Want create site? Find Free WordPress Themes and plugins.

Müxtəsərliyin və səmərəliliyin əhəmiyyətini vurğulayaraq idarə olunan sağlamlıq xidmətlərinin artması ilə ruhi sağlamlıq mütəxəssisləri belə bir çətin suallara qarşılaşıblar : Onlar öz müştərilərinə ən qısa zaman ərzində ən çox faydanı əldə etməyə necə kömək edə bilərlər?

 

Ən son sübut bunu göstərir ki, perspektivli bir yanaşma psixoloji məsləhətləri müştərilər üçün çox da zəhmətli olmayacaq, lakin yaxşı nəticələr verəcək fəaliyyətlərlə tamamlamaqdır. Etdiyimiz araşdırmada isə biz bütün diqqətimizi belə bir fəaliyyətə yönəltdik : minnətdarlıq praktikasına. Doğurdan da, bir çox araşdırmalar göstərir ki, şüurlu olaraq öz şükür etməklərini sayan insanlar digərlərinə nəzərən daha az depressiv və daha çox xoşbəxt olurlar.

 

Problem budur ki, minnətdarlıq mövzusunda olan bir çox araşdırmalarkollec tələbələri və digər sağlam insanlar üzərində aparılıb. Bəs görəsən minnətdarlıq zehni sağlamlıq problemləri olan insanlar üçün də faydalıdırmı? Faydalıdırsa, necə faydalıdır?

 

Biz öz işimizə bu sualları bu yaxınlarda olan bir araşdırmaya daxil olan əksəri kollec tələbələri olan və universitetdə zehni sağlamlıq məsləhətləri axtaran  300 nəfər yetkin şəxsə ünvanlamaqla başladıq. Biz bu insanları məsləhətləşmənin birinci sessiyasından dərhal əvvəl topladıq və onlar özlərinin zehni sağlamlıqlarının ortalama olaraq kliniki olaraq aşağı səviyyədə olduğunu məruzə etdilər. Universitetdə məsləhətləşmə xidməti axtaran insanların əksəriyyətinin depressiya və narahatçılıqdan əziyyət çəkirdilər.

 

Biz iştirakçıları təsadüfi olaraq üç qrupa böldük. Bütün qruplar məsləhətləşmə xidməti qəbul etsə də birinci qrup üzvlərinə eyni zamanda üç həftə ərzində hər həftə başqa bir şəxsə minnətdarlıq məktubu yazmaq tapşırıldı. İkinci qrupun üzvlərinə özlərinin ən neqativ təcübələri ilə bağlı ən dərin düşüncələrini və hisslərini yazmaq tapşırıldı, üçüncü qrup isə heç nə yazmadı.

 

Biz nəticə olaraq bunu tapdıq ki, sadəcə özlərinin mənfi təcrübələri ilə bağlı yazan və ya heçnə yazmayanlara nəzərən minnətdarlıq məktubu yazanlar seanslar bitdikdən 4-12 həftə sonra çox daha yaxşı bir zehni sağlamlıq əldə etdilər. Bu onu göstərir ki, minnətdarlıq yazıları təkcə sağlam fərdlər üçün yox, eyni zamanda zehni sağlamlıq problemləri yaşayanlar üçün də faydalı ola bilər. Deməli belə görünür ki, psixoloji məsləhət almağın üzərində məmnuniyyəti də praktika etmək sadəcə məsləhətləşmə etməkdən daha çox fayda daşıyır, hətta məmnunluq praktikası qısa olsa belə.

 

Bu heç də son deyil. Nəticələrin dərinliyinə vardıqca biz minnətdarlığın bədən və zəka üzərində necə işlədiyinin əlamətlərini də müəyyən etdik. Qəti olmasa belə aşağıdakı araşdırmalarımızdan çıxan aşağıdakı dördməsələ minnətdarlığın psixoloji faydalarının arxasında duran səbəbləri müəyyən edə bilər.

 

  1. Minnətdarlıq bizi zərərli emosiyalardan azad edir.

Biz ilk öncə iki yazı yazan qrupun istifadə etdiyi sözləri analiz etdik və müəyyən etdik ki, minnətdarlıq qrupunda olanlar pozitiv emosiyalı sözlərdən və “biz” sözündən istifadə ediblər. Buna baxmayaraq pozitiv emosiyalı sözlərdən və “biz” sözündən istifadə edənlərin sonradan heç də daha yaxşı zehni sağlamlığı yox idi. İnsanlar yalnız onda daha yaxşı mental sağlamlıq bəyan etdilər ki, onda onlar öz məktublarında daha az mənfi emosiyalı sözlərdən istifadə edirdilər, yəni iki yazı yazan qrup arasındakı zehni fərqi izah edən müsbət sözlərin bolluğu yox, mənfi sözlərin qıtlığı idi. Ola bilər bu onu təklif etsin ki, minnətdarlıq məktubları insanların diqqətini inciklik və paxıllıq kimi zərərli emosiyalardan uzaqlaşdırmaqla daha yaxşı zehni sağlamlıq yaradır. Siz digər insanlara qarşı necə minnətdar olduğunuzu yazsanız, sizin üçün mənfi təcrübələriniz haqqında düşünməyiniz çox daha çətin olur.

 

 

  1. Minnətdarlıq siz onu hətta bölüşməsəniz belə yardımçı olur.

Biz minnətdarlıq məktubu yazan şəxslərə onları nəzərdə tutduqları alıcıya göndərmək şərtini qoymamışdıq. Faktiki olaraq isə onların sadəcə 23 faizi bu məktubları göndərdi, lakin məktubu göndərməyənlər belə yazdıqları məktubun faydalarını görə bildilər ( məktubu göndərənlərin sayı az olduğu üçün biz onların zehni sağlamlığının digərlərindən nə qədər yaxşı olduğunu müəyyən edə bilmədik ). Bu onu təklif edir ki, minnətdarlıq məktubu yazmağın zehni sağlamlığa faydası heç də tamamilə bu minnətdarlığı başqası ilə kommunikasiya etməkdən asılı deyil. Nəticə olaraq, əgər siz minnətdarlıq məktubu yazmağı düşünsəniz belə, onu yazdığınız şəxsin oxumasında tərəddüd edirsinizsə, yenə də yaza bilərsiniz və sonra göndərib-göndərməməyə qərar verərsinz. Minnətdarlıq məktubu yazmaq sizə həyatınızdakı insanları dəyərləndirmək və öz diqqətinizi mənfi hisslərdən və fikirlərdən uzaqlaşdırmağa kömək edər.

 

  1. Minnətdarlığın faydaları müəyyən bir zaman istəyir

Bizim araşdırmadakı qruplar seanslardan bir həftə sonra ciddi fərqlər göstərməsələr belə, dörd həftə sonra minnətdarlıq qrupunda olanlar daha yaxşı zehni sağlamlıqda olduqlarını məruzə etdilər və on iki həftə sonra bu fərq daha da çox oldu. Bu nəticələr çox həvəsləndiricidir, çünki bir çox digər araşdırmalar da onu göstərir ki, müsbət fəaliyyətlərin faydaları zaman keçdikcə daha da artır. Nəticə olaraq isə əgər siz minnətdarlıq məktubu yazmısınızsa dərhal nəticə görməsəniz narahat olmayın, səbirli olun və gözləyin.

 

  1. Minnətdarlığın beyin üzərində uzun sürən effketləri var.

Biz psixoterapiya sessiyaları bitdikdən üç ay sonra biz minnətarlıq qrupundakı bəzi üzvləri seçdik və onları heç nə yazmayanlarla müqayisə etdik. Məqsədimiz isə beyinin məlumatları necə emal etməsi ilə bağlı bir fərq olub-olmadığını yoxlamaq idi. Bizim onlara “pay it forward’’ tapşrığı  fMRİ skannerindən istifadə edərək onların beyninin fəaliyyətini ölçdük. Bu tapşrıqda fərdlərə benefaktor adlanan bir gözəl insan tərəfidən pul verilirdi və benefaktor sadəcə xahiş edirdi ki, onlar əgər məmnunluq hiss edirlərsə, bu pulu başqa birinə ötürsünlər. İştirakçılar da bu pulu faydalı bildikləri bir işə ianə etdilər. Biz istəyirdik ki, məmnunlu və məsuliyyət hisslərindən motivasiya olunmuş ianələri ayıra bilək. Buna görə də biz iştirakçılardanbenefaktora qarşı nə qədər minnətdar olduqlarını, hər bir xeyirxah əməl üçün nə qədər kömək etmək istədiklərini və əgər etməsə idilər özlərini nə qədər günahkar hiss edəcəklərini dəyərləndirməyi istədik.

 

Biz müəyyən etdik ki, iştirakçılar nə qədər çox minnətdarlıq hiss etsələr onların beyninin fəaliyyəti digərlərindən daha çox fərqlənir. Spesifik olaraq onu tapdıq ki, daha çox minnətdar olan şəxslər daha çox pulu xeyriyyə üçün verirlər və bu anda onların beyinlərində orta prefrontal korteksdə daha çox neural sensitivlik müşahidə olundu ki, beynin bu sahəsi öyrənmə və qərar vermədə aktiv rol oynayır. Bu onu ifadə edir ki, daha çox minnətdar olan insanlar öz məmnuniyyətlərini göstərməkdə daha diqqətli olurlar.

 

Daha da maraqlısı əvvəlki testdə məmnuniyyət məktubu yazan fərdlər fMRİ skanlarında məmnuniyyət göstərərkən beyinlərinin orta prefrontal korteksində daha çox aktivlik olduğu üzə çıxdı. Bu çox maraqlıdır, çünki bu skanlar məktublar yazılandan üç ay sonra edilib və bu göstərir ki, məmnunluğu ifadə etməyin beyində uzunmüddətli təsirləri var.

 

Bizim araşdırmamız hələ bu sahədə uzunmüddətli araşdırmalar üçün ilk addım olsa da, onu göstərir ki məmnunluq məktubları yazmaq təkcə məsləhət xidmətləri almaq istəyən insanlara kömək etmir, eyni zamanda məmnunluğun psixoloji faydalarını da izah edir.

 

Psixoloji sarsıntınızın olub-olmamasından asılı olmayaraq biz sizi də məmnunluq məktubu yazmağa dəvət edirik. Vaxtımızın və enerjimizin çox hissəsi əlimizdə olmayan şeylərin arxasınca düşməklə keçir. Məmnuniyyət isə bizə əlimizdə olan insanları və əşyaları dəyərləndirməkdə kömək edir.

 

Mənbə : http://greatergood.berkeley.edu/article/item/how_gratitude_changes_you_and_your_brain

 

Mətləb Məmmədli

 

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın