Want create site? Find Free WordPress Themes and plugins.

51 Pegasi b adlı qaz nəhəngi kateqoriyalı ekzoplanetin atmosferində su buxarı aşkar edilib. Alimlər bildirir ki, inkişaf etdirilmiş yeni metod köməyilə digər ekzoplanetlərdə də su əlamətləri axtarmaq mümkün olacaq.

Hələ 1995-ci ildə aşkar olunmuş 51 Pegasi b planeti adi ulduz ətrafında dövrə vuran ekzoplanetlər sırasında ilk tapılanıdır. Daxil olduğu ulduz sistemi Yerdən 50 işıq ili uzaqlıqdadır. Planet qaz nəhəngləri kateqoriyasına və ya “yanar yupiterlərə” aid edilir, kütləsi isə Yupiterinkinin yarısı qədərdir. Tapıntı ilə bağlı xəbərin çatdırıldığı məqalədə mütəxəssislər orada su olduğunu deyir, lakin planetin temperatur və şərtləri kimi amillərdən dolayı suyun böyük ehtimalla buxar halında mövcud olduğunu iddia edirlər.

Başda Ceyn Birkbi olmaqla, araşdırmanı aparan alimlər Niderlandın Leyden universiteti və ABŞ-ın Harvard-Smitson astrofizika mərkəzini təmsil edir. Tədqiqatın təmin etdiyi məlumatlarla yanaşı prosesdə tətbiq olunan yeni perspektivli müşahidə metodu da olduqca böyük maraq kəsb edir.

Alimlər Çilidə yerləşən VLT teleskopunun imkanlarından yararlanaraq, planetin orbitlə dövrə vurduğu zaman əks etdirdiyi işığı birbaşa müşahidə ediblər. 51 Pegasi b öz ulduzuna kifayət qədər yaxın məsafədə yerləşir, onun ətrafında tam dövrünü isə 101,5 saata başa vurur. Planet Yerə azca da olsa gah yaxınlaşıb, gah da uzaqlaşdığı an Dopler effekti sayəsində qeydə alınan şüalanma spektrdə yavaşca “mavi” və ardından “qırmızı” rənglərə doğru çəkilir. Beləliklə alimlər planetdə suya xarakterik spektral xəttlər olduğunu aydınlaşdırıblar.

Sözsüz ki, Birkbi və həmkarlarının tapıntısı ilk belə hadisə deyil. Daha əvvəl HAT-P-26b adlı ekzoplanetin atmosferində də su buxarı əlamətləri qeydə alınmışdı. Lakin 51 Pegasi b ilə əlaqəli tapıntıda alimlər tamamilə yeni və inqilabi hesab edilə biləcək üsuldan yararlanıblar ki, bu metod da gələcəkdə oxşar axtarış sahələrində kifayət qədər populyarlaşa bilər. Alimlər qeyd edir ki, indi ən böyük gözlənti Günəş sisteminin qonşuluğunda yerləşən və yaşayış üçün bütün əlverişli şərtləri olduğu hesab edilən Proxima b planetindəndir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Bir cavab yazın