Cervical Cancer Vaccine
Want create site? Find Free WordPress Themes and plugins.
Elmin sürətlə təkmilləşdiyi 21-ci əsrdə saysız ağlını itirmiş psevdoelmçilər (saxta elmi önə çıxaran və elmi həqiqətlərə inanmayan insanlar) minlərlə elm insanının ömürlərini hәsr etdiyi dərman və peyvənd sektorunun böyük bir yalandan ibarət olduğunu hesab edәcәk qədər elmdən və şüurlu düşüncədən uzaqlaşıblar. Ortaya çıxan hər epidemiyanı “Amerikanın laboratoriya təcrübəsi” olaraq təsvir edərək hәqiqәtlәrdәn qorxduqlarını gizlətməyə və belә bir şeylәrin arxasında günahkar bir subyekt olduğu təsvirini yaratmağa çalışaraq bütün problemləri bir ölkənin vә ya tәşkilatın üzərinə yıxmağa çalışırlar. Halbuki, dünyanın hər yerindә tamamilə təbii yollarla yaranan vә yoluxan xəstəliklər ABŞ-ın, ümumiyyәtlә hәr hansı tibbi tәşkilatın yaranmasından daha çox öncәlər də mövcud idi. Qısaca, bu şəxslər sadəcə tibb deyil, hər hansı bir sahədə sahib olduqları çox az miqdarda məlumatlarıla çox radikal nәticәlərə vararaq və fərziyyə belə adlanmayacaq fikirlər məcmusu yaradaraq sözün tam mənasıyla fikir qarışdırırlar.
Xəstəliklərə səbəb olan təməl ünsürlər mikroblardır. Viruslar və bakteriyalar xəstəliklərin digәr təməl qaynağıdır. Bu canlıların (viruslar hələ ki cansız olaraq qəbul edilir, amma bu mövzu hələ də müzakirədədir) çox yüksək nəsil artırma sürətinə sahib olması nəticəsində olduqca sürətli təkamül keçirә bilir və buna görә yeni xüsusiyyətlər qazanaraq öncələri yoluxduqları canlıları xəstələndirməsələr belə sonra xəstəlik strukturlu (patogen) xüsusiyyət qazana bilirlәr. İnsanın bədənində 100 trilyon hüceyrə var, buna müvafiq olaraq bir insanın bədənində təxminən 1 katrilyon mikrob olur. Bunların  hamısına müdafiə sistemimiz müqavimәt göstәrә bilsә dә keçirilən yüksək sürətdə təkamülә görә bu mikroblar asanlıqla immunitet sistemimizin qoruyucu divarlarını keçә bilәr.
Bu halda immunitet sistemimizi hər il təkamül keçirən yeni mikroblara tanış etmək üçün peyvәndlәr tətbiq olunur. Peyvənd çox aşağı dozada, az sayda və öldürülmüş mikrobları ehtiva edən kimyəvi maddәlərdir. Bu kimyəvi maddәlər bədənə enjeksiya edildiyi zaman müdafiə sistemimiz dərhal aktivləşir və bu mikrobları tanımağa başlayır. Normalda bədənimizə daxil olan mikroblar sürətlə çoxalaraq müdafiə sistemimiz onu mәhv etmәdәn öncә müdafiə sistemi hüceyrələrimizə üstün gəlir və bizi xəstələndirirlər. Ancaq peyvәnddәki doza çox aşağı olduğundan və mikroblar da təsirsiz hala gətirildiyi üçün orqanizm xəstəlik keçirmədən mikrobları tanıyır. Beləcə, o xəstəliyə tutulmadan xəstəlik yaradan mikrobu tanımış olur. Bir il içərisində bir daha xəstəliyin o növünə tutulma ehtimalı sıfıra yaxın olur.
İndi “Amma mənә məsələn, qrip peyvəndi enjeksiya edildi, buna baxmayaraq eyni il qripə yoluxdum, demək ki, işə yaramaya bilir” – deyә bilәrsiniz. Bu, çox sadə və yalnız təkamül biologiyası ilə açıqlana bilən bir səbəbdən qaynaqlanır: dediyimiz kimi mikrobların çoxu çox sürətli nəsil artırma sürәtinә və bundan aslı olaraq da sürәtli növlәşmә vә təkamül sürətinə malikdir. Normalda hər hansı bir anda bizim “qrip” olaraq xarakterizə etdiyimiz xəstəliyə səbəb ola bilən yüzlərlə virus növü ola bilər. Bunların hamısı bir əvvəlki ilin viruslarından təkamülləşmişdir. Dərman sənayesi hələ ki bu təkamül sürətinә çata bilmәdiyindәn ya da bu tәkamülü dayandıra bilmәdiyindәn yalnız o ilin ən yayğın virusuna görә peyvəndlər istehsal edirlәr. Buna görә siz peyvənd edilərkən sadəcə bu virus növündən qrip olmayacaq şəkildə müdafiә olunursunuz, ancaq şanssızsanız, daha az rastlanılan digər virusa yoluxaraq qrip ola bilərsiniz. Unutmayın ki, peyvənd bir həll yolu deyil, bir tədbirdir.
Üstəlik qrip peyvəndləri təsiri ən aşağı olan peyvәndlәrdәn biridir.  Bunu əsas alaraq digər ölümcül viruslara qarşı olan peyvəndlərin enjeksiyasından imtina etmәk yalnız özünüzə deyil, bütün cəmiyyətə zərər verә bilər. Bu bir “azadlıq” deyil. Azadlıqlar başqalarına zərər verdiyiniz anda bitər. Peyvənd olduğunuzda özünüzə heç bir zərər verməzsiniz. Ancaq peyvənd olmadığınız halda çox sayda insana zərər vermə potensialına sahib olursunuz. Buna görә peyvənd olmamaq dahilik deyil, axmaqlıqdır.
Aşağıdakl şәkildә Xəstəliyә Nəzarət və Qarşısı Alınm Mərkəzinin (CDC) hazırladığı və Nyu York əyalətinin Purchase bölgəsində yaşayan Lion Ferrant adlı şəxsin hər kəsin xalqın anlaya biləcəyi formaya saldığı statistikaları görә bilәrsiniz. Bu statistikalar peyvəndlərdәn əvvəl və sonra müəyyən xəstəliklərə yoluxanların illik saylarını və bu sayların peyvəndlər sayəsində neçә faiz qarşısının alındığını göstərir. Burada sayılan xəstəliklərin hamısı ölümcüldür.

Peyvəndlər və təsirləri. Peyvənd vurdurmaq əhəmiyyətsizdirmi?

Vizualda gördüyünüz kimi rəqəmlər müzakirə edilməyəcək şəkildə, son dərəcə aydındır. İnsanlığın davamlı olaraq problem yaratması bir yana, saysız problemi hәll etmәk baxımından da uğurlu sayıla biləcək bir növdür. Buna görә özümüzü tәhlil etmәmiz çox gözəl olmaqla birlikdə minlərlə elm insanının əmək sərf etdiyi bir sahəni əsassız psevdoelm nəzəriyyələriylə bulandırmaq qeyri-iradi olaraq elm düşmənliyi etməmizə səbəb olacaq.

Әlbəttə, bu söz-söhbətlərin doğru olduğu müəyyən hadisələr ola bilər. Ancaq bunlar dəqiq bir şəkildə isbatlanmalıdır. Üstəlik, edilən bir neçə səhv digər bütün müvəffəqiyyətləri heçə saymaq üçün heç bir zaman kafi olmamışdır və olmayacaq (Plutonun illər ərzində planet sayılması və 2006-cı ildə planet olmadığına qərar verilməsi digər Yer kimi səma cisimlərinin planet olmadığı demək deyil).

Peyvəndlərin iş mexanizmləri barәdә kafi dərəcədə mәlumata malik olanların peyvəndlər haqqında bir çox yanlış məlumat yaydığı geniş müşahidә edilir. Aşağıda geniş qəbul edilmiş bu illuziyaların ən məşhurları göstərilib.

İmmun sisteminin həddindən artıq yüklәnmәsi

Yəqin ki ən məşhur fikir bir uşağa bir dəfədə birdən çox dozada peyvənd enjektә edildiyindә baş verəcək “immun sistemin həddindən artıq yüklənməsi” fikridir. Bu düşüncə ilk dəfə uşaqların immun sistemlərinin inkişafı üçün planlanan peyvənd proqramının genişləndirilməsi fikrindən sonra ortaya çıxmışdır və bəzi peyvəndlər tək səfərdə istifadәsi üçün birləşdirilmişdir. Bununla birlikdə bir çox iş peyvəndlərin birlikdə verilməsinin təhlükəli olmadığını göstərmişdir.

Ancaq bəzi valideynlər bu yanılmanın doğru olma ehtimalına qarşı uşaqlarının peyvәn vurulma periodunu uzatmağa qərar verirlər. Ancaq bu yanaşmalarını dəstəkləyəcək hər hansı bir dəlil yoxdur və peyvənd zamanını təxirə salmaq uşaqları qarşısının alınması mümkün xəstəliklərə qarşı belə risk altında qoyur.

 Xəstəliyin yox olması
Bəzi insanlar polio virusunda (uşaq iflicinə səbəb olan virus) olduğu kimi bəzi xəstəliklərin ABŞ-da mәhv olmasına görә peyvəndin istifadəsinin gərəksiz olduğunu hesab edirlәr. Ancaq dünyanın geri qalan qisimində polio virusu hələ yayğındır və ölkəyə virusun təkrar daxil olması ilə qorunmamış immunitet sistemləri asanlıqla xəstəliyə tutulacaqlar. Digər bir nümunə isə Amerika Birləşmiş Ştatlarında çox nadir müşahidә edilәn qızılca xəstəliyi ilə bağlıdır, ABŞ epidemiyaları nə zaman bir Amerikalı qızılca virusunun geniş olduğu bir ölkəyə getsə, dönüşdə virusu özü daşımasıyla ortaya çıxmışdır. Ancaq kafi peyvәndlә bu tip epidemiyalar önlənə bilər. Lakin peyvənd nisbəti düşsə, qarşısı alınmağı çox asan xəstəliklər belə yayıla bilər. Məsələn 2000-ci illərin әvәllәrindә İngiltərədə tətbiq edilәn peyvəndlər təsirlərini itirdikdən sonra peyvənd nisbətlərinin aşağı salınmasıyla qızılca xəstəliyi təkrar yerli bir xəstəliyə çevrilmişdir.
Peyvәnd vurulan insanların peyvәnd vurulmayanlara görә daha çox xəstələndiyi

Amerikada qızılca xəstəliyində olduğu kimi bir bölgədə nadir görülən bir xəstəlik epidemiyaya çevrildiyi zaman yalnız peyvәnd olunmamış insanlar risk altında olmur, çünki heç bir peyvəndin 100% zəmanəti yoxdur. Buna görә bəzi peyvәnd olunmuş kəslərin də xəstəliyə tutulma ehtimalı var. Әsasәn bir epidemiya zamanı peyvәnd olunmasına baxmayaraq xəstələnən insanların sayı peyvәnd olunmadan xəstələnən insanların sayından daha çox olacaq. Bunun səbəbi peyvəndlərin təsirsiz olması deyil, az sayda da olsa, ilk etapda müqavimət göstərən bir miqdar adamın olmasıdır. Hipotetik bir epidemiyadakı rəqəmlərə baxaq:

500 nəfərlik bir qrup təsəvvür edək. Bu qrup nadir müşahidə edilən bir xəstəlik epidemiyasına yoluxmuş olsun. Qrupdan 490-u peyvənd olunmuş, 10-u da peyvənd olunmamış olsun. Fərqli peyvəndlər fərqli müdafiə səviyyəsinə malik olur, lakin bu nümunədə peyvənd edilən hər 100 adamdan 98-ində xəstəliyə qarşı immunitet yaranacağı güman edilir.

Epidemiya ortaya çıxdığında peyvənd olunmamış 10 adamın hamısı bu xəstəliyə tutulacaq. Yaxşı, bəs peyvənd olunan 490 adam?

Hər 100 adamdan 98-nin immun sistemlərinin müvəffəqiyyətli bir şəkildə müqavimət göstərdiyini düşünsək, 490 adam içərisindən də 10 adam xəstəliyə tutulacaq. Bu sayı da peyvənd olunmayıb xəstəliyə tutulan insan sayıyla eynidir.

Xəstələnənələrdən 10-u peyvənd olunmuş, 10-u peyvənd olunmamış adamlardandır. Ancaq 500 nəfərlik populyasiyada peyvənd olunub xəstə olan 10 adam üçün faiz dəyəri peyvənd olunmuş kəslər içərisində (10/490) = 2% -dir. Peyvənd olunmayan xəstə olan adam faizi isə (10/10) = 100% olur. Nəticə bu şəkildədir:

  • Populyasiya böyüklüyü: 500
  • Peyvənd olunmuş kəslər: 490
  • Peyvənd olunmamış kəslər: 10
  • Peyvənd olunduqdan sonra xəstələnən insanların faizi: 2%
  • Peyvənd olunmadan xəstələnən insanların faizi: 100%
Peyvənd deyil, gigiyena və sağlam bəslənmə xəstəlik dərəcələrini azaldır.
Bütün faktorlar arasında yüksək gigiyena və bəslənmə bəzi xəstəliklərə tutulma ehtimalını azalda bilər. Peyvəndin ortaya çıxışından əvvəl və sonra xəstəliklərlə bağlı məlumatlara görə xəstəliyə yoluxma hallarının azalmasında ən təsirli yolun peyvənd olduğu görülmüşdür. Qızılca xəstəliyinə yoluxan insanların sayı 1950 və 1963 illər arasında Amerika Birləşmiş Ştatlarında ildə 300,000-800,000-ə çatdığında yeni patentli qızılca peyvəndi yayğın bir şəkildə istifadə edilməyə başlandı. 1965-ci ildə ABŞ-da qızılca xəstəliyiə yoluxan insanların sayında əhəmiyyətli bir dərəcədə azalma oldu. 1968-ci ildə 22,000 yoluxma halı qeydə alındı (3 ildə 800,000 yoluxma halında 97,25% azalma), 1998-ci ildə orta yoluxma halı sayı ildə ən çox 100 idi. Bənzər yoluxma halı saylarındakı azalmalar yenə peyvəndləri olan xəstəliklər üçün etibarlıdır.
Peyvəndləri gigiyena və bəslənmədən ayıran ən yaxşı dəlil peyvəndlərin su çiçəyi kimi xəstəlik və bu kimi xəstəliklərin səbəb olduğu ölüm halları sayının azalmasından məsul olmasıdır. Əgər gigiyena və qidalanma tək başlarına yoluxucu xəstəlikləri qarşısını almaqda təsirli olsaydı, su çiçəyinə yoluxma halları varicella peyvəndi yaradılmadan daha əvvəl azalmalı idi, bu, 1990-cı illərin ortalarına qədər mümkün olmamışdı. 1990-cı illərin əvvəllərində ABŞ-dakı su çiçəyinə yoluxma hallarının sayı 1995-ci ildə peyvəndin yaranmasından əvvəl ildə 4 milyon civarında idi. 2004-cü ildə xəstəlik nisbəti 85% azalmışdı.
Təbii qazanılmış immun peyvəndlə  qazanılan  immunitetdən yaxşıdır
Bəziləri xəstəlikdən sonra yaranan immunitetin peyvəndlə qazanılan immunitetdən daha yaxşı olduğunu düşünür. Təbii qazanılan immunitetin bəzi hallarda peyvənd ilə qazanılan immunitetdən daha uzun davam etiyi doğrudur, ancaq təbii infeksiyanın riskləri peyvənd istifadəsinin yaratdığı risklərdən çoxdur. Məsələn, qızılca infeksiyası 1000 adamın 1-ində ansefalite (beyin infeksiyası), 2-sində ölümə səbəb olur. Qızılcaya qarşı peyvənd isə yalnız milyonda bir adamda ansefalit və ya müxtəlif allergik reaksiya yarada bilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Bir cavab yazın