Maraqlı

Çox düşünmək-öyrənməyə mane olan ən böyük düşməniniz.

Want create site? Find Free WordPress Themes and plugins.
Heç bir dərs kitabını açıb, saatlarla oxuyub analiz etdikdən sonra heç nə öyrənmədiyiniz fərqinə varmısınızmı? Əgər siz də mənim kimi 2+2-nin nəyə görə 4 olduğunu bilmək üçün Riyaziyyatı fundamentinə qədər araşdıran birisinizsə, sizin öyrənməkdə çətinlikləriniz ola bilər və olacaq. Əgər öyrənməyinizi yaxşılaşdırmaq istəyirsinizsə siz hər şeyi dərindən analiz etməyi dayandırmalısınız. Məni yanlış anlamayın, analiz etməyi bacarmaq çox əla xüsusiyyətdir. Bu xusiyyət küçədə dayanıb gəlib-keçənlə dava axtaran axmaq birisini alim edə bilər. Amma öyrənməyə gəldikdə biz analizi bir kənara atıb, heç nəyi sorğulamadan bizə verilən sistemi dərk etməli və fikrimizi yayındırmadan onun qoyduğu qaydalar ilə hərəkət etməliyik. 
 
Santa Barbaradakı Kaliforniya Universitetindəki araşdırmaçılar bir qrup insana onların əvvəllər oynamadıqları sadə bir oyunu oynamağı tapşırdılar. Bəzi insanlar oyunu çox tez, bəziləri isə gec öyrəndi. Funksional maqnetik rezonans tomoqrafiyasının (fMRT) köməyilə araşdırmaçılar iştirakçıların beyin fəaliyyətlərini oyun vaxtı izləyə bilirdilər. Oyunu tez öyrənən insanların beyin fəaliyyətləri onlar oyunda daha yaxşılaşdıqca kompleks nevroloji patternlərdən daha sadə və orqanizə olunmuş patternlərə keçirdi. Oyunu gec oyrənən qrupda isə beyin fəaliyyəti daha aktiv və daha kompleks olmağa davam edirdi. Araşdırma Aprel ayında “Nature Neuroscience” jurnalında dərc edilmişdir. 
 
Beyninizi bir böyük alət yığınağı kimi düşünün. Siz yeni bir nə isə öyrəndikdə beyin bütün alətlərdən istifadə edir. Vaxt keçdikcə isə alətlərin sayı azalmağa başlayır, çünki beyin alətləri necə istifadə etməyin daha səmərəli yolunu tapır. Sizin öyrənməyinizə mane olan həmin alətlərin çox olmasıdır. 
 
Əgər siz yeni bir şey öyrənən zaman onu hər tərəfdən obyektiv baxıb, onun hər bir funksiyasını sorğulayırsınızsa, belə deyək bütün alətlərdən istifadə edirsinizsə, beyniniz yorulur və sizin öyrənmək istəyiniz isə ürəyinizdə qalır. Dərin analiz nə qədər gözəl olsa da bəzən ondan istifadə etməmək ən ağıllı seçim olardı.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Etiketlər
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: