AstronomiyaMaraqlı

Hokinq: “Bəşəriyyət yerli amerikanların taleyilə üzləşə bilər”

Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur britaniyalı fizik və kosmoloq Stiven Hokinq növbəti dəfə bəşəriyyətə xəbərdarlıq edib. Alimin dediyinə görə, yüksək sivilizasiya səviyyəsinə çatmış yadplanetlilər Yer planeti üçün təhlükə daşıyır və onlardan uzaq durmalıyıq.

CuriosityStream portalında nümayiş olunan qısametrajlı sənədli filmdə Stiven Hokinq özünün də nəzarət etdiyi Breakthrough Listen layihəsi haqda danışıb. Filmdə tədqiqatçı Günəşdən 16 işıq ili uzaqlıqda yerləşən Qliza 832 planeti üzərində virtual ekskursiya keçirib. Ekzoplanetin kütləsi Yerinkini 5,4 dəfə üstələsə də, doğma planetimizlə bir sıra vacib xarakteristikalarda oxşarlığı var.

Hər nə qədər oxşar olsa da, Hokinq Qliza 832-də texnologiya yaratmağa qadir intellektual canlıların yaşadığına inanmır – əks təqdirdə özləri haqda məlumatı bizə illər əvvəl ötürmuş olardılar. Sözün qısası, alimin rəyinə görə orada yalnız aşağı səviyyəli canlılar inkişaf edə bilər ki, bu da hələ ehtimal nəzəriyyəsidir. Buna baxmayaraq nəzəri fizik Qliza 832-yə oxşar digər ekzoplanetlərdə yadplanetli sivilizasiyaların mövcudluğu ehtimalını yüksək dəyərləndirir.

Stiven Hokinqin xəbərdarlığı bundan ibarətdir ki, əgər günlərin bir günü həmin planetlərin hər hansı birindən ünvanlı siqnal alsaq, bütün texnika və avadanlıqlarımızı söndürüb, dərhal gizlənməyə tələsməliyik. “Çox inkişaf etmiş yerdənkənar irqlə görüş insanlara yaxşı heç nə vəd etmir”, – Hokinq deyir. – “Belə halda bəşəriyyət, avropalı kaloniyaçıların ələ keçirdiyi yerli amerikanların taleyilə üzləşə bilər.”

Bununla belə məşhur kosmoloq bildirir ki, bütün risklərə göz yumaraq, yadplanetliləri özümüz tapmağa çalışmalıyıq. Yüz milyon dollara başa gələn Breakthrough Listen layihəsi elə məhz bu mövzuya həsr olunub.

Stiven Hokinq ilk dəfə deyil ki, insanları yadplanetlilərdən çəkinməyə çağırır. Daha əvvəlki açıqlamasında alim planetimizlə birgə insanların kosmik “köçəri” həyat tərzi yaşayan yad sivilizasiyaların qurbanı ola biləcəyini bildirmişdi. Nəinki kosmik köçərilər, ümumiyyətlə yadplanetli həyatına aid heç bir konkret dəlil olmasına baxmayaraq, yaşadığımız kainatın şərtləri bu xoşagəlməz versiyanın diqqətə layiq olduğunu göstərir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: