Want create site? Find Free WordPress Themes and plugins.

Alimlər qırmızı cırtdan sistemlərində daha 8 ekzoplanet kəşf etməyə nail oldular. Onlardan 3-ü həyat üçün əlverişli hesab edilən “həyat zonasında” yerləşir.

Çilidə yerləşən Avropa Cənubi Rəsədxanasının iki spektrometrinin əldə etdiyi məlumatlar köməyilə Hertfordshire Universitetindən olan Mikko Tuomi’nin başçılıq etdiyi astronomlardan ibarət elmi qrup qırmızı cırtdan ulduz sistemlərində 8 ekzoplanet tapmağa nail oldu. Onlar ulduzlarından 6-600 milyon km məsafədə dövr edirlər, bu səbəbdən ulduz ətrafında tam dövrləri 2 yer həftəsindən 9 yer ilinə qədər dəyişə bilər. Planetlər Yerdən 15-80 işıq ili uzaqlıqda yerləşir.

Alimlərin fikrincə, bu ekzoplanetlərdən 3-ü – GJ 422 b, GJ 682 GJ 180 – kütlə baxımından Yeri üstələsələr də, həyat zonasında yer alırlar. Hər üçü “superyerlər” kateqoriyasına daxildir.

Daha əvvəl aparılmış tədqiqatların nəticələrinə görə qırmızı cırtdan ulduzlar ətrafında Yerə oxşar planetlərin tapılmasına ehtimal kifayət qədər yüksəkdir. Növbəti illərdə başladılacaq bir çox kosmik layihələrlə lazımlı ulduzlar arasında lazımlı kütlədə və ulduzla arasındaki məsafədə yüzlərlə Yerə oxşar ekzoplanetin tapılacağı güman edilir. Bundan başqa alimlər inkişaf etdiriləcək üsullarla gələcəkdə bu planetlərdən bəzilərinin atmosferini uzaqdan araşdırmağı və həyat əlamətləri daşıyıb-daşımadıqlarını aydınlaşdırmağı planlaşdırırlar.

“Yaxın gələcəkdə bir çox az kütləli planetlərin tapılacağını gözləyə bilərik – hətta Günəşə ən yaxın ulduzlar ətrafında belə”, – Mikko Tuomi deyir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin