Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur King Kong daha axmaq bir şəkildə Kong: Skull Island filmi ilə mavi ekranlara geri döndü. Yenə klassik bir formada qəhrəmanımız insanları əzir, bənzər-ölçülü qulyabanılarla döyüşür və ilaxır. Bütün bunlar bir yana, heç nə zamansa King Kongun real həyatda mövcud olub-olmadığını düşündünüzmü?

Belə, indi bu sualı özünüzə verib araşdırma etməyi düşünürsünüzsə, etməyin, sizin əvəzinizə araşdırmanı etdik, yəni etmənizə ehtiyac yoxdur. Yenə də bizə güvənməyib edə bilərsiniz, sizin seçiminizdir.

Qısaca olaraq deyə bilərik ki, bu nəhəngin ölçüsünə çatacaq hər hansı bir canlının olma ehtimalı çox-çox az olmasına rəğmən yenə də təkamül qanunları bunun heç bir zaman baş verməyəcəyinə zəmanət verir.

Müasir insanlar, yəni biz və insan əcdadlarımız 200000 ildir ki, Yer üzərində gəzir. Bu o deməkdir ki, yəqin ki qədim atalarımızın 3 metr hündürlükdə olan Gigantopithecus blacki ilə görüşmə fürsətləri olub. Paleontoloqlar düşünür ki, bu, yaşamış ən böyük primatdır. Amma təəssüf ki, bu, yemək mövzusunda olduqca vasvası olan canlı ətraf mühit xaosu nəticəsində 100000 il öncə ölüb.

“Kəllə adası”nın King Kongu G. blackidən 10 dəfə böyükdür: təxminən 30.5 metr hüdürlüyə malikdir, bu da 1962-ci il filmi olan King Kong vs. Godzilla filmindəki King Kongun ikinci ən hündür reankarnasiyasıdır. Eyni zamanda eyniadlı filmin 2020-ci ildə yenidən mavi ekranlara geri qayıdacağını da bildirək.

Paleontoloqların bu filmdəki canlıların real həyatda olması istəyində olanlar üçün bəzi xəbərləri var: bəzi həqiqi nəhəng canlılar bu planetin üzərində mövcud olublar.

Məsələn, götürək adının mənası “qorxusuz” olan Dreadnoughtus schrani adlı titanozavrı. 85 milyon ilə əvvəl yaşamış, bu, otyeyən titanozavrın uzunluğu 26 metr, çiyinləri 6 metr genişliyində və çəkisi 38,2 ton idi.

Yetkin mavi balina

Onun bu planet üzərində gəzmiş ən böyük dinozavr olduğu düşünülür və onu ovlaya biləcək bir ovçu da yox idi. Sürünənlər bu günlərdə heç də əcdadlarının izi ilə gedirmiş kimi görünmürlər, amma fosillər düzgün təkamül şərtləri altında onların yenidən nəhəngləşə biləcəyini irəli sürür.

Bu günün dünyasında yaşayan mavi balinaya sahib olduğumuzu unutmayın. Mavi balinalar 209 tonluq rekordla bu günə qədər yaşamış ən ağır canlılar ola bilərlər. Belə, bəs bizim King Kongumuz haralardadır?

Yaxşı, ilk öncə bu məşhur, nəhəng insanabənzərin filmlərində bir neçə ciddi problem var. Birincisi, mavi balinanı unut: Kongun ağırlığının asanlıqla on minlərlə ton olduğunu deyə bilərik. Bu da bədheybətimizin ölçü problemi olduğunu göstərir.

Vsauce3 Youtube kanalının videosunda açıqlandığı kimi əgər üçölçülü bir şeyin məsələn: skeletin sahəsini iki dəfə artırsanız, həcmi 3 dəfə artacaq. Həcm kütlə ilə düz mütənasibdir, bu da deməkdir ki, ölçüsünü 2 dəfə artırdığınız bir şeyin kütləsi 3 dəfə artır. Yəni böyük olmaqdan ziyadə daha ağır olur.

Bu da deməkdir ki, əgər Kong 30.5 metr hündürlüyə malikdirsə, o, öz ağırlığı altında əzilməlidir. Məməli skeletləri belə cazibə qüvvəsinin yaratdığı təzyiqə tab gətirəcək qədər davamlı deyil.

Həmçinin nə qədər böyük və fəalsınızsa, o qədər çox yeməlisiniz. Filmdə Kong helikopterlərə çırtma vurarkən, “skullcrawlers” adlı kərtənkələlərin arxasınca qaçarkən görürük. Amma bu qədər böyük bir primat günlərinin böyük bir qismini əlinə keçəni yeməklə məşğul olmalı idi. Bədheybətimizin belə bir şey etdiyini filmdə görmürük. Bəlkə də tox zamanına rast gəlmişik.


Kong: Skull Island. Warner Bros. Pictures 

Bu gün aşağı miqdarda oksigenli atmosferdə Kongun huşunu itirməməsi üçün yetərincə sürətli nəfəs alıb-verə bilib-bilməyəcəyi naməlumdur. Hətta ətrafda qaçıb döyüşərkənn şansı o qədər də çox sayılmaz. Amma Karbon dövründə evindəymiş kimi hiss edərdi.

Həmçinin Kongun ürəyi “super enerji”li olmalıdır ki, böyük təzyiqlə qanı beyninə cazibə qüvvəsinə qarşı gələrək çatdıra bilsin. Bir zürafə ürəyi başqa canlılara görə iki dəfə daha çox təzyiqlə işləyir, yəni Kong azacıq stressli olsa ürəyi partlayar. Sizcə filmdə stressli görünürmü? Heç də belə!

Bu, tüklü, nəhəng bədheybətimiz tropik bir meşədə yaşayır. Bu da heç məntiqli deyil. Belə rütubətli və isti bir bölgədə tüklü kürkünə görə Kong istidən ölməlidir. Nəhəng bədəninin tam soyuması bir xeyli çəkəcək.

Təbii seçmə belə Kongun öz adasına sahib olmasına qarşıdır. Araşdırmalar izolyasiya edilmiş adalarda zamanla heyvan populyasiyalarında zamanla ciddi ölçü fərqləri ortaya çıxdığını göstərir. Əsasən kiçik canlıların ölçüsü böyüyür, amma böyük canlılar məsələn: biz də daxil olmaqla primatlar və ya dinozavrlar cırtdanlaşmağa başlayır. Belə adalarda qida (nə qədər böyüksənsə o qədər çox yeməlisən) və ovçu az olduğu və kiçik olma nəsilartırmanı asanlaşdırdığı üçün təbii seçmə böyük və ağır olmağı yox, kiçik və yüngül olmağı dəstəkləyir.

Dolayısı ilə, yetərincə qidaya və adamantium sümüklərə sahib bir canlının mövcud olma şansı çox az olsa da əslində təkamül baxımından olduqca imkansızdır. Hmm…Elmin həqiqətləri çox acıdır, deyilmi?

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın