Want create site? Find Free WordPress Themes and plugins.

Kainatın böyük bir hissəsini təşkil etdiyi güman edilən müəmmalı qaranlıq enerji əslində mövcud deyil – amerikalı və macar kosmoloqlardan ibarət elmi komanda belə qənaətə gəlib. Alimlər hesab edir ki, əldə edilmiş müşahidə nəticələrinin izahı üçün daha dəqiq riyazi model tərtib olunmalıdır.

Mövcud olan hər şey, yəni kainatımız 13,8 milyard il əvvəl Böyük Partlayış adlanan hadisənin baş verməsi ilə ortaya çıxıb. Genişlənən kainat modelinin ən əsas sübutu Habbl qanunudur: qalaktikalara qədərki məsafə nə qədər çoxdursa, onların “uzaqlaşma” sürəti bir o qədər yüksəkdir. Daha elmi dillə ifadə etsək, spektr xəttlərində qalaktikanın qırmızıya doğru sürüşməsi ona qədərki məsafəyə düz mütənasibdir. Hələ 1920-ci illərin əvvəllərində aparılmış müşahidələr yekununda hazırlanmış qanun müasir elm ictimaiyyətində də şübhələr doğurmur.

XX əsrin ikinci yarısında alimlər müşahidə olunan səma cismlərinin hərəkətini şərh edə bilmək üçün “qaranlıq maddə” konsepsiyasını irəli sürdülər. Bu, praktiki olaraq digər elementlərlə qarşılıqlı təsir əlaqəsi olmayan, dolayısıyla da nəzərə çarpmayan və qeydə alına bilməyən qəribə bir maddə formasıdır. Son 25 ildə parlaqlıqları etalon olaraq götürülən supernovalar (ifrat yeni ulduz) üzərindəki müşahidə araşdırmaları göstərir ki, onlarım qırmızıya sürüşməsi Habbl qanunu prinsiplərinə ziddir. Bu fenomenin şərhi üçün “qaranlıq enerji” termini təklif olundu. Müasir məlumatlara əsasən, kainatdaki qaranlıq enerji payı 68%, qaranlıq maddə payı 27%, görməyə vərdiş etdiyimiz sıravi maddə isə təxminən 5% təşkil edir.

Başda aspirant Qabor Rats olmaqla, Loran Etveş adına Budapeşt Universitetini təmsil edən tədqiqatçılar əldə olunmuş faktlarla əlaqəli yeni model təqdim edirlər. Onlar iddia edir ki, müasir dövrdə qəbul olunuş kosmoloji modellər kainatdaki maddənin standart qalınlıqda olduğunu təsvir edərək, onun strukturunu nəzərə almır.

Alimlər kompüter modelində qaranlıq maddə hissəcikləri paylanmasına qravitasiya təsiri hadisəsindən yararlanaraq, kainatın təkamülünü, habelə irihəcmli strukturların formalaşmasını bərpa edə biliblər. Kainatın sərbəst genişlənməsi təsvir olunan adi modeldən fərqli olaraq, bir sıra kosmik strukturun diqqətə alınması nəticəsində müxtəlif bölgələri fərqli sürətlərlə genişlənən yeni kainat modelini hazırlanıb. Hərçənd genişlənmə sürəti müşahidə nəticələrinə uyğun gəlirdi.

“Kainatın genişlənməsini izah edən Eynşteynin ümumi nisbilik nəzəriyyəsi tənlikləri riyazi olaraq o dərəcədə mürəkkəbdir ki, yüz il ərzində bunların kosmik strukturlar təsirini nəzərə alan bir həlli belə təqdim olunmayıb. İfrat yeni ulduz müşahidələri sayəsində kainatın artan təcillə genişləndiyini bilirik, lakin eyni zamanda Eynşteynin tənliklərindəki kobud təxminlərə də bel bağlayırıq ki, bunlar da öz növbəsində müşahidə nəticələrilə uyğunluq təşkil edən qaranlıq enerjinin meydana gəlməsi kimi ciddi yan təsirlər doğura bilər”, – doktor Laslo Doboş qeyd edir. – “Ümumi nisbilik nəzəriyyəsi kainatın inkişaf yolunu anlamağın bünövrəsidir. Biz, onu şübhə altına almırıq, sadəcə təxmini həllərə etibar etmirik. Əldə etdiyimiz nəticələr kosmik fəzanın ÜNN-ə uyğun diferensial genişlənməsini təklif edən riyazi hipotezə əsaslanmaqla yanaşı, mürəkkəb maddə strukturları yaranmasının bu genişlənməyə necə təsir etdiyini göstərir.  Bu mövzular daha əvvəl məşhur deyildi, lakin bunları diqqətə aldıqda, işə qaranlıq enerjini cəlb etmədən kainatın artan təcilli genişlənməsini izah etmək mümkündür”.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave a Reply