Want create site? Find Free WordPress Themes and plugins.

Populyar elmdəki bəzi nəşriyyat qaynaqları Kainat və Böyük Partlayış ilə əlaqədar olaraq bəlkə bilərəkdən, bəlkə də xəbərsiz olaraq bir çox səhv məlumat dərc etdirir. Bunlardan ən böyüyü kainatın ilk genişləmə dövründə işıq sürətindən daha sürətli genişlənməsi istiqamətindəki iddialardır. Üstəlik elə məşhur bir səhv iddalardır ki, yalnız bu səhv iddanı hədəf alan bir arxiv məqalə belə dərc edilmişdir. Əslində bu səhvin necə ortaya çıxdığını anlamaq asandır: nəticədə genişləmə əsnasında bir an əvvəl aralarında 1 metr olan iki atom parçası saniyənin milyard vurulsun milyard vurulsun milyard vurulsun milyonda birində, özlərini bir-birindən təxminən 1 işıq ili, yəni 9.460.000.000.000.000 metr uzaqda tapdılar. Yaxşı bəs bu “işıqdan daha sürətli genişləmə” deyilmi? Bu, ümumi nisbilik ilə əlaqəli bir vəziyyətdir.

 

Gənişlənməyi izah etməmişdən əvvəl bugünki kainatımızda gördüyümüz bir təsiri, kosmik genişlənməyi izah edək. Uzaq qalaktikalara baxdığımız zaman, uzaqda olan qalaktikalardan gələn işıqların, yaxındakı qalaktikalardan gələn işıqlarına nisbətən daha çox qırmızıya sürüşmüş olaraq (gələn işıqda qırmızı rəngin daha sıx olması kimi düşünə bilərsiniz) bizə çatdığını müşahidə edirik. İndiki vaxtda, cisimlər bizdən uzaqlaşırlarsa onlardan gələn işığın da Doppler təsirinə görə qırmızıya sürüşəcəyini bilirik. Buna görə də, qalaktikalardan gələn işığın qırmızıya sürüşməsinə baxaraq, bu qalaktikaların bizdən uzaqlaşdığı fikirlərini deyirik. Ancaq qırmızıya sürüşmə kosmosun öz gənişlənməsindən də qaynaqlana bilər. Yəni əslində kosmos genişləyir, qalaktikalar kosmosun daxilində hərəkət edərək bizdən uzaqlaşmırlar. Birinci növ qırmızıya sürüşmə xüsusi nisbiliyin bir xüsusiyyətidir və kosmosdakı cisimlərin hərəkətindən qaynaqlanır. İkinci növ isə ümumi nisbiliyin bir xüsusiyyətidir və kosmosun gənişlənməsindən qaynaqlanar.

 

İki növ təsir də uzaq qalaktikalardan gələn işığın qırmızıya sürüşməsinə səbəb olduğuna görə, bir qırmızıya sürüşmə hadisəsinin relatif hərəkətdən yoxsa kosmik genişlənmədən qaynaqlandığını haradan biləcəyik?

Əgər ki, qırmızıya sürüşmə cisimlərin bir-birinə görə hərəkətindən qaynaqlanırsa, uzaq qalaktikalardan gələn işıq qalaktikanı tərk edərkən qırmızıya sürüşəcəyinə görə işıq bizə çatdığı zaman eyni zamanda solğun da olacaq. Əgər ki, qırmızıya sürüşmə kosmik genişlənmədən qaynaqlanırsa, işıq o uzaq qalaktikanı qırmızıya sürüşmə reallaşmadan tərk edər və bu səbəbə görə də solğunlaşmaz. Ancaq sonradan kosmosun gənişlənməsinə görə qırmızıya sürüşərək bizə çatar. Bu zaman uzaqdakı supernovalardan (ulduz partlamalarından) gələn işıqların parlaqlığını bir-biriylə müqayisə edərək şiddət-qırmızıya sürüşmə əlaqəsi olaraq bilinən dəyəri hesablaya bilərik. Araşdırdığımız zaman gəldiyimiz nəticə bu əlaqənin kosmik genişlənməyə möcüzəvi bir şəkildə uyğun olmasıdır. Bu dəyər nisbi hərəkət modeliylə tamamilə uyğunsuzdur. Buna görə də  bilirik ki kosmos mütamadi olaraq genişləyi; ancaq bu nə mənaya gəlir?

Kosmik genişlənmə Habl sabit olaraq bilinən bir dəyər ilə ifadə edilir. Bu günə qədər bu sabitlə əlaqədar edilən ən məqsədə uyğun ölçü 1 milyon işıq ili başına saniyədə 20 kilometrdir. Bu o deməkdir ki, kosmosda bir-birindən 1 milyon işıq ili uzaqdakı iki nöqtə, kosmosun gənişləməsindən ötəri bir-birindən saniyədə 20 kilometr sürətlə uzaqlaşır. Bütün kosmos genişləndiyinə görə nöqtələr arasındakı məsafə artdıqca bir-birindən uzaqlaşma sürəti də dayanmadan artır. Yəni bir-birindən 10 milyon işıq ili uzaqlıqdakı iki nöqtə bir-birindən saniyədə 200 kilometr uzaqlaşır və bu belə davam edər. Buna görə də, əgər ki, bir-birindən kifayət qədər uzaq iki nöqtəni ələ alsanız nəhayət bir-birlərindən işıq sürətində uzaqlaşdıqlarını görərsiniz. İşıq sürəti saniyədə yalnız 300.000 kilometr olduğuna görə əlimizdəki Habl sabitinə əsasən bir-birindən 15 milyard işıq ili uzaqlıqdakı iki nöqtə bir-birindən işıq sürətində uzaqlaşır (bu anda müşahidə edilən kainatın diametrinin 93 milyard işıq ili olduğu hesablanır).

 

Bu vəziyyətdə belə düşünə bilərsiniz: məsələn 16 milyard işıq ili uzaqlıqdakı cisimlər bir-birlərindən işıq sürətindən daha sürətli uzaqlaşır. Yəni bir qalaktikanın işıqdan daha sürətli hərəkət etdiyini iddia edə bilərsiniz. Ancaq həqiqət qalaktikanın deyil, qalaktikaların daxilində olduğu kosmosun bu sürətdə genişlənməsidir. Əslində qalaktika hərəkət etməz. Yəni ortada olan hadisə qalaktikanın nisbilik qaydalarını yıxması deyil. Nəticədə düşünsəniz, o qalaktikalara görə də biz işıq sürətindən sürətli uzaqlaşarıq ancaq vəziyyətin bu olmadığını hər kəs fərq edir. Burda qeyd olunacaq əsas nöqtə, genişlənmənin kosmik bir genişlənmə olmasıdır, qalaktik bir hərəkət deyil. Və kosmik genişlənmənin özü işıqdan sürətli deyil. Hər nə qədər uzaq qalaktikaları ələ aldığımız zaman və mövqeylərinin işıqdan sürətli olduğunu düşünə bilsəkdə.

 

Bu bizi  İnflyasiyaya (ilk genişlənməyə) gətirir. Bir çox məşhur məqalə çox təəssüf ki bu ilk genişlənmə əsnasında Kainatın işıq sürətindən sürətli genişləndiyini izah edir. Bu doğru deyil. Doğru olan budur: ilk genişlənmə əsnasında kosmik genişlənmənin nisbəti bu günkündən daha çoxdur. Yəni bir-birindən işıq sürətindən daha sürətli uzaqlaşırlar kimi görünən cisimlər arasındakı məsafə bu günkündən daha azdır. Ancaq bu Kainatın işıq sürətindən daha sürətli genişlənməsi mənasını verməz.

 

Bu ilk genişlənməyi tətikləyən mexanizmi hələ də kəşf etməmişik. Ancaq bildiyimiz ilk genişlənməyin işıq sürətini aşa bilməyəcəyi gerçəyini dəyişdirmir. İlk genişlənmə əsnasında genişlənmə nisbəti ağla sığmaz səviyyədədir və kosmos bu gün də genişlənməyi davam etdirir. Yalnızca daha kiçik bir nisbətlə…

 

Müəllif; Brian Koberlein (Rochester Texnologiya İnstitutu)

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave a Reply