AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Suyun Yerə asteroidlərlə gətirildiyinin sübutu əldə edilib

Want create site? Find Free WordPress Themes and plugins.

Almaniya və Böyük Britaniyadan olan astronomlar əvvəllər hesab edildiyinin əksinə olaraq, suyun Yerə kometlər vasitəsilə deyil, asteroidlər sayəsində düşdüyünü təsdiq etdikləri xəbərini yayıblar.

Alimlər SDSS J1242+5226 adlı ağ cırtdan ulduzu araşdırdıqdan sonra belə qənaətə gəliblər. Ağ cırtdan və sub-cırtdan ulduzların içinə aldığı materiya elə paylanır ki, elementlərdən bəziləri “batır”, digərləri isə, əksinə, “üzə çıxır”. Beləliklə də ulduzların spektrində baş vermiş dəyişikliklər alimlərə udulmuş materiyanın tərkibini analiz etmək şansı yaradır.

“Spitzer” kosmik teleskopunun imkanlarından yararlanaraq, mütəxəssislər SDSS J1242+5226-ın cırtdan planet statuslu Serera ağırlığındanki nəhəng bir asteroidi necə “canına çəkdiyini” müşahidə ediblər. Alimlərin gözlədiyinin əksinə olaraq, asteroidin 40%-in, Yer okeanlarının üçdə birini doldurmağa bəs edəcək miqdarda sudan ibarət olduğu aydın olub. Yəni, əgər Yerin bu günki su ehtiyatını əldə etmək istəsəydik, belə asteroidlərdən cəmi üçünə ehtiyacımız olardı.

Bir müddət əvvəl isə “Hubble” kosmik teleskopu köməyilə Yupiterin peyki Qanimeddə Yerdəkindən də artıq miqdarda su aşkar edilmişdi. Nəhəng okeanı təxminən 100 km qalınlığındakı buz örtüyü qapayırdı. Qanimed Günəş sistemindəki ən iri peykdir.

Əldə edilmiş yeni məlumatlar su ehtiyatı ilə zəngin asteroidlərin qalaktikada nadir hadisə olmadığını göstərir. Bu fakt, öz növbəsində, lazımi miqdarda maye suya malik və Yerə oxşar ekzoplanetləri tapmaq şansımızı artırır, alimlər hesab edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: