Astronomiya

Yerlə toqquşmuş asteroid okeanları turşulaşdırdı

Want create site? Find Free WordPress Themes and plugins.

Geoloqların apardığı yeni bir tədqiqatın nəticələrinə görə təxminən 65,5 milyon il əvvəl Yer canlılarının nəslinin kəsilməsinə səbəb olan katastrofik hadisə olan asteroid düşməsindən sonra atmosferə kükürd birləşmələrinin atılması ilə okeanların ani turşulaşması baş verə bilərdi. Bu da kütləvi nəsil kəsilmələrinin niyə həm suda, həm quruda baş verdiyini – çoxlu sayda dəniz sürünənləri, onurğalı-onurğasız və ammonit molyuskaları məhvini izah edə bilər.

Çiba Texnoloji Universitetindən (Yaponiya) olan Sosuke Ono və həmkarları Mərkəzi Amerikada yerləşən Yukatan yarımadasındaki Çiksulub kraterinin qayalıqlarının kimyəvi tərkibini araşdırdıqdan sonra belə qənaətə gəliblər. Onlar, Çiksulub qayalıqları fraqmentləri ilə mini-asteroidləri toqquşdurduqdan sonra böyük miqdarda SO3 və digər birləşmələrin ayrıldığını aydınlaşdırdılar, hansılar ki qədim Yer okeanına qarışdıqda onu kifayət qədər turşulaşdıra və bir çox canlının nəslinin kəsilməsinə səbəb ola bilərdi.

Alimlərin dediyinə görə, bu təcrübə mal-paleogen nəsil kəsilmələrində “kükürd faktorunun” əsas səbəblərdən biri olduğunu sübut edir.

Həmçinin oxuyun:

Kometlər “amin turşusu fabrikləri” ola bilər
Dinozavrların “qatili” həyatı kosmosa yaydı
Marsa aid ən qədim meteoritlər

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: