AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Rusiyalı alimlər qəribə kosmik siqnal qeydə alıblar

Want create site? Find Free WordPress Themes and plugins.
Rusiyalı alimlər qəribə kosmik siqnal qeydə alıblar. Siqnalın təbii mənşəli ola bilməsinə, demək olar ki, ehtimal yoxdur.

Rusiyadan olan astronomlar HD164595 ulduzundan müəmmalı siqnal alıblar. Siqnal RATAN-600 teleskopu köməyilə 2,7 sm dalğa uzunluğunda aşkar edilib. Bu hadisə hələ 2015-ci ildə baş vermişdi. Siqnalın qeyri-adiliyi bundan ibarətdir ki, həddindən artıq güclüdür: siqnal tipik pulsardan 8-10 dəfə güclü olub. Alimlər hadisəyə şərh verməkdə çətinlik çəkir və siqnalın təbii mənşəli olmasının mümkünsüzlüyünü bildirirlər.


Alimlər maraqlı nəticələr əldə etdikdən sonra dünyadaki həmkarları ilə bölüşmək qərarına gəliblər. Rusiyalı alimlərdən məktub alan astronom Pol Qilster siqnal barədə ictimaiyyətə danışıb.

HD164595 ulduzu Günəşin analoqu hesab edilir və astronomik ölçülərlə yaxınlıqda – 95 işıq ili uzaqlıqda yerləşir. 2015-ci ildə astronomlar ulduz ətrafında “yanar neptun” adlı planeti kəşf etmişdilər. Kütləsi Yerdən 13 dəfə artıq olan ekzoplanet, ulduzu ətrafındaki tam dövrünü 40 Yer günü müddətinə başa vururdu. Mütəxəssislərin rəyinə görə, “yanar-neptunda” həyatın inkişafı mümkün deyil. Buna baxmayaraq, SETI və METI (yerdənkənar sivilizasiyalara əlaqə yaratmağa çalışan tədqiqat mərkəzləri) siqnalla maraqlanıb, ATA teleskopu köməyilə HD164595-i izləməyə başlayıblar.

Siqnalın həddindən artıq güclü olması onun təbiət mənşəli və ya yerəoxşar sivilizasiyalar tərəfindən buraxıldığı versiyasını istisna edir (əgər əlbəttə siqnal bilərəkdən Yerə göndərilməyibsə). Alimlərin rəyinə görə, “məktubun” müəllifləri yalnız Kardeşev şkalasındaki II və III kateqoriyalı sivilizasiyalar ola bilər. Söhbət doğma ulduzunun enerjisinə bütövlüklə yiyələnməyi bacarmış ya da qalaktika səviyyəsində elektik istehlakı olan yüksək sivilizasiyalardan gedir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: