Want create site? Find Free WordPress Themes and plugins.

NASA mütəxəssisləri insanlı Mars missiyalarının qiymətini əhəmiyyətli dərəcədə aşağı salacaq innovasion üsul üzərində işlərə başlayıblar. Çox yaxın zamanda ekipajın, qonşuluğumuzda yerləşən Qırmızı planetə dərin yuxu vəziyyətində çatdırılması planlaşdırılır.

Anabioz astronavtların orqanizmində metabolik proseslərin yavaşlamasını təmin edəcək. Belə vəziyyəti artıq bu gün mümkün olan tibbi prosedurlarla əldə etmək olar.

“Terapevtik anabioz 1980-ci illərdən bəri inkişaf etdirilir, 2003-cü ildə isə bu üsul tibbdə kritik travmaları olan xəstələrə yardım üçün tətbiq edilməyə başlanıb. Əksər böyük tibb mərkəzlərində terapevtik hipotermiya induksiyası üçün xüsusi avadanlıqlar quraşdırılıb. Bu, xəstələrin lazımı müalicəni almalarına qədər, onların həyatını qoruyur”, – aerokosmik mühəndis Mark Şaffer qeyd edir.


Marsa uçuş müddəti ən yaxşı halda 180 gün alacaq (dönüşlə birlikdə ikiqat). Hərçənd bu gün tibb anabioz halındaki insanın həyatını yalnız bir həftəyə qədər dəstəkləyə bilir, ekipajın uzun kosmik müddətə dərin anabioz yuxusuna salınması və orqanizmə qidanın venadaxili daşınması planlaşdırılır. Şaffer bildirir ki, bir həftəlik anabioz müddətini ilk öncə 90, ardından isə 180 günə qədər uzatmağa çalışmalıyıq.

Bu üsulun maddi üstünlükləri insanı heyran edir. Misal üçün, yuxuda kosmosu dolaşan ekipajın gəmisi kiçik və dar ola bilər; su, qida və paltara isə minimal ehtiyac duyula bilər. Anabiozlu kosmik missiyalar uçuşun yük tələblərini 400 tonndan 220 tonna qədər azaldır.

Anabioz prosesində astronavtın bədəninin dondurulması intranazal sistem vasitəsilə yerinə yetiriləcək. Şaffer bunun çox da uyğun olmadığını deyir. Üsulun başqa bir çətinliyi də bədən tempeturunun daxildən soyudulması ilə əlaqəlidir: belə hallarda toxumalar zədələnə bilər. Artıq mövcud olan RhinoCill intronazal sistemi insan bədəni temperaturunu bir saat müddətinə 17 dərəcə selsi soyuda bilir. Bədəni uyuşma vəziyyətinə (31,6 – 33,8 dərəcə arası) salmaq üçün isə 6 saat vaxt tələb olunur.

Bədəni anabioz halından çıxarmaq da asan başa gəlməyəcək. Alimlər hesab edir ki, bu mərhələdə xüsusi isidici qəliblərin sistemə qoşulması lazımdır, hansılar ki təhlükə anında orqanizmin oyadılması prosesini sürətləndirir. Missiyanın alternativ versiyası isə bundan ibarətdir ki, ekipajın bir üzvü 2-3 gün müddətinə oyaq qalır, ardından 14 günlük anabioz yuxuya dalır və proses tsiklik olaraq beləcə davam edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin