Want create site? Find Free WordPress Themes and plugins.

İtalyan alimlər bir sıra kiçik spiralvari qalaktikalarda olduqca qeyri-adi xüsusiyyətlər aşkar ediblər. Əldə edilmiş məlumatlar Standart fizika modeli postulatları ilə ziddiyyət təşkil edir.

SISSA institutunu təmsil edən Paolo Saluççi və həmkarları təzəlikcə aşkar olunmuş 36 mini-spiralvari qalaktikalarla maraqlandıqdan sonra, onların qeyri-adi özəllikləri olduğunu açığa çıxarıblar. Daha dəqiq ifadə olunsa, söhbət bu ulduz meqapolislərinin sirli qaranlıq materiyasının qəribə “davranışından” gedir. Alimlərin fikrincə, etdikləri kəşf yeni fizika sahəsinə qapı aça bilər.

Tədqiqatçılar ölçü baxımından Süd Yolundan dəfələrlə geri qalan kiçik qalaktikaların mərkəzi və qıraq bölgələrində ulduzların necə hərəkət etdiyini müşahidə ediblər. Alimlər qaranlıq materiya topası formasının qalaktikaların öz forması ilə uyğun gəldiyini gördükdə təəccübləniblər. Məsələn, gözlə görünən materiya qalaktikada müəyyən bir yerə yığıldıqda qaranlıq materiya da eyni şeyi təkrar edir. Əgər qalaktika “uzanıbsa” və ulduzlar biri digərindən xeyli aralı məsafədə yerləşirsə, qaranlıq materiya yenə də müvafiq formanı alır. “Bu, olduqca güclü effektdir və Standart fizika modeli köməyilə izahı qeyri-mümkündür”, – Paolo Saluççi qeyd edir.

Mütəxəssislər hələlik adi materiya ilə onun “qaranlıq qardaşı” arasındaki müəmmalı uyğunluğu şərh edə bilmir. Bununla belə onlar deyir ki, oxşar effekt daha iri qalaktikalarda belə müşahidə edilə bilər.

Qaranlıq materiya – elektromaqnit şüalanma buraxmayan və onunla qarşılıqlı təsir əlaqəsi olmayan hipotetik materiya formasına verilən addır. Qaranlıq materiyanın birbaşa müşahidəsi qeyri-mümkündür, WMAP kosmik aparatının ötürdüyü məlumatlara görə isə adıgedən materiya növü kainatın 22%-i təşkil edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın