Want create site? Find Free WordPress Themes and plugins.

Qeyd edilir ki, çin alimləri “Tiangong 2” adlı kosmik cihazın bortunda “mümkünsüz” EmDrive variantını uğurla sınaqdan keçiriblər. Elm ictimaiyyəti mühərrikin iş prinsipini anlamaqda hələlik çətinlik çəkir. Optimist mütəxəssislərsə ümid edir ki, əldə edilmiş uğur sayəsində gələcəkdə uzaq kosmik məsafələrə səyahət reallaşa biləcək.

EmDrive mühərriki dünya alimlərinin diqqət mərkəzindədir. Bəzi mütəxəssislər onun funksionallığına əmindir, digərləri isə belə bir cihazın işləyəcəyinə şübhə ilə yanaşmağa davam edir. İndi isə Çin kosmik texnologiyalar akademiyasından olan mütəxəssislər ötən günlərdə Pekində təşkil olunmuş mətbuat konfransında yanacaqsız işləyən mühərrikin mümkün variantlarından birini müvəffəqiyyətlə sınaqdan keçirdiklərilə bağlı məlumat veriblər. Təcrübə “Tiangong 2” kosmik aparatının bortunda aparılıb. ÇXR alimlərinin dediyinə görə, EmDrive konsepsiyası gələcəkdə kosmik peyklərdə istifadə olunacaq.

ÇXR höküməti “mümkünsüz” mühərrikin hazırlanması üçün 2010-cu ildən başlayaraq maliyyə dəstəyi verir. Altı il ərzində mühərrikin müxtəlif versiyaları yaradılıb ki, bunları da çəkisizlik şərtlərində istifadə etmək mümkündür. Çin mütəxəssisləri qeyd edir ki, ilk dəfədir belə bir mühərrikin funksionallığına sübutlar əldə ediblər: cihaz cüzi dartıcı qüvvə yaradaraq, işə salına bilər.

EmDrive olduqca görkəmsizdir və vedrəni xatırladır, maqnetron və rezonatordan ibarətdir. Konsepsiyanın banisi Rocer Şoyerin sözlərinə inansaq, maqnetron mikrodalğaları generasiya edir və bunların titrəyişi nəticəsində yaranan enerji rezonatorda toplanır. Bununla belə xüsusi qapalı rezonatorda elektromaqnit titrəyiş dalğalarının mövcud olması faktı dartıcı qüvvə kimi nəzərdə tutulur. Mühərriki isə ona görə “mümkünsüz” adlandırırlar ki, yanacaq sərf etmir – yəni impulsun saxlanma qanunu pozulur.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın