Celal Şengör: Darvin türklər haqqında nə demişdi?

0
2736
Want create site? Find Free WordPress Themes and plugins.

Televiziya xəbərlərində eşitdiyim bu sözləri qeyd etmədiyim üçün “Haber.com” saytından götürdüklərimi digər bir neçə qəzet xəbəriylə müqayisə edərək aşağıda qeyd etdim:

Hörmətli Milli Təhsil Naziri Hüseyn Polad Bəy CHP tərəfindən Darvinin “yaradılış” ilə əlaqədar fikirlərinin məktəblərdə öyrədilməsi istənildiyini vurğulayaraq “Başda CHP və bu düşüncədə olan insanlar mütləq məktəb kitablarında bu fikirlərin olmasını istəyirlər. Darvinin Türklərlə bağlı nə dediyini bilirsinizmi? “İnkişafını tamamlamamış, adi bir irq'” – deyir Darvin. “Nə deyəcəksiniz buna?” – deyə soruşdu.

Hörmətli Milli Təhsil Nazirinin Darvinə aid etdiyi yuxarıdakı sözləri Darvin heç bir zaman söyləməmiş, yazmamışdır. Hörmətli Nazir söylədiklərinə qaynaq göstərməmişdir. Söylədikləri tamamilə bir pis niyyətdən qaynaqlanmırsa, açıqca məlumatsızlıqdan qaynaqlanır. Hörmətli Nazir söylədiklərini araşdırmağa ehtiyac belə duymamışdır. Aşağıya Darvinin Hörmətli Nazirin ifadəsinə səbəb olduğunu sandığım sözlərini eynilə tərcümə edərək qeyd edirəm:

“Bir neçə əsr əvvəl Avropalı millətlərin Türklər tərəfindən məğlub olma risklərinin nə qədər yüksək olduğunu xatırla, halbuki indi belə bir fikir nə qədər absurddur. Qafqaz irqləri deyilən daha mədəni irqlər varlıq mübarizəsində Türk boşluğunu məğlub etmişdirlər.” (Çarlz Darvindən Qrahama (3 İyul 1881) The Life and Letters of Charles Darvin including an Autobiographical Chapter, edited by his son Francis Darvin. I cild, səh. 316, John Murray: London.

Darvinin Türklər haqqında Atatürkün doğulduğu ildə söylədikləri bundan ibarətdir. Burada irqlər deyə istifadə etdiyi söz 19-cu əsrdə müxtəlif mədəniyyət qruplarını ifadə etmək üçün hər kəsin istifadə etdiyi bir söz idi. O zaman Türkiyənin sivilizasiya baxımından Darvinin dediyi kimi Avropadan qat-qat geri qaldığını bilmək üçün Darvini oxumamıza ehtiyac yoxdur. Şəxsən Osmanlı bunun fərqində idi. Böyük İmperatorluq Avropanın adı qoyulmamış bir müstəmləkəsi halına gəlmişdi. Cəhalət ağla sığmaz dərəcədə idi. Bu fəlakətdən bizi qurtaran Atatürk də xalqına eyni şeyləri xatırlatmışdı. Darvin 1877-78-ci illər türk-rus döyüşündə də açıqca Rusları dəstəkləmişdir. 1820-ci ildə Aleksandr von Hamboldt Rus Maliyyə Naziri Qraf Kankrinə Ağrı Dağının qısa zamanda Rus torpağı olmasını arzu etdiyini yazmamışdımı? Yaxşı 19-cu əsrin ortalarında on beş il Türkiyədə araşdırma aparan Şahzadə Pyotr “Şərq üzərinə bir səhifə” adlı əhəmiyyətli kitabında Türkiyədəki insanların qurtuluşunu bu ölkənin bir Avropa müstəmləkəsi halına gətirilməsində görməmişdimi?

Nə idi von Hamboldtu Darvini, Pyotru və daha nə qədər böyük elm insanını Türklər (yəni Osmanlılar) haqqında bu cür düşüncələrə vadar edən? O zaman Osmanlı İmperatorluğunda gördükləri fanatizm, cəhalət və xalqın pərişanlığı idi. Eyni pərişanlığı Əhməd Haşim l919-cu ildə təsbit edib yazmamışdımı? Nə deyirdi böyük şair? ”Ankarada Almaniya İmperatorunun Anadolu xəstəliklərini araşdırmaq üzrə göndərdiyi bir tibb heyətinin bəzi böyük rütbəli üzvləriylə görüşdüm… Onlar görüblər ki, Anadolu Türklərinin qarınları qurdlarla və qanları bu qurdların ifraz etdiyi parazitlərlə doludur. Cinsi yox olma təhlükəsi ilə üz-üzə qoyan bu halın səbəbi nədir bilərsənmi? Qidalanma əskikliyi. Hər nə qədər qəribə görünsə də Anadolu Türkləri hələ çörək istehsalından belə xəbərsizdirlər… Çörək hazırlamaq üçün istifadə etdikləri alət heç şübhə yoxdur ki, daş dövrü kəşflərindən və alətlərindəndir… Evlərinə gəldikdə, onlar da elədir: Divarlar yonulmamış daşların, kol-kosun, leylək yuvasında olduğu kimi təsadüfi düzülməsindən tikilmişdir. Anadolu toplu halda təmizlikdən məhrumdur… (Əhməd Haşimin Manisa millət vəkili Rəfiq Şövkət İncəyə yazdığı 3 Sentyabr 1919 tarixli məktubdan).

Bizi bu hala salan beyin Hörmətli Nazirin təmsil etdiyi sivilizasiyaya və onu yaradanlara hücum edən, xurafatı “elm adamlarının seçimi” deyə xalqına təqdim edən beyindir. Onun üçün zənnimcə Cənab Hüseyn Polad günümüzdə Türkiyənin başındakı ən böyük problemdir.

“Aptalı tanımak” kitabından

Tərcümə: Ziya Balıyev

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave a Reply