Astrofizika

Elmi fantastika reallığa çevrilir. İlk dəfə kometə zond endirilir.

Want create site? Find Free WordPress Themes and plugins.
Aparılan hesablamalara görə Rozettadan buraxılan zond bir neçə saat saat sonra kometə enəcək. 



Bu gün astronomiyada tarixi bir gündür. Çünki Philae modulu səhər saatlarında özünü daşıyan ESA peyki Rozettadan ayrılaraq 67P olaraq adlanan kometin səthinə enişə keçdi. Səlahiyyətlilər indiyə qədər hər hansı bir problemin yaşanmadığını və hər şeyin normal seyrində davam etdiyini bildirdilər.Sabah Azәrbaycan saatıyla 12:35-dә PHILA adlı hissәsini səthə endirərək komet üzərində işə başlayacaq. Enişi təsdiqləyən siqnalın saat 13.00-da Yerə çatacağı hesablanır. Modul səthi buz olan kometdə 2015-ci ilin dekabr ayına qədər müxtəlif araşdırmalar edəcək. 4,5 milyard ildir heç dəyişmədən varlığını davam etdirən komet üzərindəki işlərin kainatın keçmişinə dair əhəmiyyətli sirləri ortaya çıxarması gözlənilir.Rozettadakı cüt mərkəzli kütlə spektrometri  (DFMS)  zaman əks etdiricili uçuş spektrometri (RTOF) sayəsində kometin qoxusu daha öncə alınmışdı. Ancaq bu qoxu heç iç açıcı bir qoxu deyil .Hidrogen sulfit və ammonyak səbəbiylə  göy cisimindən çürük yumurta və at nəcisi qoxusu gəlir. Əsasən sudan ibarət olan komet karbon monooksit və karbon dioksidən ibarət bir quruluşa sahibdir . 





Komet öz mahnısını artıq ifa etməyə başladı. 40-50 milliherslik səs normalda insan qulağının eşidə bilməyəcəyi tezlikdədir.


Elm dünyası ən sıra qeyri-adi vəzifələrdən birinə şahidlik edir.12 noyabr 2014-ci ildə Avropa Kosmos Agentliyinin Rozetta kosmos vasitəsinin Philae zondu 67P/Churyumov-Gerasimenko kometinin  J bölgəsinə, yəni yeni adlandırılan Agilkia bölgəsinə enməyə hazırlanır. Agilkia Nil çayındakı bir adadan adını alır. Adını Misirdə olan Rozetta daşından alan Rozetta  Misir dilinə dair izlər daşıyır. Ayrıca  bu ad  16 – 19 Oktyabr arasında 135 ölkədən 8000 adamdan ibarət olan bir münsif heyəti tərəfindən seçildi. Rozetta kosmos vasitəsi dairəvi manevrlər edərək kometə yaxınlaşdı və 12 Noyabr  2014-ci ildə kometə zond endirən ilk kosmos vasitəsi olacaq.



PHILA zond vasitəsinin kometdә edəcəyi araşdırmalar kainatın yaranması, inkişafı və həyatın başlanğıcına dair bəzi sirlərin aydınlanmasını təmin edə bilər. Çuryumov-Gerasimenko / 67P kometi Kuiper qurşağına aid sәma cisimidir. Kuiper qurşağı Neptun planetinin orbiti ilə Plutondan bir qәdәr uzaq mәsafәdә yerlәşәn planetәbәnzәrlәrin var olduğu bir sahədir.


 Zond vasitəsi edəcəyi araşdırmalarla kometlәrin yaranmalarına da açıqlıq gətirəcək. Bәzi mütəxəssislər kometlәri “kainatın dərin dondurucuları” olaraq xarakterizə edir. Araşdırmalar Günəş sisteminin 4,6 milyard il əvvəl necə meydana gəldiyinə dair ipucları da təmin edə bilər. PHILA modulu bunun üçün 10 təhlil vasitəsiylə təchiz edilmişdir. Bunlar arasında rentgen spektrometri, işıq, elektromaqnit dalğası və səs ölçü vasitələri də var. Bu vasitələr kometin nüvəsinə qədər araşdırma imkanı verəcək. Rosetta indiyə qədər Yerә çox sayda mühüm məlumatlar göndərdi. 2007-ci ilin fevralında Mars yaxınlarından keçən vasitə Stejns asteroidinin 800 kilometr qədər yaxınlığından keçdi. Rozetta 2010-cu ilin iyul ayında isə Lutetia asteroidinin 3 min kilometr yaxınına qədər yaxınlaşdı. Yerә bu göy cisimlərindən tәsvirlәr və izlədikləri orbitlərә dair əhəmiyyətli məlumatlar göndərdi. Rozettanın missiyası bağlı qısa bir film çəkildi. Ambition (Ehtiras) adlı qısa filmdə insanoğlunun əzmiylə hər şeyi bacara biləcəyi izah edilir. Rozetta 2004-cü ildən bəri 10 ildir ki, quyruqlu ulduza qonmağa çalışırdı. Vəzifə həqiqətən insanlıq üçün böyük əhəmiyyət daşıyır. Elmi baxımdan olduqca əhəmiyyətli bir zamandayıq. 



Kometin səthindən çәkdiyi görüntülәri bizlərlə  paylaşacaq PHILA eyni zamanda bu kometdən nümunələr də toplayacaq. Aya enişdən çox daha çətin bir təcrübə olacağı elm dünyası tərəfindən dәfәlәrlә vurğulanan eniş sosial şəbəkələrdə, www.esa.int./rosetta və www.dlr.de saytlarında vә ya “ESA”-nın LiveStream hesabı olan http:://new.livestream.com/ESA/Cometlanding ünvanından canlı olaraq izlәnilә biləcək.Hәmçinin missiyanı Twitter’dә aşağıdakı hesablar üzərindən də izlәyә bilәrsiniz.

●ESA_Rosetta (Әsas hesab)
● @ Philae2014 (Rosetta kometasına enәcәk kosmik zond PHILA)
●ESA (Әsas təşkilati hesab)
●ESAscience (ESA Elm və Robot Kəşfiyyat hesabı)
●ESAOperations (ESA Spaceflight әməliyyatları hesabı)


Hal-hazırda isə kometdən görüntülər təqdim edilməkdədir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: