AstrofizikaFizika

Qaranlıq materiya nəhayət tapılmış ola bilər

Want create site? Find Free WordPress Themes and plugins.

İki kosmik cihaz maddi kainatımızın böyük bir hissəsini təşkil edən və “qaranlıq materiya” adlanan sirli maddə formasına aid ola biləcək siqnal qeydə alıb.

NASA tərəfindən buraxılmış kosmik rentgen rəsədxanası “Chandra” və kosmik rentgen teleskopu “XMM-Newton” eyni anda 70-dən çox qalaktik sistemdən yayılan rentgen şüalanması siqnalını qeydə almağa nail olub. Rentgen şüalarının mənşəyi hələlik tam müəyyənləşdirilmiş olmasa da, bir çox alimlər şüalanmanın qara materiyaya aid hissəciklərin dağılmasından meydana gəldiyini hesab edir.

“Əminliklə siqnalın qaranlıq materiyadan yayıldığını demək üçün hələlik tezdir. Lakin əgər bu versiya təsdiqlənərsə, o zaman söhbət çox böyük kəşfdən getmiş olacaq. Biz, əldə edilmiş nəticələrin belə şərhinin yoxlanış mərhələsindəyik”, – Harvard-Smitson astrofizika mərkəzindən olan Əsra Bülbül qeyd edir.


Qaranlıq materiya işıq süalarını udmadığı və yaymadığı səbəbindən belə adlanır. Lakin onun cazibə qüvvəsi adi maddəyə təsir etdiyindən, təsdiqlənmiş olmasa da, indidən mövcud olduğunu demək olar. Kainatın 80%-dən də artıq hissəsinin qaranlıq materiyadan təşkil olunduğu hesab edilir.

Uzun illərdir mütəxəssislər qaranlıq materiyanın komponentləri roluna mümkün namizədlər kimi bir sıra ekzotik hissəcikləri təqdim edirdi. Bunlardan biri steril neytrino adlanan hipotetik neytrino növüdür, hansı ki dağıldıqda rentgen şüaları yaymağa başlayır. Alimlər hesab edir ki, rentgen teleskopları tərəfindən ələ keçirilmiş siqnallar həmin steril neytrinolar tərəfindən hasil edilmiş ola bilər. Amma siqnal qeydə alındığı vaxt cihazlar həssaslıq dərəcəsindən kənarda olduğundan, detektorların səhv etdiyi də istisna olunmur.

Bundan başqa alternativ versiya da var: həmin siqnallar qalaktik sistemlərin adi maddələrindən qaynaqlanmış ola bilər. Lakin belə bir nəzəriyyə müasir kosmologiya faktları ilə ziddiyyət təşkil edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Etiketlər
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: