AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Yarımkilometrlik asteroid Yerə yaxınlaşır

Want create site? Find Free WordPress Themes and plugins.

2004-cü ildə aşkar edilən və 2004 BL86 deyə adlandırılan asteroid sürətlə planetimizə doğru irəliləyir. 26 yanvar 2015 tarixində bu səma cisminin kosmik ölçülər baxımından Yerin kifayət qədər yaxınlığından keçəcəyi hesab edilir. Maksimal yaxınlaşma anında asteroidlə Yer arasındaki məsafə təxminən 1,2 milyon kilometrə qədər azalacaq ki, bu da planetimizin təbii peyki olan Ayla arasındaki məsafənin 3 qatını təşkil edir.

Mütəxəssislər asteroidin heç bir təhlükə daşımadığını qeyd edirlər. Digər yandansa, cismin Yerə yaxınlaşması elm üçün vacib hadisədir, çünki bü gün 2004 BL86 haqda bilinənlər xeyli azdır. Bu “kosmik görüş” sayəsində astronomlar asteroidin yeni məlumatları və fotoşəkillərini əldə etmək üstünlüyü qazanacaqlar.

“Hal-hazırda bu asteroid haqda, praktiki olaraq, heç nə bilmirik – bizi, mütləq sürprizlər gözləyir”, – NASA-nın reaktiv hərəkət laboratoriyasından olan Lans Benner deyir.


Astronomların hesablamalarına görə, növbəti oxşar miqyaslı hadisənin yalnız 2027-ci ildə Yerə 1999 AN10 asteroidinin yaxınlaşacağı vaxt baş verəcəyi gözlənilir. 2004 BL86 asteroidini təkcə professionallar deyil, həvəskarlar da müşahidə edə biləcəklər. Bunun üçün sadəcə kiçik teleskop və ya güclü binokllar əldə etmək kifayət edəcək.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: