Want create site? Find Free WordPress Themes and plugins.

Tədqiqatçıların aşkar etdiyi yeni gendə baş verən mutasiyalar yaşa dolmuş insanlarda beyin qocalması prosesini sürətləndirir.

Orqanizmin qocalma mexanizmlərilə bağlı müzakirələr son vaxtlar elm ictimaiyyətində qızğın xarakter alır. Mövzunu əhatə edən bir sıra yeni kəşflərə əsaslanaraq alimlər “ölüm proqramı” adlı mexanizmi irəli sürürlər. Söhbət orqanizmi qocaldıb əldən düşürən gen dəstindən gedir. Nəticə etibarilə mexanizm yaşlıları “ixtisara salaraq”, yeni nəsil nümayəndələri üçün boş yer ayırır.

Elə isə bu proseslər necə baş verir? Yəqin ki, birmənalı cavab üçün hələlik tezdir, lakin alimlər növbəti uğura imza ata biliblər. Nyu-Yorkda yerləşən Kolumbiya universitetini təmsil edən Asa Abelyoviç və həmkarları insan orqanizmi, xüsusilə də onun beyninin qocalma prosesinin sürətlənməsinə gətirib çıxaran geni aşkar etməyə nail olublar.

Qeyd edilir ki, yeni tədqiqat çərçivəsində təbii səbəblərdən vəfat etmiş insanlardan elmi araşdırmalar aparmaq məqsədilə götürülmüş müxtəlif beyin nahiyələrinə aid çoxlu sayda DNT nümunələri müqayisə edilib. Bunlar, sağlıqda nə Altshaymer, nə də dağınıq skleroz kimi xəstəliklərdən əziyyət çəkməmiş insanlara aid nümunələrdir. Beləliklə genlərin strukturu öyrənilərək, yaş artdıqca onların beynə təsiri və fəaliyyətlərindəki dəyişikliklər aydınlaşdırılıb. Yaşlı insanlara aid genlərin müqayisə araşdırmasının yekununda alimlər beyni qocaldan geni aşkar ediblər.

Məlum olub ki, sürətli qocalma daha çox TMEM106B geni ilə əlaqəlidir. Bu, sinir hüceyrələri arasında əlaqənin yaranmasını təmin edən və onların zülal “tullantılarını” təmizləyən DNT hissəsidir. Bu genin strukturunda baş vermiş cüzi və böyük əhəmiyyət daşımayan mutasiyalar belə yaşa dolmuş insanlarda beynin böyük yarımkürələr qabığının dəyişikliyə uğramasına səbəb olur. Qeyd etmək vacibdir ki, adıgedən gen təqribən 65 yaşdan sonra beynin fəaliyyətinə təsir etməyə başlayır. Alimlərin dediyinə görə, insanın beynində TMEM106B geninin iki kopiyası olduğu təqdirdə onun qocalması daha da sürətlənir.

Xatırladaq ki, daha əvvəl tədqiqatçılar “ilk həqiqi cavanlaşdıran preparatı” insanlar üzərində sınaqdan keçirməyə başladıqlarını bildirmişdilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Bir cavab yazın