CavablarDigər

Kainat və təbiət mükəmməldirmi? Mükəmməllik anlayışına və mükəmməllik arqumentinə elmi bir baxış.

Want create site? Find Free WordPress Themes and plugins.
Xüsusilə məşhur elmi müzakirələrdə mükəmməllik arqumenti olaraq təyin edə biləcəyimiz bir anlayışa sıxlıqla rast gəlinməkdədir. Çox fərqli formalarda olsa da əsasən bu şəkillərdə qarşımıza çıxır:
“Bir bu hüceyrəyə baxsanıza! Gözlə görünməyəcək qədər kiçik olmasına baxmayaraq bir bu qədər hissələri içərisində saxlayır. Qarmaqarışıq bir sistemi vardır. Bu ancaq mükəmməl bir sistemin ola biləcəyi bir səviyyədir.”
“Kainata baxdığımızda qüsursuzluq görərik. Bütün planetlər müntəzəm bir şəkildə Günəşin ətrafında fırlanırlar. Hər şey olması lazım olduğu kimi nizamlanmışdır.”
Hətta bəzən Təkamüllü Biologiya içərisinə olan kəslərdən belə mükəmməllik arqumentini eşidə bilərik:
“Yaxşı, hər şey ətrafına adaptasiya ola bilir. Nə qədər də mükəmməl bir sistemdir hər şeyin ətrafına adaptasiya olması…”
Başqa formaları da vardır əlbəttə:
“Mən təbiətə baxıram və qüsursuzluq görürəm. Hər şey bir-biriylə əlaqə içərisindədir, hər şey mükəmməl və saat kimi işləyir. Bunlardan birini çəkdiyimizdə Jenga oyunundakı kimi bütün parçalar yerlə bir ola bilər. Demək ki hər şey qüsursuz bir şəkildə var olmuşdur.”
Nümunələri artırmaq mümkündür. Görə biləcəyiniz üzrə hamısıı eyni və aşağıdakı formadadır:
Bir X faktı ələ alınar (hüceyrə, canlı, Kainat, qalaktikalar və s.)
X faktının olduğu an içərisindəki sistemi ələ alınar (hüceyrənin iş forması, canlıların sistemləri, kainatın quruluşu, qalaktikaların hərəkətləri və s.)
X faktının iş forması, müəyyən bir komplekslik səviyyəsində olduğu və işini bu komplekslikdə davam etdirə bildiyi üçün mükəmməl olaraq görülər.
Elmdən nəsibini almış hər kəsin asanca müəyyən edə biləcəyi üzrə burada totolojik bir məntiq səhvi və ya daha ümumi tərifiylə dairəvi məntiq səhvi var. Var olan sistem bu andakı iş formasının kompleksliyindən ötəri ələ alınmaqda və eyni komplekslikdən ötəri qüsursuz olduğu iddia edilməkdədir. Bu arqument qarşısında ediləcək hər anti-tezisə qarşılıq olaraq “Necə olursa olsun, bu şəkildə işlədiyiı üçün mükəmməldir.” deyə bir “sovuşdurma cavabı” verilə bilər.
Halbuki universal standartlar daxilində bütün kainat üçün etibarlı olan bir mükəmməllik tərifindən bəhs edilə bilməz. Əvvəlcə, “mükəmməl” sözünün mənasına bir baxaq:
Sifət olaraq istifadə edildiyində qüsursuz, tam, tamamlanmış, yetkinləşmiş kimi mənalara gəlməkdədir. Zərf olaraq istifadə edildiyində də yenə qüsursuz, əskiksiz, tam mənalarını verməkdədir. Mükəmməllik Arqumenti elə tərif olaraq (epistemoloji olaraq) çürüməkdədir. İzah edək:
Kainatd, qüsursuz olan tək bir quruluşdan bəhs edilə bilməz. Bu, insana çaşdırıcı gələ bilər. Ancaq bir az həqiqi düşünüldüyündə qüsursuzluğun və mükəmməlliyin insanın mədəni təkamülü əsnasında inkişaf etdirdiyi bir xarakterizə etmə olduğu aydın olacaq. Mükəmməllik adamdan adama dəyişən, subyektiv bir xarakteristikadırr və universal, ümumi bir mənası ola bilməz. Örnək verək:
Günəş Sisteminə baxdığımızd, həqiqətən də “nizamlı” və “işləyən” bir quruluş görərik. Burad, ilk məntiq səhvinə düşməmiz asandır: Zaman. Bunu anlamalıyıq: Günəş sistemi kainatdakı istisnasız hər fakt kimi davamlı dəyişməkdə olan və bu günə qədər də həmişə dəyişmiş bir quruluşdur. Günəş sistemi (və ya hər hansı bir sistem) kainatın var olduğundan bu yana bu şəkildə deyildi. Hətta kainat var olduqdan sonra, 9 milyard il qədər bir müddət Günəş sisteminə dair heç bir iz də yox idi! Günümüzdən 4.5 milyard il qədər əvvəl yaranan Günəş sistemi, min bir xaotiklikdən keçərək zaman içərisində enerjinin dağılmasıyla birlikdə daha sabit hal aldı. Bu anda “fırtına əvvəli səssizlik” dövrümüzdəyik. Çünki Kainatda heç bir şey nizamlı qala bilməz hər şey nizamsızlığa məhkum olacaq. Ən nizamlı və sabit sistem belə kainatın ən yaxşı ehtimalla “buz kainat” halına keçməsiylə, yəni mütləq istilik olan -273 dərəcəyə çatmasıyla birlikdə, “mükəmməllik” xüsusiyyətini itirəcək. Çünki “mükəmməlliyi” təyin edə biləcək heç bir funksiyasını davam etdirə bilməyəcək. Mövzuya dönək:
Günəş Sisteminin bu anda (və son bir neçə yüz milyon ildir) sabit bir dövründə olması bu quruluşun davamlı bu şəkildə sabit olduğu mənasını verməməkdədir. Günəş Sistemi və bu sistem içərisindəki Yer köhnə dövrlərdə çox qüvvətli maqnit fırtınaları, meteorit bombardmanları, planet toqquşmaları və s. kimi həddindən artıq xaotik hadisələr sovuşdurmuşdur. Bu hadisələrin bir neçə saniyə sonra və ya sabah olmaması üçün heç bir səbəb yoxdur. Canlılıq Yer üzərinə təkamülləşə bilmişdir, çünki nəhəng ölçülərdəki kainat içərisindəki ehtimalla birdən çox uzun davamlı sabit bölgələrdən biri Günəş sistemi və Yer planeti olmuşdur. Burada bir başqa suala da cavab verilmiş olar: Yer canlılığın üzərində təkamülləşməsi üçün bu xüsusiyyətləriylə yaranmayıb. Yer öz meydana gəlməsi içərisində fizika qanunları daxilində bu günki və bu günə qədərki şəklini və xüsusiyyətlərini ala bildiyi üçün canlılıq bu planet üzərində təkamülləşə bilmişdir. Yəni aradakı səbəb-nəticə əlaqəsinə diqqət yetirilməlidir.
Buradan yaxınlaşıldığında kainatdakı hər şeyin fizika qanunlarına bağlı olduğu görüləcək. Əgər  Böyük Partlayışın parametrlərindən birində və ya bir neçəsində dəyişmə meydana gəlsəydi, fizika qanunları tamamilə fərqli ola biləcəkdi. O zaman bəlkə insan təkamülləşməyəcək, hətta bildiyimiz mənasıyla qalaktikalar və ya hər hansı bir şey var ola bilməyəcəkdi. Ancaq bu dəfə də bizim bu kainat içərisində anlaya bilmək üzrə təkamülləşdiyimiz faktların xaricində bizə bu anda çox daha mücərrəd gələ biləcək, xəyal belə etməkdə çətinlik çəkəcəyimiz strukturlar var ola bilərdi. Bunu yuxarıda təqdim edilmiş Salvador Dalinin bir çox insana qəribə gələn tablosunaa bənzədə bilərik.
Hər nə qədər burada xəyal etməmizi təmin edən bildiyimiz ünsürlər olsa da bu tip “absurd” bir kainatın tamamilə fərqli fizika qanunları altında meydana gəlməməsi üçün heç bir səbəb yoxdur.
Buna görə Universal olaraq təyin etməyə çalışdığımız mükəmməllik anlayışı olduqca səhvdir. Çünki xarakteristik olaraq heç bir quruluşun “tam” və ya “qüsursuz” olduğundan bəhs etməmiz mümkün deyil. Günəş sistemi nə vaxt tamamlanacaq? Bir meteorit daha girdiyində ya da Pluton sovrularaq sistemdən çıxdığındamı (bu gələcəkdə olacaq)? Günəş 1.523.665 santigrat dərəcə deyil də 1.510.223 santigrat dərəcə olduğundamı (Günəş gedərək soyumaqdadır)? Yerin öz ətrafındakı dönüşü 24 saat deyil, 26 saat olduğundamı (Yerin öz ətrafındakı dönüşü gedərək yavaşlamaqdadır)?
Daha əhəmiyyətli bir sual mükəmməlliyin sərhədlərini kimin çəkdiyidir. Yəni “Kimə görə mükəmməl?” sualının cavabıdır. Bir insan fiziologiyai sahəsində araşdırma edərkə, məsələn böyrəkləri araşdırarkən “çox düzgün işlədiyi üçün mükəmməl” bir quruluş olduğunu düşünə bilər. Eyni böyrəyi araşdıran bir başqa elm insanı isə yalnız “vəziyyəti qurtarmaq üçün” əlavə olunmuş bir quruluş olaraq görə biləcək. Çünki böyrəklər və digər bütün orqanlar işini düzgün edə biləcək olsaydı (məsələn su itkisini düz bir şəkildə önləyə bilsədilər) tamamilə gərəksiz strukturlar olacaqdı. Bədənimizdəki strukturların hamısı bu şəkildə mənasız çoxluqlara və əlavə yüklərə malikdir. Bəli, ilk baxışda hər şey əla işləyir kimi görünəcək. Ancaq detallara enilib, haradasa hər gün meydana gələn səhvləri gördükcə mükəmməllik sorğulanmağa başlayacaq. Qısa müddət sonra da təbiətdə heç bir şeyin mükəmməl olmadığını görməmək mümkün belə deyil.
Günəş sisteminə dönək… Hər şey əla işləyir. İnsan (və digər bütün canlılar) üzərində təkamülləşə bildikləri bir planetdə yaşayırlar. Ancaq nə zamana qədər? Yer və Günəş sistemi dediyimiz kimi inanılmaz xaotik bir mühitinsabitləşməsiylə bu ankı halını almışdır. Əvvəl inanılmaz isti bir toz buludu yavaş-yavaş soyuyaraq cazibə qanunları təsiri altında bir mərkəz ətrafında fırlanmağa başlamış, bu mərkəzdə yığılan yüksək miqdarda maddənin təzyiq və istiliklə sıxlaşması nəticəsində Günəş meydana gəlməyə başlamış, Günəş ətrafında qalan toz buludlarının  sıxlaşmasıyla isə əvvəl qayalar, sonra nəhəng kütlələr, sonrasında ön-planetlər, ən sonunda isə planetlər meydana gəlmişdir. Bunlardan bir dənəsi (özü kimi kainat içərisindəki katrilyonlarca planetin hər birinin fərqlilikləri olması kimi) özünə xas fərqliliklərdən ötəri üzərində canlılığın başlamasına “səbəb olmuşdur”. Bunu istəyərək, hazırlayaraq, düşünərək etməmişdir. Fizika qanunları altında hərzərrəcik qarmaqarışıq bir şəkildə kainat içərisində olmaqda və hərəkət etməkdədir. Bu qanunlar Yerin və digər hər şeyin meydana gələ bilməsinə icazə vermişdir. Ancaq unutmayın ki, bu qanunlar da tamamilə fərqli ola bilərdi. O zaman da “E niyə bu şəkildə oldu?” deyə soruşacaqdıq. Bunun sonu yoxdur.
Min bir çətinliklə 4.5 milyard ildə bu günki halını alan bu sistem qonşu qalaktikalarımızdan birində meydana gələcək bir gamma şüalanması səbəbiylə bir neçə milisaniyə içərisində təkrar ilk başdakı xaotik halına dönə bilər və Südyolu qalaktikası içərisində olan hər ulduz, hər planet, bu planetlərdəki hər çox-molekullu struktur atomlarına ayrılacaq qədər enerjiyə məruz qala bilər. Bu o qədər sürətli olar ki, “Kainat nə qədər də mükəmməldir.” cümləsi beyninizdən siqnallar olaraq kodlaşdırılıb, boyunuzdan enib, səs qutunuza çataraq bu cümləni qurmanızı təmin edəcək qədər zaman tapa bilməzlər. Cümləni qurma niyyətinizdən dərhal sonra bütün atomlarınıza ayrılmış olarsınız. Bənzər şəkildə, bu yox oluş o qədər sürətli olar ki, yox olduğunuzun fərqinə varmazsınız belə. Çünki ekoloji sinir sistemindən, ətrafdakı siqnallar alınıb da beynə çatacaq qədər zaman tapa bilməz! İndi,  4.5 milyard ildə var olanı 1 millisaniyədə yox edən bir sistemin harası mükəmməldir?
Bu deyilə bilər: “Baxın, nə möhtəşəm məhv edir!” Dediyimiz də tam olaraq budur. Mükəmməllik, möhtəşəmlik, qüsursuzluq tamamilə nisbi anlayışlardır. Kainat içərisindəki strukturların “mükəmməl olmaq üçün çalışacaq” bir şüurları yoxdur. Fizika qanunları nəyi uyğun görsə o tərəfə doğru bir dəyişmə meydana gəlməkdədir. Bu qanunların təsir, katrilyonlarca parametrin təsiri altında, təsadüfi olaraq və davamlı dəyişməkdədir. Belə bir quruluş içərisində mükəmməllik arqumenti hər hansı bir struktur üçün irəli sürülə biləcək son arqumentdir. Belə bir sistem içərisində “mükəmməl” sözcü bir quruluşu xarakterizə etmək üçün istifadə edilə biləcək son sifətdir.
Unudulmaması lazımdır ki, bizə bir şeylərin “mükəmməl” gəlməsinin çox təməl bir neçə səbəbi vardır:
Varlıqlarına alışmışıq. Bir şeyin “o şəkildə” olmasına o qədər çox alışmışıq ki, mükəmməllik halda olduğunu hesab edərik. Bu səbəblə dəyişmə çətin və mənasız gəlir. Qısaca “ətalət sahibiyik”. Hərəkət etmək istəmərik və olduğu halıyla qalmasını seçərik. Bu şəkildə davamlı var olan strukturlar bizə mükəmməl görünər. Halbuki bu strukturların hamısı , hər şeylə birlikdə dəyişməkdədir. Bu dəyişmə yavaş olduğu üçün hiss edilməz, ancaq uzun zaman dilimlərində baxıldığında, hər dövrdə yaşayan insanların, tamamilə fərqli və zidd faktları “mükəmməl” olaraq qiymətləndirdikləri görülər. Bu, əlbəttə ki, perceptual bir səhvdir. Əslində heç biri mükəmməl deyil. İnsanlar strukturların dəyişən halına uyğunlaşma təmin etmişdir, alışmışdır.
Varlıqlarına vərdişkar deyilik. Bir əvvəlki maddənin tam tərsi də insanın bir şeyləri “mükəmməl” hesab etməsi üçün bir səbəbdir. Heç vərdiş etmədiyimiz yeni bir şeyi öyrəndiyimizdə, beynimiz sürətli bir qiymətləndirmə edə bilməz və asan yola qaçar: Orijinallığından ötəri mükəmməl olduğu təəssüratına qapılar.
Kompleksliyi anlamırıq. Ətrafımızdakı sistemlərin demək olar ki hamısı insandan heç olmasa bir neçə yüz qat qədimdir. Bir çox sistem isə insandan milyonlarla il, milyardlarla il əvvəlindən bəridir var. Bu səbəbdən bu sistemlər tamamilə yox olmalarına səbəb olacaq bir səbəblə qarşılaşmadıqları üçün (ki bu sayədə bu gün də o sistemləri görə bilirik) bu müddət ərzində olduqca kompleks hala gələ bilmişlər. Bu, cansız strukturlar üçün sistemlərin və strukturların üst üstə təcrübəsindən, canlılar içinsə təkamüllü dəyişmədən ötəri olmaqdadır. Ancaq insan hər şeyi son halıyla, o anda gördüyü halıyla qiymətləndirməyi seçdiyi üçün, kompleksliyə heyranlıq duyar və mükəmməl olduğunu iddia edər. Bu da tez-tez edilən səhvlərdən biridir. Davkinsin gözəl bir sözünü var: “Bir şeyin niyə o şəkildə olduğunu anlamalmanız o şeyin, o şəkildə olmadığı mənasını verməz, olsa olsa sizin qəbul tutumunuzun olduqca aşağı olduğunu göstərər.”
Buradakı məntiq səhvlərinin ortaq məxrəcini anladığınızı ümid edirik: Biz ətrafımızdakı cisimlərə baxdıqdan və qiymətləndirdikdən sonra onlara sifətlər yüklərik: mükəmməl, uyğun, gözəl, şahanə və ya qüsurlu, uyğun olmayan, çirkin, əskik. Ancaq anlamadığımız nöqtə budur: Kainatdakı heç bir cisim heç bir obyekt, heç bir varlıq, insanın təyin etmə və xarakterizə etmələrinə asılı deyil. Bu səbəbdən bu sahələrdə universal təriflərdən bəhs etmənin heç bir yolu yoxdur. Sistemlər varlıqlarını müəyyən qanunlar altında davam etdirərlər. Bu qanunlar dəyişsə, strukturlar da dəyişər. Bu dəyişmələrin heç biri insanın öz təyin etmələrindən asılı deyil. Başa düşülməsi lazım olan nöqtə budur.
Ümumiləşdirmək lazım olsa: Kainat, bir çox “gözəllik” ilə doludur. Ancaq bu gözəlliklər insanın içərisində təkamülləşdiyi quruluşdan ötəri bizə “gözəl” gəlməkdədir. Gözəllik və estetika anlayışı tamamilə nisbidir. Bu səbəbdən bizə gözəl, xoş, ovsunlayıcı gələn strukturların hamısı biz bunlarla birlikdə təkamülləşdiyimiz və bunları görməyə vərdiş etdiyimiz üçün bizə bu şəkildə görünməkdədir. Bir çox insana qarğa səsi ikrahedicii gəlirkən, bəzi insanlar bu səsi xoş hesab edə bilərlər. Qarğa səsi bəzi insanlara çirkin gələrkən, bəzilərinə qüsursuz gələ bilər. Burada universal estetika və qüsursuzluq anlayışlarından bəhs edə bilməməmiz mükəmməllik arqumentini çürütməkdədir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: