ancaq edilən təcrübi işlər ziddiyyətli nəticələr verirdi. Keçən mart ayında nəşr olunan bir işlə bir almazın içində olan nadir ringwoodite mineralının mantiyanın mütənasib layından gəldiyini və ağırlığının 2.5%-i qədər su tutmaq üçün lazımlı xüsusiyyətlərə sahib olduğunu təsdiq edilib. Ringwoodite daha əvvəl meteoritlərdə tapılmış, ancaq yerin dərinliklərində də olduğu öngörülsə də bir nümunəsi tapılmamışdı. Bu işdəki ringwoodite ilk Yer qaynaqlı nümunə oldu və beləliklə Yer kürəsinin dərinliklərində çox miqdarda su olduğu nəzəriyyəsi də birbaşa dəstəkləndi. 
Keçən həftə nəşr olunan yeni bir çalışmaysa su saxlayan mineralların olduğu layın varlığına dair bir başqa dəlil təqdim edir. İşdə ABŞ-ın qərbində yerləşdirilmiş olan 2000 sismometr ilə 500-dən çox zəlzələnin yaratdığı seysmik dalğalar araşdırıldı. Dalğaları ,zəlzələnin mərkəzindən səthə doğru irəliləyərkən sürətlərinin, içlərindən keçdikləri mühitin sıxlığı və elastisitəsinə görə fərqliləşdiyi prinsipindən yola çıxan araşdırmaçılar bu seysmik dalğaların səthə doğru hərəkət edərkən nə tip laylardan keçdiyini təsbit etməyə çalışdılar. Ringwoodite-i laboratoriyada meydana gətirən və 700 km dərinlikdə olması lazım olduğu təzyiq və istiliyi nəzərdə tutan qrup su saxlayan ringwoodite layını edilən seysmik ölçü ilə üst-üstə düşən bir mühit təşkil etdiyini göstərdi. Yəni üstmantiya ilə alt mantiya arasındakı bu keçid bölgəsi həqiqətən də su saxlayan qayalardan ibarət ola bilər. 

Bu tapıntı hələlik ABŞ-ın altında qalan bölgə üçün etibarlı görünsə də tədqiqatçılar bu layın bütün mantiyanı çevrələdiyi fikirindədir. Əgər bu keçid bölgəsindəki qayalar ağırlıqlarının yalnız 1-%i qədər belə su ehtiva etmiş olsalar, bu, mantiyada yer üzündəki okeanları 3 dəfə dolduracaq qədər su olduğu mənasını verir və yer üzündəki okeanların milyonlarla il boyunca bu laydan qaynaqlanaraq meydana gəldiyi tezisini dəstəkləyir. Mantiya təbəqəsində bu miqdarda su olduğu məlumatı eyni zamanda magmatizm və pillə tektonikasının da daha yaxşı başa düşülməsinə imkan yaradacaq. 


Əlaqəli məqalələr: 

  • Pearson vd., Nature, Mart 2014, doi: 10.1038/nature13080 
  • Schmandt vd., Science, İyun 2014, doi: 10.1126/science.1253358




Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: