Want create site? Find Free WordPress Themes and plugins.

Yuxu ilə bağlı ən maraqlı fenomenlərdən biri də yuxu iflicidir. Yəqin ki, siz özünüzdə və ya yaxınlarınızda bu halı müşahidə etmisiniz – yuxudan oyanırsınız, amma hərəkət edə bilmirsiniz, danışmaq istəyirsiniz, səsiniz çıxmır, hətta bəzi zamanlarda sinənizdə böyük ağırlıq hiss edirsiniz. Bu zaman eşitmə və görmədə illiuziyalar yarandığı üçün “eşidəcəyiniz” pıçıltılı səslər və “görəcəyiniz” eybəcər məxluqlar və ya qara kölgələr təbii olaraq qorxuya səbəb olsa da, yuxu iflici hər hansı bir xəstəliyə səbəb olmur. Yuxu iflicinin yaranma səbəbləri tam müəyyən olunmasa da, bəzi variantlar mütəxəssislər tərəfindən təsdiqlənib. Belə ki, tez-tez iqlim şəraitini dəyişən, yuxu rejimi pozulan, az yatan, çox stres keçirən, qan dövranı zəif olan, psixoloji gərginlikləri çox olan, arxası üstə yatmağa üstünlük verən və narkotik asılılıqları olan insanlarda bu halın daha çox baş verdiyi müşahidə olunmuşdur.

Yuxu iflici – şüurun oyaq, bədənin isə yuxuda olduğu zaman baş verən prosesdir.Bu hal daha çox yuxuya təzə gedəndə və ya yuxudan oyanmağa az qalmış baş verir və bir neçə saniyədən iki dəqiqəyədək davam edə bilər. Əsasən yeniyetmələrdə müşahidə olunsa da, böyüklərdə də kifayət qədər rast gəlinir.

Yuxu iflici ilə bağlı dünya xalqlarında fərqli mifologiyalar formalaşıb. Belə ki, Şərq xalqları bu vəziyyəti “cintutma” adlandırır, bəziləri hesab edir ki, bu, evdə kök salmış pis ruhlar, kabuslardır. Çuvaşlar bununla bağlı Vibor adlı xüsusi personaj da müəyyən ediblər. Kalmıklar Xar Dərna adlı cinin əməli olduğuna inanırlar. Guya o, insanı yuxusunda boğur. Basklar isə deyir ki, İnquma adlı ruh insanı, baş verə biləcək pis hadisədən məhz bu yolla xəbərdar edir. Yaponlar isə Kanasibari adlı nəhəng məxluqun ayağını insanın sinəsinə qoyduğu üçün yuxu iflicinin baş verdiyini düşünür.
Psixoloqu Tom Stafford
Şeffild Universitetinin psixoloqu Tom Stafford yuxuya getmə anında qolumuzu və ayağımızı niyə qeyri-iradi olaraq hərəkət etdirdiyimizin səbəbini açıqlayıb. Bədənimiz yuxuya getdikdə, beynimizdən keçən ani səyirmə əmrləri ilə qol və ayaqlarımız qeyri-iradi şəkildə hərəkətə keçir. Bəziləri bunu təəccüblü, bəziləri isə utandırıcı hərəkətlər hesab edir. Əslində hipnik əzələ səyirməsi çox qəribə bir hadisədir. Bunun səbəbi elmə məlum deyil. Lakin bunu, beynin nəzarətini ələ keçirmək üçün ayıqlıq ilə yuxu halı arasında hər gecə baş verən müharibənin yan təsiri kimi səciyyələndirmək olar.
Yuxuda ikən bədənimiz iflic vəziyyətinə düşür. Ən hərəkətli yuxuları gördükdə belə, əzələlərimiz hərəkətsiz və boş olur, daxildə hiss etdiyimiz həyəcanı əks etdirmirlər. Zahiri dünyada baş verən hadisələr bizə təsir etmir. Bunu yoxlamağınız tövsiyə olunmur, amma aparılan araşdırmalar nəticəsində, gözləriniz açıq qalacaq şəkildə onları yapışqan lentlə yapışdırıb yuxuya getdiyiniz zaman, kimsə gözünüzə işıq tutsa da, bunun yuxunuza təsir etmədiyi məlum olmuşdur.
Lakin, yuxu görən insanın zahiri dünya ilə əlaqəsi tamamən kəsilmir. Yuxular görən beyində iki cür hərəkət mövcuddur və bunların təsirləri müxtəlifdir.
Beyində gedən müharibə 
Yuxuda ikən ən çox etdiyimiz hərəkət, sürətli göz hərəkətləridir. Yuxu əsnasında gözlərimiz gördüyümüz yuxuya əsasən hərəkət edir. Məsələn yuxuda tennis yarışı izləyiriksə, gözlərimizin biri sağa, biri sola hərəkət edir. Yuxu aləmində meydana gələn bu hərəkətlər, normal yuxu iflicindən çıxaraq gerçək dünyaya əks olunur. Yuxu görənin gözlərinin hərəkət etməsi, yuxu gördüyünün ən böyük əlamətidir. Qeyri-iradi əl-ayaq hərəkətləri olaraq ifadə olunan hipnik səyirmələr isə fərqli səciyyə daşıyır.
Buna əsasən uşaqlarda rast gəlinir. Yuxularımız ən sadə mərhələdə ikən meydana gəlir və yuxu aləmində baş verənləri əks etdirmir. Məsələn, yuxuda velosiped sürürsünüzsə, ayaqlarınızı buna müvafiq şəkildə hərəkət etdirmirsiniz. Hipnik səyirmə isə yuxu iflici bədəninizi ələ keçirməyə başladığı an hərəkətlərinizi tənzimləyən motor sisteminizin bədəniniz üzərində hələ də kifayət qədər nəzarətə sahib olduğunun göstəricisidir.
Yuxu və ayıqlıq 
Bu sistemlərdən biri beynin dərinliklərində, korteksin (beyin pərdəsi) altında və retikulyar aktivləşmə sistemi adlanan sinir hüceyrələri şəbəkəsində yerləşir. Bu sistem tənəffüs kimi əsas psixoloji prosesləri idarə edən beyin şöbələri arasında yerləşir. Retikulyar aktivləşmə sistemi tam gücü ilə fəaliyyət göstərdiyi vaxt, biz tam ayıq vəziyyətdə olur və hərəkət etmək istəyirik.
Onun önündə isə ventrolateral preoptik nüvə yerləşir; “ventrolateral” beynin altında və kənarında, “preoptik” isə göz sinirlərinin keçdiyi nöqtədən əvvəl deməkdir. Qısacası VLPO adı verilən bu sistem insana yuxu halı verir və göz sinirlərinə yaxın olduğu üçün gecə ilə gündüzü bir-birindən ayırd edərək yuxu siklimizi tənzimləyir.
“Hipnik səyirmələrin” səbəbi 
Zehnimiz zahiri dünyanı qavrama və şərh etmə vəzifəsindən tədricən yayındıqda və hekayələr uydurmağa başladıqda, retikulyar sistem ilə VLPO arasında mübarizə başlayır və VLPO-nun lehinə davam edir. Yuxu iflici adlanan hal meydana gəlməyə başlayır. Bundan sonra nə baş verdiyi isə dəqiq deyil. Lakin əlamətlər motor sisteminin nəzarəti uğrunda aparılan mübarizənin hələ də davam etdiyini göstərir. Yuxu iflici meydana gəldikdə, gündüzdən qalan enerji ani əzələ hərəkətləri ilə bir növ partlayışa səbəb olur. Başqa sözlə desək, hipnik səyirmələr normal gündüz motor nəzarətinin son çırpınışlarıdır.
Bəziləri hipnik səyirmələrin yuxuda yıxıldıqları zaman meydana gəldiyinə inanır. “Yuxu ilə bütünləşmə” adı verilən bu hal, zəngli saat kimi xarici ünsürlərin yuxuya təsir göstərməsi kimidir. Bunun meydana gəlməsi, zehnimizin hekayələr qoşmaq gücünü göstərməkdədir. Yuxuda ikən beynin planlama və proqnozlaşdırma şöbələrinin fəaliyyəti dayanır, zehnimiz sərbəst şəkildə yaradıcılığından istifadə etməyə başlayır.
Hipnik səyirmələr, zehin keçid halında ikən, ayıqlıq və yuxu arasındakı mübarizədən qaçıb xilas olan hərəkətlərdir. Ayıq ikən ətrafımızda baş verən hadisələrə məna verməyə çalışırıq. Yuxuda isə zehnimiz öz fəaliyyətinə məna verməyə çalışır ki, bu da yuxu ilə nəticələnir. Yuxuya getmə əsnasında bu dünya üzərinə sanki pərdə çəkilir və meydana gələn hipnik səyirmələr öz bədənimizə aid və yatmaqda olan şüurun diqqətindən qaçan hərəkətlərdir.
Yəni yuxuda ikən etdiyimiz hər iki hərəkət növü arasında xoş bir simmetriya mövcuddur. Sürətli göz hərəkətləri, biz oyanmaqda ikən yuxunun bədənimizdə təzahür edən qalıqlarıdır. Hipnik səyirmələr isə, ayıq həyatımızın yuxu aləminə icazəsiz girən qalıqlarıdır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

1 rəy

Rəy yazın