Want create site? Find Free WordPress Themes and plugins.
MESSENGER zondunun 2008-ci il 6 oktyabr Merkurinin yanından keçərkən çəkdiyi foto

Fiziki göstəricilər

Planet günəşə çox yaxın olduğundan onun səthinin temperaturu 450 °C-ә (840 dərəcə Farenqeyt) qәdәr yüksәlә bilir. Lakin planetin heç bir atmosferi olmadığından o istiliyi saxlaya bilmir və buna görə də gecələr temperatur -170 °C-ә (-275 F°) düşür. 600 °C (1100 F°) kimi temperatur fәrqi ilә günəş sistemində ən böyük temperatur dəyişməsi baş verən planet kimi tanınır.

Merkuri günəş sistemində ən kiçik planetdir — Yerin peykindən bir az böyükdür. Onun asteroidləri dayandırması üçün heç bir atmosferi olmadığından, planetdə kraterlər saysız-hesabsızdır. Təxminən 4 milyard il əvvəl diametri 100 kilometr olan bir asteroid Merkuri ilə toqquşaraq iri həcmli, 1 trilyon meqatonluq partlayış yaradaraq diametri 1550 kilometrlik krater əmələ gətirdi. Caloris Basin adı verilən bu krater bir böyük şəhəri içərisində saxlaya bilər.
NASA-nın MESSENGER zondu 2012-ci ildə Merkurinin şimal qütbündəki günəş işığı düşməyən kraterlərdə buz halında su tapıb. Cənub qütbü də həmçinin buzlu kraterlərə sahib ola bilər, lakin zondun orbiti alimlərə bu hissəni araşdırmağa imkan verməyib. Su planetə komet və meteoritlər sahəsində gələ və ya planetin içindən buxarlanıb qütblərdə dona bilər.
Mariner 10 zondunun etdiyi gözlənilməyən kəşf Merkurinin bir maqnetosferi olduğunu göstərmişdir. Planetlər əgər yetərincə sürətli fırlana və soyumamış bir nüvәyә sahibdirlərsə maqnit sahəsi yarada bilərlər. Lakin Merkurinin öz oxu ətrafında fırlanması 59 gün çəkir və o Yerin cəmi 1/3 hissəsidir ki, onun nüvәsi çoxdan soyumalı idi. Yerdən olan radar müşahidələri Merkurinin maqnetizmini onun nüvәsinin hələ də soyumamış olduğu ilə izah edir. Lakin günəş küləyi bu maqnetizmin azaldılmasında böyük rol oynayır.
Merkurinin maqnit sahəsi Yerin maqnit sahəsinin 1%-ni təşkil etsə də o çox aktivdir. Günəşin küləyində olan maqnit sahə — günəşdən gələn yüklənmiş zәrrәciklәr — Merkurinin maqnit sahəsi ilə toqquşaraq tez-tez maqnit qasırğaları  yaradır.
Bir atmosferdənsə Merkurinin günəş küləkləri və mikro meteoritlərlə toqquşmasından kosmosa uçan atomlardan təşkil olunmuş həddindən artıq nazik bir ekzosferi vardır.

Orbital göstəricilər

Merkurinin günəş ətrafında bir tam dövrü 88 gün çəkir. O, kosmosda günəş sistemində ən sürətli planet olaraq 180,000 km/saat sürətlə hərəkət edir. Onun oval formalı orbiti çox eliptikaldır, günəşə ən yaxın məsafəsi 47 milyon kilometr, ən uzaq məsafəsi isə 70 milyon kilometrdir.
Merkurinin eliptikal orbiti və öz oxu ətrafında fırlanmasının 59 gün çəkdiyinə görə günəş səmada qərb tərəfə hərəkət etməzdən əvvəl bir neçə dəfə çıxır, batır və yenidən çıxır.

Kompozisiya və quruluş

Atmosferi:
Atmosfer yoxdur. Merkurinin ekzosferi 42% oksigen, 29% sodium, 22% hidrogen, 6% helium, 0.5% kalium və digər arqon, karbon dioksid, su, azot, ksenon, kripton və neon qazlarından ibarətdir.
Maqnit sahəsi:
Təxminən Yerin maqnit sahəsinin 1%-i.
Daxili quruluşu:
Dəmir nüvәsinin diametri təxminən 3600-3800 kilometrdir. Xarici silikat qabığı isə 500-600 kilometr qalınlığındadır.

Orbit və rotasiya

Günəşdən orta məsafəsi:
57,909,175 kilometr.
Perihelion və afelion (günəşə ən yaxın;uzaq məsafə):
Әn yaxın 46,000,000 kilometr. Әn uzaq 69,820,000 kilometr.
Bir günün uzunluğu:
58.646 Yer günü.

Edilən araşdırmalar

Merkurini araşdıran ilk zond onun maqnetik sahəsini kəşf edən və planetin 45%-nin təsvirini çəkən Mariner 10 zondudur. 2-ci zond isə Merkurini orbit edən ilk zond MESSENGER zondudur.

Digər planetlər:


Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin