Texnologiya

Bionik göz gəlir və onlar bizi fövqəlbəşər edəcək

Want create site? Find Free WordPress Themes and plugins.

Yer üzərində təxminən 285 milyon kor insan vardır və onlar üçün tibbi və texnoloji yeniliklər edilir. Korluğun müalicəsi və görüşün geri qazandırılmasına elmi-fantastikanın bir çarəsi mövcuddur: bionik göz.

Bionik bir göz və ya retinal protez sistemi gözdə gözə daxil olan işıq ilə optik sinirləri arasındakı boşluğu dolduraraq işləyir. Görüntüləri birbaşa beyinə ötürür və beləcə gördüyümüz şeyləri fərqləndirə bilərik.

İndiyə qədər Second Sight adlı şirkətin istehsal etdiyi Argus II adlı bionik göz FDA tərəfindən təsdiqlənib. Argus II iki linzaya quraşdırılmış kameralar və optik sinilərlə birləşən gözün üst təbəqəsindəki implantı istifadə edərək işləyir. İndi Argus istifadəçiləri sadəcə kölgələri müəyyən etmə və cisimlərin konturları dərk etmə qabiliyyətinə malikdir.

Gözlənilən yeni inkişaf isə üz ifadələrini müəyyən edib böyük hərfləri oxumağa imkan yaradacaq Melbrun almaz-elektronik bionik gözüdür. Bu texnoloyikanın yaradıcıları klinik testlər üçün hazırlaşırlar.

Bu bionik göz texnologiyaları görüşü mükəmməl səviyyəyə çatdırmaz, idealdan uzaqdır. Amma bizi o səviyyəyə aparacaq texnologiyalar inkişaf edir.

Sayborq gələcəyi

Nəhayət mükəmməl görüş təmin edən texnologiyaya sahib olacağıq, bəs sonra nə edəcəyik? Korluğun müalicəsi bir tərəfə, bionik gözlər bizi potensial olaraq fövqəlbəşər edəcək.

İşıq müxtəlif dalğa uzunluğuna malikdir və insanlar sadəcə görünən işıq adlanan spektrdəki rəngləri görə bilir. Bionik bir gözlə isə radio dalğalarında qamma dalğalarına qədər bütün elektromaqnit spektiri görməmizə icazə verərsə, “temperaturu” görə bilə, qazları görməklə ayırd edə, hətta divaların arxasını görə bilərik.

Bəlkə baxış sahəmizdəki hər hansı bir şeyi görmək üçün baxışı uzaqlaşdırıb-yaxınlaşdıra bilərik (bu texnologiya onsuz da mövcuddur), Wi-fi ilə canlı yayım edərək internetdə yayımlaya və ya video, şəkil çəkə bilərik. Bunların hamısı fərziyyədir, amma kimsə reallıqda innovativ texnologiyaların elmi-fantastikaya çevrildiyini inkar edə bilməz.

Gələcəyin məqsədləri

Bionik texnologiyaların yaranması onların bir çox sahədə tətbiq edilməsinə yol açır; mikroorqanizmləri avadanlıq olmadan araşdıra, əsgərlər sahələrdə partlayıcıları müəəyən edə, hava limanlarında güvənlik artarıla bilər. Ehtimallar sonsuzdur.

Görmə qabiliyyətini mükəmməl şəkildə geri qaytaran texnolgiyaların yaradılmasına hələ bir neçə on il qalmış ola bilər. O zamana qədər alimlərin hər bir texnoloji inkişafını dörd gözlə gözləyəcəyik .

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Etiketlər
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: