Astrofizika

Kainat Böyük Partlayış ilə yaranmamış ola bilər

Want create site? Find Free WordPress Themes and plugins.

Arxiv-də dərc olunmuş yenə məqaləyə əsasən Böyük Partlayış bizim düşündüyümüzdən fərqli ola bilər. Əslində bəlkə də heç ümumiyyətlə Böyük Partlayış olmayıb – kainatımız tamam fərqli bir mənbədən yaranıb.
Ən qısa formada Böyük Partlayış nəzəriyyəsi belə ifadə olunur ki, kainat sanki şar üfürülməsi kimi, soyumağa və genişlənməyə başlayan qeyri-adi və hədsiz sıx maddə yığını olaraq yaranmışdır. Şarın soyuması subatom hissəciklərinin və nəticə etibarilə, ulduzların, planetlərin və primatların əmələ gəlməsinə imkan vermişdir.


Bu günə qədər Böyük Partlayış nəzəriyyəsindən daha münasib bir fikrimizin olmamasına, buna görə də onun kainatın başlanğıcı ilə bağlı bu inandırıcı izahına əsaslanmağımıza baxmayaraq, Böyük Partlayış nəzəriyyəsi ilə bağlı problemlər vardır. Birincisi, həddən artıq sıx maddənin partlamısına təkan verənin nə olduğu məlum deyil. İkincisi, kainat demək olar ki, bütövlükdə vahid temperatura malikdir və Böyük Partlayış hadisəsindən sonra temperaturun belə tam tarazlaşması inandırıcı görünmür.


Bu yeni izah təklif edir ki, kainat əslində dörd-ölçülü ulduzun (bənzərini təsəvvür belə etmədiyimiz divanə qara dəlik) dağılmasının nəticəsidir. Bəzi izahlar:

Bu modeldə bizim üç-ölçülü (3D) Kainatımız dörd məkan ölçüsünə malik “kainat toplusu”nda üzən membran və ya brandır (Sim nəzəriyyəsindəki membran sözündəndir). Araşdırma qrupu belə düşünür ki, əgər kainat toplusu özünün dörd-ölçülü ulduzlarından ibarətdirsə, onlardan bəziləri bizim kainatımızda nəhəng ulduzların etdiyi kimi dağılaraq dörd ölçülü (4D) qara dəliklər əmələ gətirə bilərlər: onlar supernova kimi partlayır, bu zaman onların xarici qatları çılğınlıqla kənara atılır, daxili qatları isə qara dəliyə çevrilir.


Fikir ondan ibarətdir ki, bizim bildiyimiz qara dəliklər – kainatımzda rast gəlinən üç ölçülü qara dəliklər – hüdud (sərhəd) kimi iki ölçülü membrana malikdir ki, biz bunu “hadisələr üfüqü”  adlandırırıq. Lakin dörd ölçülü qara dəlik halında hadisələr üfüqü müvafiq olaraq üç ölçülü olur və komandanın irəli sürdüyü modellərə uyğun olaraq ölçülü ulduzun dağılması üç ölçülü hadisələr üfüqünə zamanla yavaş-yavaş genişlənən maddə püskürmüş ola bilər. Həmin hadisələr üfüqü də məhz bizim kainatımız ola bilər.

Bu, ilkin nəzəriyyədir, tədqiqatçıların modelləri göstərir ki, bu fikir nələrsə vəd edir, lakin Avropa Kosmos Agentliyinin yeni kəşfləri qədim mikro-dalğalarda tərəddüdlər üzə çıxarıb ki, bu da qara dəlik nəzəriyyəsinə deyil, Böyük Partlayış nəzəriyyəsinə uyğun gəlir. Komanda qeyd edir ki, onlar öz modellərini təkmilləşdirməkdədirlər və hələ heç nə tam dəqiq deyil. Qətiyyən öz dərsliklərinizi atmayın, heç kəs Böyük Partlayışın yanlış olduğunu demir, sadəcə digər mümkün izahların mövcudluğu da rədd edilmir. Lakin! Dəqiq olan budur ki, bu təcrübə heyrətamizdir.

 

Mənbə: Nature

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: