Want create site? Find Free WordPress Themes and plugins.
Tәkamül әleyhdarlarının, yəni yaradılışçıların sevә-sevә istifadә etdiklәri bir arqument Darvinin “Növlәrin mәnşәyi” kitabında “ayıların balinalara çevrildiyini” demәsidir. İddiaya görə Darvin “Növlərin mənşəyi” kitabının ilk nüsxəsində ayıların balinalardan təkamülləşdiyini yazmışdır.
Kitabda bəhs edilən ifadə ingilis dilində belədir:
In North America the black bear was seen. . . swimming for hours with widely open mouth, thus catching, like a whale, insects in the water. Even in so extreme a case as this, if the supply of insects were constant, and if better adapted competitors did not already exist in the country, I can see no difficulty in a race of bears being rendered, by natural selection, more and more aquatic in their structure and habits, with larger and larger mouths, till a creature was produced as monstrous as a whale.
Bu mәtnin tərcüməsi belәdir:
Şimali Amerikada qara ayı eynilə balinalar kimi ağzı açıq bir şəkildə suda böcək tuta bilmək üçün saatlarla üzdüyü müşahidә edilmişdir. Bunun kimi ən ifrat bir halda belə əgər daimi olaraq böcək təmin edilsə və yaxşı adaptasiya olmuş rəqiblər hələ ortaya çıxmamışsa ayı irqinin təbii seçmә ilə strukturlarının və vərdişlərinin daha da çox suda yaşayan hala gələcək şəkildə dəyişmələrində bir maneә görә bilmirәm. Getdikcә genişlənən genişlənәn ağızları ilə ta ki bir balina qədər nəhəng bir varlıq halına gələnə qədər.
Növlərin mənşəyi, 1-ci nәşr, 6-cı bölmə, sәh. 184
Yuxarıdakı yazıda da görüldüyü kimi Çarlz Darvin birbaşa balinaların ayılardan törədiyini iddia etmir. Bir çox yaradılışçı tərəfindən yozulan ya da sevə-sevə, bilərəkdən və mərkli bir niyyətlə səhv ifadə edilən və yayılan bu ifadədə Darvin tərəfindən iddia edilən şey ayıların balinalardan təkamül etdikləri deyil, əksinə, bir ayı ağzının lazımi müuhit şərtləri meydana gəldiyində təbii seçmә yolu ilә balina ağzı kimi nəhəng bir ölçüyə çata bilәcәyidir. Yəni ayıların təkamülünə dair gələcəyə istiqamətli hipotetik bir düşüncədir bu. Diqqət edilsə, Darvin balina kimi nəhəng bir varlıq deyir, yəni ayılar bu kimi çərtlər altında balinanın özünə deyil balina böyüklüyündə bir varlığa çevrilə bilər.
Yaradılışçılar tərəfindən israrla səhv başa düşüldüyü (?!) və yozulduğu üçün yuxarıdakı ifadəni kitabının digər nəşrlərində istifadə etmәyәn Çarlz Darvin yazdığı başqa bir məktubda ayıların ağız quruluşunun və böyüklüyünün lazımi mühit şərtləri meydana gəldiyində dəyişə bilәcәyini düşündüyünü təkrar ifadə etmişdir:
Bir ayının ağzının dəyişən şәrtlәrә uyğun olacaq dərəcədə genişlənməsində heç bir çətinlik olmadığı mövzusunda hələ israr edirəm.
More Letters of Charles Darvin, Francis Darwin, 1903, s. 162

Əgər Darvinin gələcəyə dair hipotetik düşüncəsini diqqətlə analiz etsək, zaman oxunu geri çevirdiyimiz zaman haqlı olduğunu görərik. Çünki bu gün artıq balinaların bir zamanlar torpaqda 4 ayaq üzərində gəzmiş bir quru canlısından təkamülləşdiyindən əminik. Təxminən 55 milyon il

Pakicetus attocki

öncə, məməlilərin təkamülündən, yəni dinozavrların kütləvi yox olmasından (65 milyon il öncə) qısa bir müddət sonra (Geoloji şkalada 10 milyon il qısa bir müddət hesab edilir) balinaların atası sayılan Pakicetus attocki su hövzəsi sahilində yaşayırdı. Edilən kimyəvi analizlər canlının balıqla bəsləndiyini ortaya qoyur. Suda qidanın bolluğu nəticəsində su mühitində də yaşamaq üçün təkamül edən Pakicetus attockinin anotomiyasına nəzər saldıqda qulaq sümüklərinin müasir balinalarınkına bənzədiyi müşahidə edilir. Yəni Darvin quru və su canlıları arasındakı təkamül əlaqəsində haqlı idi.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin