Want create site? Find Free WordPress Themes and plugins.

Tədqiqatçılar sürətli radiosiqnallar (FRB) arasında ən parlaq olanını qeydə alıblar. Siqnalın mənbəyi VHS7 qalaktikasıdır. Oxşar siqnalların təbiəti qaranlıq qaldığından və hər ötən il daha intensiv aşkar olunduqları üçün bəzən onların yadplanetli sivilizasiyalar tərəfindən göndərilmiş olduğu fikri ortaya atılır.

Alman, amerikalı və avstraliyalı alimlərdən ibarət astrofizik qrupunun apardığı araşdırma əsnasında indiyəcən aşkar edilmiş sürətli radiosiqnallar arasında ən güclüsü qeydə alınıb. Siqnalın cəmi bir neçə millisaniyə davam etdiyi deyilir.

Alimlər müxtəlif detektorlar köməyilə siqnalın VHS7 qalaktikasında meydana gəldiyini öyrəniblər. Onlar, siqnalın dalğa uzunluğu və radiodalğaların polyarizasiyasını dəqiqləşdiriblər. Beləliklə də Yer və VHS7 qalaktikası arasındakı maqnit sahəsi variasiyaları hesablanıb. Qeyd etmək vacibdir ki, əldə edilmiş bütün məlumatlara baxmayaraq, FRB-lərin hansı səbəbdən həddindən artıq güclü olduğuna elm çərçivəsində aydınlıq gətirmək hələlik müşkül məsələdir.

Bu günədək qeydə alınmış sürətli radiosiqnalların əksəriyyətinin təbiəti müəmmalı olaraq qalır. Bəzi mütəxəssislər hesab edir ki, FRB-nin kosmosla hər hansı bir əlaqəsi yoxdur, əksinə Yer mənşəlidir – ehtimal ki, onlar texniki qurğulardan yayılır. Tez-tez səslənən digər bir versiyaya görə isə FRB neytron ulduzların qovuşması nəticəsində və ya qara dəlik “öldükdə” meydana gəlir. Bir sıra KİV-lər isə iddia edir ki, sürətli və güclü radiosiqnallar yadplanetli intellekt fəaliyyətinin sübutudur. Bu ehtimalın elmi əsasları olsa belə, əlavə sübutlar tələb edildiyi üçün alimlər tərəfindən ən sonda nəzərə alınır.

İlk belə siqnal 2007-ci ildə qeydə alınıb. FRB 010724 adlı sürətli radiosiqnal hesab ediləndən dəfələrlə qalın və qısa olub. Həmin vaxtdan başlayaraq tədqiqatçılar ard-arda FRB siqnalları almağa davam edir.

Daha əvvəlki araşdırmada isə məlum olub ki, sürətli radiosiqnallar Yerdə həyat üçün təhlükə daşıyan güclü qamma-şüalarla əlaqəlidir. Oxşar qamma-şüalanmalar FRB ilə müqayisədə daha uzun müddət (2-6 dəqiqə aralığında) davam edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin