Want create site? Find Free WordPress Themes and plugins.

Alimlər qravitasiya dalğalarına aid “əks-səda” – qara dəliklərin informasiya paradoksunun həllilə əlaqəli ola biləcək zəif siqnal qeydə alıblar. Əldə edilmiş məlumatlar hələlik yetərli deyil, lakin əgər təsdiq olunsa bir-birilə barışmaq bilməyən Eynşteynin nəzəriyyəsi və kvant mexanikasını birləşdirə bilər.

2016-cı ilin əvvəlində LIGO detektoru bundan yüz il əvvəl Eynşteyn tərəfindən Ümumi nisbilik nəzəriyyəsində (ÜNN) proqnoz edilən qravitasiya dalğalarını aşkar etməyi bacarmışdı. Tezliklə dalğalar ikinci, hətta üçüncü dəfə belə qeydə alındı və elm ictimaiyyətində kəşfin etibarlılığına dair şübhələrə birdəfəlik son qoyuldu. Bu irəliləyiş Eynşteyn və ondan sonraki davamçılarının hesablamalarının dəqiq sübutu oldu. İndi isə alimlər iddia edir ki, burada ÜNN tənlikləri və kvant mexanikası hüdudlarını aşan yeni fizikaya dair əlamətlər mövcuddur.

İri qara dəliklərin qovuşması nəticəsində kosmosa atılan qravitasiya dalğalarının aşkar olunduğu həmin müşahidə araşdırmalarında Kanada və İrandan olan bir sıra fiziklər “əks-səda” qeydə alıblar ki, bu da öz növbəsində ÜNN-in ziddiyyətli nəticələrindən birinin həllini təmin edə bilər. Məsələ burasındadır ki, nəzəriyyənin tənliklərinə əsasən, dövrə vurmayan və “boş” olan qara dəliyi kainatdaki ən sadə obyekt olaraq görmək olar: onun yalnız bir parametri var – kütlə.

Əgər ona yeni bir cisim əlavə olunsa, bunun nə olduğundan və hansı maddələrdən ibarət olduğundan asılı olmayaraq, qara dəliyin sadəcə kütləsində artım baş verəcək. Bu, hətta eyni kütləyə, amma əks enerji qüvvəsinə sahib antimaddə də ola bilər. Əgər o, hokinq radiasiyası nəticəsində kütləsini yenidən itirsə və əvvəlki tək halına qayıtsa, demək qara dəlik ilkin obyekti başdan sona xaotik radiasiyaya emal etmiş olmaqla və həmin başlanğıc obyektə aid informasiyanı tam məhv etməklə yanaşı, prosesdə özü zərrə qədər belə olsun dəyişilməyəcək.

Bütün bunlar təməlindən kvant mexanikası prinsiplərinə ziddir. Bu səbəbdən fiziklər müxtəlif izahlar verməyə çalışaraq, kvantı ÜNN-lə barışdırmağa cəhd edirlər, özü də ki, qarşılaşdıqları ən bağışlanmaz nöqtə olan qara dəliklərin sərhədində. Məsələn, güman edilir ki, qara dəliklərin sərhədi bir növ yüksək energetik hissəciklərdən ibarət “faervolldur” (alov divarı) və buraya yaxınlaşan hər şeyi sözün əsl mənasında yandıraraq, ona aid informasiyanı məhv edir. Qara dəliklərin hadisələr üfüqündə (qara dəliklərin xarici və daxili üzləri arasındaki sərhəd) müxtəlif strukturların mövcud olduğuna dair digər hipotezlər də var ki, bunlar da informasiya paradoksunun həllini vəd edir.

Portuqaliyalı fizik Viktor Kardozo və həmkarlarının rəyinə görə, əgər hadisələr üfüqündə oxşar strukturlar həqiqətən mövcuddursa, qara dəliklər toqquşduqda yaranan qravitasiya dalğalarının xarakteristikalarında özlərini bir növ “əks-səda” kimi büruzə verməlidirlər. Müəyyən enerji payı hadisələr üfüqündə gecikəcək, qravitasiya siqnalı isə gözlənildiyinin əksinə daha “bulanıq” olacaq. Cahed Abedi və həmkarları tərəfindən göndərilmiş məqalədə oxşar “əks-sədanın” qeydə alındığından bəhs olunur.

Alimlərin hesablamalarına görə, qovuşan qara dəliklərin hadisələr üfüqünün ətrafında strukturlar varsa, əsas siqnaldan 0,1, 0,2 və 0,3 saniyə sonra gəlib çatan “əks-səda” izi qalmalıdır. Belə də olub. Detektorun təmin etdiyi məlumatları bir daha gözdən keçirdikdən sonra alimlər lazım olan “əks-sədaları” aşkar etməyi bacarıblar- üstəlik LIGO-nun qeydə aldığı hər üç dalğada da.

Nəticələrin təsadüfi olduğu yoxsa ÜNN və kvant mexanikası arasındaki əlaqəni təqdim etdiyinə tam əmin olmaq üçün əlavə araşdırmalar aparılmalıdır, mütəxəssislər hesab edir. Müasir elm ictimaiyyətində geniş yayılmış fikrə görə, “Hər şeyin nəzəriyyəsinin” tərtib olunmasına aparan yol Eynşteynin Ümumi nisbilik nəzəriyyəsilə kvant mexanikasının birləşəcəyi nöqtədən keçir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Bir cavab yazın