Beyin/PsixologiyaElmi xəbərlərHəyatın təkamülü

Dualar insan beyninə eynən seks və musiqi kimi təsir göstərir

Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-dan olan alimlər duanın insan beyninə eynən seks və ya musiqi kimi təsir göstərdiyini aydınlaşdırıblar.

Amerikalı alimlər qeyd edir ki, əldə edilmiş nəticələr dindar insanların “fövqəlqüvvə” deyə adlandırdığı anlayışın təbiətini tam olaraq izah etməsə də, yeni texnologiyalar köməyilə bəzi suallara aydınlıq gətirmək mümkündür. Söhbət dua kimi bəzi dini ayinlər zamanı inanclıların keçirdiyi hisslərdən gedir.

Tədqiqatın müəlliflərindən olan Cefri Anderson uzun müddətdir ki, müxtəlif insanlardaki oxşar davranışlara nəzarət edən beyinlə bağlı bəzi özəllikləri araşdırır. Daha əvvəlki tədqiqatlarda alimlər kompüter oyunlarından asılı olan insanların beyin fəaliyyətini müşahidə etmişdilər. Nəticələr göstərmişdi ki, bu oyunlarsız yaşaya bilməyəcəklərini deyən kəslərin beynində anomaliya var.

İndi isə alimlər Yuta ştatı ərazisində yaşayan mormon xristianları (xristianlıqla çoxallahlılığın qarışığından ibarət dini təriqət üzvləri) ilə maraqlanıblar. Təcrübədə iştirak edən inanclılar İncil və müxtəlif dualar oxuduqları vaxt onların beyin fəaliyyəti maqnit rezonans tomoqrafiyası (MRT) köməyilə analiz edilib. Eksperiment üçün seçilmiş otaq da xüsusi olub. Belə ki, divarlardan məşhur din xadimləri və kilsə ziyarətçilərinin şəkilləri asılıb.

Tədqiqat əsnasında beyində “dua mərkəzləri” aşkar edilib: inanclı iştirakçılar öz dinlərini xatırlayıb, dua etməyə başladıqları vaxt sözügedən mərkəzlər aktivləşməyə başlayırdı. Alimlər dəqiqləşdirib ki, beynin bu nahiyələri həmçinin musiqi dinlədikdə, sekslə məşğul olduqda və narkotik maddələr qəbul etdikdə aktivləşir. Beləliklə, dini hisslərin və fəaliyyətin pik nöqtəsində olduqda insanlarda xüsusi həzz mərkəzi aktivləşir. Bununla yanaşı prosesdə beyin qabığının orta prefrontal hissəsinin də iştirakı qeyd edilib.

Diqqətəlayiq başqa bir məqam budur ki, dini ayinlər keçirənlərdən fərqli olaraq meditasiya edən insanlarda digər beyin bölgələri aktivləşir. Təcrübənin müəllifləri qeyd edir ki, edilən kəşf sayəsində dinlərin təbiətini daha əsaslı öyrənəcək və milyardlarla insanın özlərini nəyə görə inanclı hesab etməsinə tutarlı cavab təqdim edə biləcəklər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: