Maraqlı

İddia edirəm, elə isə haqlıyam

Want create site? Find Free WordPress Themes and plugins.
Dekart: “Cogito ergo sum”(“Düşünürəm, elə isə varam”) ― “İddia edirəm, elə isə haqlıyam”

Skeptisizm (şübhəçilik) ilə məşğul olmadan əvvəl demək olar ki, hər insan əvvəllər fərqli şeylərə fərqli ölçülərdə inanırdı. Daha sonra yanıldıqları yerləri öyrəndikləri zaman tənqidi düşünmənin faydalarının fərqinə vardılar. Haralarda məntiq səhvləri etdiklərini və iddiaları necə ələ almaları gərəkdiyini daha yaxşı öyrənərkən şişirdilmiş bir iddiayla qarşılaşdıqlarında qaynaqları və elmi məlumatlarını soruşulmasını öyrəndilər. Təxmin edirik ki, bəzi oxucularımız “Bu bir möcüzədir!” və “Alimlər bunu açıqlaya bilmir!” kimi başlıqları görmüşdür. Ümumiyyətlə, diqqəti cəlb etmək məqsədiylə istifadə edilən fantastik başlıqlar və fövqəladə bir şeymiş kimi məlumat ehtiva edən yazılar minlərlə şəxs tərəfindən bəyənilir və minlərlə insan tərəfindən paylaşılır. Belə ki, bəzi paylaşmaların yalnız bir neçə saat içərisində minlərlə insan tərəfindən paylaşıldığına rast gəlirik. “Bunu bilirdinizmi?” və “Dostlar, mütləq paylaşın!” şəklində yayılan bu məlumatların çoxu ya tamamilə səhv ya da qisimi səhvlər ehtiva edir. Məsələn “(siçanlarla) ilk telepatik ünsiyyət təmin edildi” başlıqlı bir xəbərin məzmunu əslində fərqli şeydən bəhs edərkən bəzi oxucular “Telepatiya elm tərəfindən sübut edildi!” şəklində anlayır.

İnsanlar mükəmməl canlılar deyil. Gözlərimiz hər şeyi görə bilmir, qulaqlarımız hər şeyi eşidə bilmir, beynimiz səhvsiz işləmir. Tarix boyunca anlaya bilmədiyimiz bəzi hadisələri açıqlamaq yerinə onları başqa şeylərə bağladıq və mövzunun bu şəkildə həll edildiyini düşündük. Ouija taxtasında hər kəs əllərini qoyunca sanki özbaşına hərəkət edirmiş yanılmasına qapılırıq, “Y” şəklindəki bir çubuqla yaxınlarda suyu tapdığımızı hesab edirik, üzərimizdə bir növ təzyiq olduğunu hiss edib cinlərin bizlərlə əlaqəyə girdiyinə inanırıq, gecələri yuxu iflici keçirərkən bir anlığına “görəsən mən yadplanetlilər tərəfindənmi qaçırıldımmı?” düşüncəsinə qapılırıq, aşkar bir şəkildə 13 ədəninin sadəcə bir ədəd olduğunu düşündüyümüz halda 13 gördükdə bir narahatlıq keçirə bilirik, önümüzdən bir qara pişik keçincə inanmadığımız halda gün içərisində yaşanılan talehsiz bir hadisənin səbəbini istər-istəməz qara pişiyə bağlaya bilirik. Milyonlarla insan bütün ürəyiylə 21 dekabr 2012-ci il tarixində Maya kəhanətin reallaşacağını düşündüyü halda heç bir şey olmadı. Yanıldıqları halda hələ də bu rəftarlarını başqa mövzularda davam etdirdiklərini müşahidə edirik.

Niyə? Əslində cavabı çox sadədir: Biz insanlar yanılmağı sevmirik, yanılınca belə qəbul edə bilmirik. Buna görə biriylə mübahisə etdiyimiz zaman yayğın bir etirazın şahidi oluruq: “Xeyr, sənin dediyinə qatılmıram!” ya da bütün dəlilləriylə birlikdə ortaya qoyulmuş elmi bir işə “Mən bunu doğru hesab etmirəm” deyənləri görə bilirik. Bizlər dünyanı öz düşüncələrimizlə formalaşdırı, onu o şəkildə görmək istəyirik. Bu qısacası “Mind Projection Fallacy” (Fikir Layihələndirməsi Səhvi) olaraq bilinməkdədir. Ancaq belə bir həqiqət var: Dünya 7 milyard insanın düşüncəsinə bağlı deyil, dünya dünyadır. Bizlər hər şeydə bir məntiq axtarmağa cəhd etdikdə əsasən iki yola müraciət edirik. Birində mövzunu düşünürük, digərində isə mövzunu düşüncələrimizə uyğun bir qəlibə salmağa çalışırıq. Elmi inkişafları izləyən, tənqidi düşünən və araşdırmalar edib qaynaqları araşdıran fərdlər bütün həyatları boyunca “düşündükləri” halda bir baxımdan yenidən doğulmuş kimi “düşünməyi” yenidən öyrənməyə çalışırlar, çünki beynin səhvlər edə biləcəyinin fərqindədirlər (məsələn altdakı vizualı araşdırın). Ancaq digər insanlarda bu xüsusiyyət əskikdir. Gözəl tərəfi isə öyrənilə biləcək bir şeydir. Lakin bəziləri bağlı bir qutu içərisində qalıb öz düşündükləriylə kifayətlənməyə çalışır.

Düz səthdə çəkilmiş xəttlər.
Düz səthdə çəkilmiş xətlər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: