Want create site? Find Free WordPress Themes and plugins.

Yer bizim doğma planetimizdir. Alimlər inanır ki, Yer və Ay günəş sisteminin qalan hissəsi kimi təxminən eyni zamanda yaranıb. Onlar düşünür ki, bu, təxminən 4.5 milyard il bundan əvvəl baş verib. Yer günəş sistemində beşinci ən böyük planetdir. Onun diametri təxminən 8000 mildir (təxm. 13.000 km). Yer günəşə ən yaxın üçüncü planetdir. Onun günəşdən orta uzaqlığı təxminən 93 milyon mildir (149 milyon km). Yalnız Merkuri və Venera Günəşə daha yaxındır.

Yer planetini “Qızılsaçlı planet” adlandırırlar. “Qızılsaç və üç ayı” nağılında Qızılsaç adlı qız hər şeyin qaydasında olmasını istəyir. Onun sıyığı nə çox isti, nə çox soyuq ola bilərdi. Yaxud onun yatağı nə çox sərt, nə çox yumşaq olmalı idi. Yerdə də hər şey həyatın mövcud olması üçün tam qaydasındadır. Bu planet istidir, lakin həddən çox yox. Və onun suyu var, lakin bu su həddən artıq deyil.

Yer böyük miqdarda maye suyun olduğu yeganə məlum planetdir. Maye su həyat üçün çox əhəmiyyətlidir. Yer yeganə məlum planetdir ki, burada həyat var.

 

Yer nəyə bənzəyir?

Kosmosdan baxanda Yer ağ burumlarla və qəhvəyi, sarı, yaşıl və ağ sahələrlə mavi mərmərə bənzəyir. Mavi olan, Yer səthinin təxminən 71 faizini əhatə edən  sudur. Ağ burumlar buludlardır. Qəhvəyi, sarı və yaşıl sahələr torpaqlardır. Ağ sahələr isə buz və qarlardır.

Ekvator Yeri iki hissəyə bölən xəyali dairədir. Şimal hissə Şimal yarımkürəsi, cənub hissə isə Cənub yarımkürəsi adlanır. Yerin ən şimal nöqtəsi Şimal qütbü, ən cənub nöqtəsi isə Cənub qütbü adlanır.

 Yer necə hərəkət edir?

Yer Günəş ətrafında 365 gündən bir, yəni bir il ərzində dövretməsini başa vurur. Onun orbitinin forması heç də mükəmməl dairə deyil. O, daha çox oval formalıdır, bu da Yerin günəşdən məsafəsinin il ərzində müxtəlif olmasına səbəb olur. Yerin günəşə ən yaxın məsafəsi (“periheliy”) – 91 milyon mil uzaqlığında (146 milyon km) – yanvar ayında olur. Günəşdən ən uzaq məsafə isə (“afeliy”) – 95 mil uzaqlığında (152 milyon km) iyul ayında mövcud olur.

Ekvatorda Yer 1 saat ərzində 1000 mil (1609 km) dövr edir. Yer öz oxu ətrafında 24 saatdan bir, yəni bir gün ərzində tam dövrünü başa vurur. Ox planetin mərkəzi ilə Şimal qütbündən Cənub qütbünə doğru təsviri xətdir. Yer oxu düz xətt deyil, 23.5 dərəcə bucaq altında əyilən xətdir.

 Niyə gecə və gündüz var?

Hər bir halda Yerin bir hissəsi günəş tərəfindən işıqlandırılır, digər hissəsi isə qaranlıq olur. Günəşə baxan ərazilər gündüz vaxtında, günəşə baxmayan ərazilər isə gecə vaxtında olurlar. Planet dövr etdikcə Yer kürəsinin əksər hissələri 24 saat ərzində gündüzü və gecəni görürlər. Şimal qütbü və Cənub qütbü isə ilin vaxtından asılı olaraq, davamlı gündüz işığında,yaxud qaranlıqda olurlar.

 

Niyə yerdə fəsillər var?

Yer oxu əyri olduğu üçün Yerdə fəsillər var. Belə ki, ilin vaxtından asılı olaraq, günəş şüaları planetin müxtəlif hissələrinə birbaşa yönəlmiş olur.

İyundan avqusta qədər günəş şüaları Şimal yarimkürəsini cənub yarımkürəsinə nisbətən daha çox vurur. Nəticədə Şimal yarımkürəsində isti (yay fəsli), Cənub yarımkürəsində soyuq (qış fəsli) olur.

Dekabrdan fevrala qədər günəş şüaları Şimal yarimkürəsini cənub yarımkürəsinə nisbətən daha az vurur. Nəticədə Şimal yarımkürəsində soyuq (qış fəsli), Cənub yarımkürəsində isti (yay fəsli) olur.

Sentyabrdan noyabra qədər günəş hər iki yarımkürə üçün eynə dərəcədə işıq saçır. Nəticədə Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli olur.

Günəş Mart ayından may ayına qədər də hər iki yarımkürə üçün bərabər həddə parlayır. Nəticədə Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli olur.

 

Yerin müxtəlif hissələri hansılardır?

Yer torpaq, su və həyatdan ibarətdir. Torpaq dağlardan, düzənliklərdə və düz ərazilərdən ibarətdir. Hava müxtəlif qazlardan, daha çox azot və oksigendən ibarətdir. Su hissəsinə okeanlar, göllər, çaylar, yağışlar, qarlar və buzlar daxildir. Həyat isə insanlardan, heyvanlardan və bitkilərdən ibarətdir. Yerdə milyonlarla həyat nümunələri və növləri vardır.

Yer səthinin altında qaya və metaldan ibarət qatlar vardır. Dərinliyə endikcə temperatur yüksəlir və Yerin nüvəsində 12 min Fahrenheit dərəcəsinə (6648 Selsi) çatır.

Yerin hissələri bir-birində tam ayrılıqda nəzərdən keçirilirdi. Lakin indi onlar bütövlükdə “Yer sistemi” kimi qəbul olunur. Hər bir hissə digər hissə ilə əlaqəlidir və ona təsir edir. Məsələn:

 

  • Buludlar havada yağış və qar yağdırır.
  • Su bitkilərə və heyvanlara həyat verir.
  • Yerdəki vulkanlar havaya qaz və toz göndərir.
  • İnsanlar hava udur və su içirlər.

Yer sistemi elmi Yerin müxtəlif hissələri arasında qarşılıqlı əlaqələrin öyrənilməsidir.

 

NASA Yeri niyə və necə öyrənir?

NASA Yer planetinin necə dəyişdiyini öyrənmək üçün onu öyrənir. Yerin hissələri – torpaq, hava, su və həyat – daim dəyişir. Bəzi dəyişikliklər təbiidir, digərləri isə insan fəaliyyətinin nəticəsidir. Alimlər Yerin keçmişdən bəri və hal-hazırda necə dəyişdiyini dərk etmək istəyirlər. Bu məlumatlar onlara Yerin gələcəkdə necə dəyişəcəyini müəyyən etməkdə kömək olacaq.

NASA peyklərdən istifadə edərək Yeri öyrənir. Peyklər kosmosdan Yerə doğru baxırlar. Onlar Yerin hissələrinin şəkillərini çəkir və məlumatlar toplayırlar. NASA  peykləri, xüsusən buludları, okeanları, torpaq və buzları müşahidə etmək üçün uyğundur. Onlar, atmosferdəki qazları, məsələn ozon və karbon 4-oksidi, həmçinin Yerə nə qədər enerjinin daxil olduğunu və çıxdığını ölçürlər. Bundan başqa, peyklər böyük yanğınları, vulkanları və onların tüstülərini müşahidə edirlər.

NASA peyklərinin topladığı məlumatlar hava və iqlimi qabaqcadan müəyyən etməkdə alimlərə kömək olur. Bu, fermerlərə taxılları nə zaman əkmək və hansı növləri əkmək məsələlərini həll etməyə də imkan verir. Bu, həmçinin fövqəladə hallar üzrə işçilərə təbii bədbəxt hadisələrin qarşısını almağa yardım edir.

İnsanlar Yer haqqında, onun hazırkı və mümkün dəyişiklikləri haqqında daha çox bildikcə, daha yaxşı qərarlar verə bilərlər.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın