AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

“Kepler” 3 Yerə oxşar ekzoplanet aşkar edib

Want create site? Find Free WordPress Themes and plugins.

Ötən ilin may ayında yenidən aktivləşdirilmiş “Kepler” kosmik teleskopu Günəş sistemi yaxınlığında bir neçə ekzoplanet aşkar etməyə nail olub. Bu ekzoplanetlər Yerlə müqayisə edilə biləcək ölçüdədir.

Tapılmış planetlər, Günəş sisteminə ən yaxın parlaq obyektlərdən biri olan və şir bürcü ulduz qrupunda yerləşən EPIC 201376065 ulduzu ətrafında dövrə vurur. Mütəxəssislər ulduzun parlaqlığındaki yırğalanmalara diqqət yetirərək, əyri parıltıları analiz ediblər. Tədqiqat Avropa cənub rəsədxanası, həmçinin bir sıra ABŞ rəsədxanaları köməyilə aparılıb. Nəticədə planetlərin bəzi vacib göstəriciləri (obyektə qədərki məsafə, radius və s.) hesablanıb.

Hər üç planet kifayət qədər kiçik ölçüdədir və kiçik superyerlər kateqoriyasıa aid edilirlər. Onları həm də Yerin “əkizləri” deyə adlandırırlar. Planetlərin radiusu Yerinkini təxminən 2 dəfə üstələyir. EPIC 201367065 ulduzu isə kiçik soyuq qırmızı cırtdanlardandır, ölçüsü və kütləsi Günəşin analoji göstəricilərindən təxminən 2 dəfə azdır. EPIC 201367065 bizdən 150 işıq ili uzaqlıqda yerləşsə də, kosmik ölçülərlə bu məsafə “yaxın” hesab edilir.

NASA-nın astronomik peyki olan “Kepler” teleskopu, ekzoplanetlərin aşkar edilməsi üçün planlaşdırılan yüksəkhissiyatlı fotometrlə təchiz olunub. Həmin cihaz 12 may 2013-cü ildə sıradan çıxmış, lakin təxminən bir il sonra, 30 may 2014-cü ildə alimlərin səyilə yenidən “canlandırılaraq”, yeni “K2” missiyasına keçid almışdı.

Aşkar edilmiş ekzoplanetlərin sonraki tədqiqatları üçün artıq kosmik teleskop “Xabbl”ın (Hubble) imkanlarından yararlanılacaq. Alimlər növbəti araşdırmalarda ekzoplanetlərin atmosferi, kimyəvi tərkibi, kütləsi və sıxlığı ilə maraqlanacaqlar. Ümumiyyətlə qeyd edilmiş ulduz sistemi elmə mühüm məlumatlar təmin edə bilər. Belə ki, bu sistemin planetlərinin birində hətta maye sudan ibarət okeanın mövcud ola biləcəyi ehtimal edilir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: