Want create site? Find Free WordPress Themes and plugins.

Business Insider keçən günlərdə ağıllı insanların bəzi bənzər xarakteristikalarını analiz edərək “daha ağıllı olduğunuzu göstərən 8 işarə” adlı, elmi təmələ oturdulmuş bir siyahı paylaşdı. Əlbəttə, bunu öncədən bildirməmiz lazımdır ki, belə sosialaraşdırmalar elmi araşdırmalara bərabər deyil və fərqli düşüncə və xarakteristikaların müxtəlifiyinə görə belə siyahıların tamamilə həqiqəti göstərmir, amma yenə də bir çox araşdırma nəticəsində əldə edilmiş məlumatlardan istifadə edildiyi üçün bu kimi elmi təmələ oturdulmuş siyahıların həqiqətin olduğu sadəcə istiqaməti işarə etdiyini əminliklə deyə bilərik.

Daha ağıllı olduğunuzu göstərən 8 işarə
Ortalamadan ağıllı olduğunuzu göstərən 15 işarə

 

Big Think-ə görə isə müxtəlif elmi araşdırmalara görə bu 8 maddəlik siyahıya daha 7 işarə də əlavə edə bilərik.

9. Daha yüksək intellektə işarə edən əlamətlərdən biri “gecə bayquşu” olmaqdır. Əgər içki içmək üçün yox, işlərinizi görmək üçün gecəni gözləyirsinizsə, daha yükəsk zəkaya sahibsiniz. Edilən araşdırmalar “gecə bayquşlarının” işlərini gündüzlər görən insanlardan daha yükəsk zəkaya sahib olduğunu göstərir.

10. Digər işarə isə içə qapalı olmaqdır. Bir çox insan sosial narahatçılıqlara sahib olaraq danışmaq və əlaqə qurmağa meylli olmur. Bunun əvəzində isə həmin insanlar daha çox düşünməyə üstünlük verirlər. Çox düşünmək isə daha ağıllı olmağa işarə edir. Yüksək zəkalı uşaqların çoxu içə qapalıdır.

11. Körpəlik zamanı daha çox əmizdirilən uşaqlar irəlidə daha çox zəkaya sahib olurlar.

 

12. Əgən inanclı deyilsinizsə, daha ağıllı olmanız ehtimallıdır. Bir çox araşdırma ateistlərin inanalardan daha ağıllı olduğunu göstərir.

13. Bir araşdırmaya görə isə erkən yaşlarından oxumağa başlayanlar zəka sınaqlarından daha yüksək nəticələr toplayırlar.

14. Əyləncəli (və seksi) olmaq başqa bir əlamət sayılır. Bir araşdırmaya görə daha yaxşı zarafat edən tələbələr daha ağıllılardır.

15. Digər maraqlı bir nəticəyə görə isə universitetə qədər bakir ( və ya bakirə) qalan gənclər daha yüksək IQ sahibi olurlar.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın