Beyin/PsixologiyaDigərTəkamül

Dostluq və insan xoşbəxtliyi: dostlarımızla daha xoşbəxtik

Want create site? Find Free WordPress Themes and plugins.

Atalarımızın ehtiyaclarının müasir hisslərimizə necə təsir etdiyi barədə yeni nəşr edilmiş bir araşdırma çox ağıllı insanlar üçün sürpriz olacaq bir şey ortaya qoyub. İnsanların çoxu ətraflarında dostları olduğu zaman xoşbəxt olduğu halda ağıllı insanlar olmur.

Sinqapur Menecment Universitetindən, Sinqapur və İngiltərə İqtisadiyyat və Siyasət Elmi məktəbindən Normen P. Li və Satoşi Kanazava xoşbəxtliyin “savanna nəzəriyyəsi”ni araşdırırdılar. “Təkamül mirası hipotezi” və “uyğunsuzluq hipotezi” olaraq da adlandırılan savanna nəzəriyyəsi bizim şərtlərə savannada yaşayan atalarımızın ehtiyacları üzərinə psixoloji olaraq təkamülləşmiş formada, elə atalarımız kimi reaksiya verdiyimizi irəli sürür.

Araşdırma 2001-2002-ci illərdə “National Longitudinal Study of Adolescent Health” tərəfindən 18-28 yaşlarında 15,197 fərdlə edilmiş müsahiblə məlumatlarını analiz edib. Araşdırmaçılar fərdlərin yaşadıqları yerlər (şəhər və şəhərətrafı) və həyatlarına qarşı duyduqları məmnuniyyət hissi arasında əlaqə axtarırdılar. Populyasiya sıxlığının və dostluğun xoşbəxtliyə necə təsir etdiyini araşdırırdılar.

Böyük insan qrupu arasında necə hiss edirik?

Araşdırma əhalinin çox sıx olduğu bölgələrdə insanların daha az xoşbəxt olduğunu müəyyən etdi. Araşdırmaçılar bunu savanna nəzəriyyəsi üçün dəlil olaraq görür, çünki əgər beynimiz təxminən 150 fərddən ibarət qrup daxilində funksiya göstərmək üçün təkamülləşmişsə, təbii olaraq böyük qruplar daxilində (şəhərlərdə olduğu kimi) özümüzü narahat hiss edəcəyik:

  • Neokorteksimizin ölçüsünü digər primatlar və onların sahib olduqları qruplarla müqayisə etsək, təbii insan qrupunun fərd sayının 150 olduğunu görərik.
  • Kompyuter simulyasiyaları riskdən yayınma təkamülünün sadəcə 150 fərddən ibarət qruplarda təkamülləşdiyini göstərir.
  • Müasir ovçu-toplayıcı cəmiyyətlərin orta ölçüsü 148.4 nəfərdir.
  • Mesopotamiyanın Neolit kəndlərində əhali sayı 150-200 nəfər olub.
  • İnsan qrupunda fərdlərin sayı 150-200 üzəri olduğu zaman qrupdakı iş birliyi və qarşılıqlı əlaqənin asanlaşması üçün qrup ikiyə bölünməyə meyilli olacaq.

Araşdırma kəşf etdi ki, insan sayının çox olmasının neqativ təsiri ortalama zəka səviyyəsinə sahib insanlar üzərində daha təsirlidir. Araşdırmanın məqsədi daha ağıllı atalarımız böyük strateji elastiklik və anadangəlmə yaradıcılıq qabiliyyətləri səbəbi ilə savannadakı böyük qruplara daha yaxşı uyğunlaşdıqlarını və buna görə onların nəvələrinin şəhər mühitində daha az stressli hiss etdiklərini ortaya qoymaq idi.

Dostunuz var, yoxsa yox?

Li və Satoşi yaxşı dostluqların çoxunun insanlarda həyat məmnuniyyətlərini artırdığını açıqca göstərərkən təəccüblü bir formada bunun niyə doğru olduğuna və dostluqların psixoloji ehtiyacları ödədiyinə dair sadəcə bir araşdırma olduğunu bildirirlər. Yenə də insanların belə ehtiyaclara niyə sahib olduqlarının səbəbi açıqlanmamışdır.

Li və Kanazava savanadan başqa bir yerə baxmaq lazım olduğunu düşünür. Dostluq / ittifaqların, qrup ovu və qıda paylaşılması nəsil artırma və hətta uşaq böyütməyi asanlaşdırması baxımından önəmli olduğunu deyirlər.

Analizləri yaxşı dostluqların çoxunun insanların həyatlarına qarşı duyduqları məmnuniyyət hissini artırdığını göstərir.

Amma daha ağıllı insanlarda araşdırma nəticəsi əksinə olur: Ağıllı insanlar yalnız olduqlarında ətraflarında insanlar -hətta ən yaxın dostları olduğu zamanda olduqlarından daha xoşbəxt olurlar. “Sağlam” sosial həyat əslində ağıllı insanlar üçün daha az həyat məmnuniyyəti deməkdir. Niyə? Arzuları daha güclü və məqsədli, digərləri narahatlıq verəcək qədər cansıxıcı olduğu üçünmü? Yəqin ki.

Bununla birlikdə araşdırmaçılar yaxşı sosiallaşmaq üçün daha çox zaman ayırmanın da əslində üstün zəka göstərici olduğunu vurğulayırlar. Bu çaşdırıcı təzad ən azından əks-intutivdir. Əgər belə ağıllı insanlar mazoxist olduqları qədər sosial deyillərsə.

 

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: