Want create site? Find Free WordPress Themes and plugins.

NASA-nın ilk uğurlu Mars missiyasının 50 illiyi şərəfinə amerikan şirkəti olan “Uwingu” Yer sakinlərindən Qırmızı planetə təxminən 90 min radio-məktub göndərib.

“Uwingu” şirkəti Mars araşdırmalarının 50-ci illiyini qeyd etmək üçün qeyri-adi təklif irəli sürüb. Belə ki, bəşəriyyət tarixində ilk dəfə olaraq yerlilər radio vasitəsilə Marsa məktub göndəriblər.

Bu hadisə Beam Me to Mars layihəsi çərçivəsində, 28 noyabr 1964 tarixində baş tutmuş “Mariner-4” adlı avtomatik planetlərarası stansiyasının kosmosa buraxılmasının 50-ci ilinin qeyd edilməsi məqsədilə həyata keçirilib. Məhz bu kosmik cihaz Mars ətrafında ilk uğurlu uçuşu reallaşdırıb. Bundan başqa yad planetin yaxın məsafədən şəkillərini çəkərək Yerə ötürən ilk cihaz adını da daşıyır.

Aksiyada iştirak etmək üçün könüllülər, həcmindən asılı olaraq, məktublar üçün 5-100$ arası məbləğində ödəniş etməli olublar. Göndərilmiş zarafatyana və ciddi məktublar arasında adlar və fotoşəkillər də yer alıb. Qeyd edilir ki, Qırmızı planetə həmçinin layihəni dəstəkləyən müxtəlif kosmik təşkilatların 25-dən çox loqotipi göndərilib. Məktubların müəllifləri arasında bəzi məşhurlara da rast gəlmək olar.

“Uwingu” şirkəti yığılan vəsaitin digər ambisiyalı layihələrin həyata keçirilməsinə sərf olunacağını bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin