Want create site? Find Free WordPress Themes and plugins.

Tədqiqatçılar Dreyk tənliyini bir qədər də dəqiqləşdirdikdən sonra, Süd Yolu qalaktikasında bizimlə əlaqə yarada biləcək potensialı olan minimum bir yerdənkənar sivilizasiya mövcud olduğu qənaətinə gəliblər.

Müasir elm ictimaiyyətində yadplanetli həyatının mövcudluğu mövzusu ətrafındakı mübahisələr bir an belə olsun səngimək bilmir. Ssenarilər daha çox Dreyk tənliyinə istinad edilərək gözdən keçirilir. Bu formul (N = R × fp × ne × fl × fi× fc × L) Süd Yolu qalaktikasında yüksək inkişaf mərhələlərinə qalxmış yerdənkənar sivilizasiyaların sayını hesablamaq üçün nəzərdə tutulub. Buradakı “N” kosmik əlaqəyə hazır vəziyyətdə olan yüksək intellektli sivilizasiyaların sayıdır. Bu günədək aparılmış hesablamanın nəticəsi kimi Süd Yolunda bizdən savayı cəmi on belə sivilizasiyanın mövcud ola biləcəyi müəyyənləşdirilib.

Elə isə onlar niyə susur? Elm ictimaiyyətində bu sual Fermi paradoksunun yaranması üçün zəmin hazırlamış oldu. Adıgedən məşhur paradoks “əgər onlar çoxdursa, niyə yoxdurlar?” əks-arqumentini irəli sürür. Lakin bunu da unutmaq lazım deyil ki, həmin sivilizasiyaların çoxu kainatın müxtəlif və bizdən həddindən artıq uzaq hissələrində formalaşmış və ya milyard illər əvvəl məhv olmuş ola bilər.

İndi isə amerikalı alimlər Dreyk tənliyini yenidən gözdən keçirib, onu Fermi paradoksu ilə “barışdırmağa” cəhd ediblər. Xorxe Soriano və həmkarları deyir ki, heç də bütün planetlərdə həyatın yaranması üçün münbit şərait yoxdur, üstəlik ifrat yeni partlayışlar kimi qalaktik kataklizmlər sivilizasiyaların mövcudluq müddətini məhdudlaşdıra bilər. Belə hallarda qamma-şüalar planetdəki həyatı çox qısa müddətdə yox edə bilər. Alimlər Dreyk tənliyinə iki parametrlə əlavələr etdiklərini deyirlər. Bunlar, ulduzlararası gediş-gəliş vasitələrinə malik olan inkişaf etmiş sivilizasiyaların faizi və onların mövcudluğunu davam etdirdiyi zaman aralığıdır. Bu parametrlər bilavasitə olaraq Dreyk tənliyinin əsaslarını maraqlandırır.

Əldə edilmiş yeni nəticələr eyni zamanda həm optimistikdir, həm də bir o qədər də xoş deyil: inkişaf etmiş və bizimlə əlaqəyə hazır sivilizasiyalar, yəqin ki, mövcuddur, lakin onlar sayıla biləcək qədər azdırlar. Belə ki, ümumi yerdənkənar sivilizasiyalar arasında bizimlə əlaqə yaratmağa qadir nümayəndələrin payına cəmi 0,5% düşür. Qalaktikanın diski radiusu ilə müqayisə oluna biləcək məsafədə, yerlilərlə əlaqə yarada biləcək vasitələri olan azı bir inkişaf etmiş sivilizasiyanın mövcud olduğu müəyyənləşdirilib. Belə bir sivilizasiya isə, orta hesabla götürsək, 300 min illik yaşayış və inkişaf dövrü keçirsə, nəzəriyyədən çıxarılan qənaətlərə əsasən, özü haqda kainata və dolayısı ilə Yerə məlumat ötürməyə vaxtı kifayət edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın