Want create site? Find Free WordPress Themes and plugins.

Bu yazımızda sizlər üçün indiyə qədər çəkilmiş ən yaxşı elmi sənədli filmləri təqdim edəcəyik. Ümid edirik, zövqünüzcə olacaq.

1Planet Earth və Planet Earth II

2006-cı ildə işıq üzü görən “Planet Earth” (Yer planeti) BBC tərəfindən 5 il ərzində çəkilmişdir. “Emmy” mükafatlı, 11 seriyadan ibarət bu sənədli filmdə Afrikanın qızmar çöllərindən qütblərdəki dondurucu torpaqlar və buzlaqlara səyahət edəcək, qartallar, şirlər, canavarlar kimi bir çox yırtıcı və yırtıcı olmayan canlı növləri ilə yaxından tanış ola biləcəksiniz.

Bu sənədli filmin davamı olan “Planet Earth II” çəkilişi 4 il davam etmiş, daha güclü texnoloiyalar istifadə edilərək varlığı sizlərə əfsanəvi diyarlarda gəzirmişsiniz kimi hissi verəcək fraqmentlər ehtiva edir. Musiqiləri belə nəfəsinizi kəsməyə qadir olan filmdə komodo əjdahası və uçan kiçik əjdaha sizlərə sanki dinozavrlar dövründə yaşayırmışsınız kimi təsir bağışlayacaq.

2Cosmos: A Spacetime Odyssey

Sələfi Karl Saqanın yolunu davam edən astrofizik Nil Deqrass Tayson Karl Saqan kimi “Cosmos” sənədli filmində bizlərə elm tarixini və elmi düşüncənin möhtəşəmliyini gözəl vizual təsvirlər və sadə izahlarla çatdırır. 13 seriyalıq sənədli filmdə Taysonun möhtəşəm natiqlik qabiliyyətinə və izahlarına heyran ola, tonlarla yeni məlumatlar öyrənə və filmin vizual izahları qarşısında heyrətə düşə bilərsiniz.

3Through the Wormhole

Məşhur aktyor Morqan Friman tərəfindən bizə təqdim edilən bu sənədli film 2010-cu ildən etibarən davam edir. 8 seriyalıq ilk sezonda Morqan Friman sahib olduğumuz elmi məlumatlara əsaslanaraq “Bir yaradıcı varmı?”,”Qara dəliklərin sirri”, “Zamanda səyahət mümkündürmü?”, “Başlanğıcdan öncə nə oldu?”,”Necə var olduq?”,”Yalnızmıyıq?”,”Əslində nədən yarandıq?”,”Qaranlığın arxasında” kimi suallara cavab verməyə çalışır. Hazırda 8 sezondan ibarət bu sənədli filmi izləmənizi şiddətlə tövsiyyə edirik.

4Home

Gedərək sürətlənirik.” Və bu heç də yaxşı deyil. Bu ifadə ilə insanoğlunun planetimizə vurduğu zərəri və bu zərərin irəlidə bu gedişlə böyük fəsadlara yol açacağı filmdə ürəkparçalayıcı şəkildə ifadə edilir. Bu qədər inkişaf etməyimizə baxmayaraq kənd təsərrüfatı hələ də ən yayğın peşədir, insanların 50%-i şəhərdə yaşayır, yəni kəndlərdəki insanların fəaliyyətindən aslı olub onlar sayəsində yaşayırlar, kənd təsərüffatı inqilabından sonra (1950) bitki çeşidliliyinin 75%-i məhv olub, münbit torpaqların 40%-i qalıcı olaraq zərər görüb, 2100-cü ilə qədər bütün mədən ehtiyatları tükənəcək. Filmdə deyildiyi kimi bütün ağacları kəsib qayıq düzəldən Paskaliya adasının əhalisi kimi bir gün biz də aclıq və səfalətlə üzləşərək, məhv etdiyimiz planetdə məhv olmağa məhkum olacağıq.

Eyni zamanda film sizi Armand Amarın musiqiləri ilə əfsunlaya bilər.

5Human Planet

Bütün canlılar kimi insan ətraf mühitə uyğunlaşaraq yaşamaq qabiliyyətinə malikdir. Bu gün şəhərlərdə və şəhərlərə yaxın ərazilərdə komfort içində yaşaraq bu qabiliyyətimizi istifadə etməsək də planetin ucqarlarında yaşayan həmnövlərimiz çətin ətraf mühitə uyğunlaşmaları ilə yanaşı onu dəyişməyə də cəhd edirlər. Bu sənədli film hər bir seriyasında insan cəmiyyətlərinin sahib olduğu anlayışların necə fərqli olduğunu, onların səhralardan cəngəlliklərə, sahil bölgələrdən hündür dağ zirvələrinə qədər olan fərqli bölgələrdə çətin həyat şərtləri altında necə yaşadıqlarını bizə çatdırır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

1 rəy

Rəy yazın