Want create site? Find Free WordPress Themes and plugins.

İngiltərə Ürək Cəmiyyəti tərəfindən dəstəklənən bir araşdırma “qırılmış qəlb sendromu”nun insan vücudunda qalıcı zərələrə səbəb ola biləcəyini göstərir.

Takotsubo sindromu

Bu hal Takotsubo sindromu adlanır, sindrom sevilən bir insanın öldüyü zaman belə bir stressli hadisənin ürəyin daha pis, daha az effektli işləməsinə və formasını itirməsinə yol açır. “Takotsuba” yapon sözü olub “osminoq qabı” mənasını verir, ilk dəfə sendrom 1990-cı ildə Yaponiyada qeydə alınmışdır. Bu bir qədər qəribə görünə bilər, amma realdır.

Aberdin Universitetindəki araşdırmaçılar Amerika Ekokardioqrafiya Cəmiyyəti Jurnalında (Journal of the American Society of Echocardiograph) nəşr edilən kiçik bir araşdırmada sendromdən əziyyət çəkən 28-87 yaşlarında 52 xəstəni araşdırdılar. Ultrasəs və ürək MRT-ı (Maqnit rezonans tomoqrafiya) istifadə edilərək bu halın sendromlu xəstələrin ürəklərindəki “nasoslara”, yəni qanın damarlara qovulmasına necə təsir etdiyini aşkar etdilər. Bu, bir ürək döyüntüsü əsnasında əzələnin hərəkətini gecikdirə bilir və həmçinin, ürəyin sıxılma gücünü də azalda bilir.

Əvvəllər bu sendrom ciddiyə alınmır, xəstələrin öz-özünə sağalacığı düşünülürdü. Lakin yeni araşdırmadan sonra bu sendromun onsuz da ürəyi xəstə və zərif olan insanlar üzərində ciddi təsirlər buraxacağı və müalicənin vacib olduğu aydınlaşdı. Həmçinin, bu xəstəliyin o qədər də seyrək olmadığı ortaya çıxdı və ürək xəstəliklərində təsir payının çox olduğu düşünülür.

Ürək tutmasında (ürək infarkı) olduğu kimi bu hal insan ürəyində əzələ failiyyətinin zəifləməsinə səbəb olaraq ürəyin damarlara qan qovmasına, yəni genişlənməsinə və sıxılmasına maneə yaratdığı üçün infarktda olduğu kimi uzunmüddətli təsirlərə malikdir. BBC News-a görə Takotsubo sendromuna tutulmuş insanların 3-17%-i 5 il sonra ölür. İngiltərədə 90%-i qadın olmaqla ildə 3000 nəfər sendromdan əziyyət çəkir.

Araşdırma göstərir ki, olduqca stressli bir an sizin ürəyinizə və dolayısı ilə sağlamlığınıza ciddi zərələr verə bilər. Yəni “qırılmış qəlbinizi” bərpa etmək o qədər də asan olmaya bilər.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın