Want create site? Find Free WordPress Themes and plugins.

Bir müddət əvvəl ayaqüstü iş rejiminin oturaqlı işdən daha xeyirli olduğu təcrübi olaraq sübut edilmişdi. İndi isə Lester Universitetindən olan alimlər hesab edir ki, aramsız şəkildə avtomobil sükanı arxasında oturmaq və televizor seyr etmək insanın əqli bacarıqlarını zəiflədir.

Demensiyanın etibarlı müalicə metodu olmadığı üçün, onunla mübarizədə əsas kimi profilaktika çıxış edir. Məlumdur ki, məsələn, saunada istirahət və cinsi əlaqə kimi fiziki aktivliklər yaşlandıqca meydana gələn əqli bacarıqların zəifləməsi riskini azaldır. Eyni zamanda sükan arxasında oturmaq və televerilişləri seyr etmək kimi passiv fəaliyyətlər isə koqnitiv zəifləmə riskini artıra bilər. Lakin qeyd etmək vacibdir ki, daha əvvəlki tədqiqatların nəticələrinə görə, kompüter arxasında vaxt öldürmə kimi oxşar passiv fəaliyyətlər əks effektlərlə assosiasiya olunurdu – neyrodegenerativ xəstəliklərin qarşısını aldığı güman edilirdi.

2006-cı ildən başlayaraq alimlər Böyük Britaniya Biobankının (UK Biobank) 500 mindən çox iştirakçısının göstəricilərini analiz edirlər. İştirakçıların orta yaşı 56,6 il təşkil edir. Sosiodemoqrafik parametrlərindən (cins, yaş, yaşayış tərzi) savayı, müəlliflər 2014-2015-ci illərdə onlar arasındakı könüllülərin əqli funksiyalarını da yoxlayıblar. Bunlar, əsasən prospektiv, görmə yaddaşı və intellekt kimi bacarıqların qiymətləndirilməsindən ibarət idi. Alimlər əldə edilmiş nəticələri televizor və kompüter qarşısında, habelə avtomobil sükanı arxasında keçirilmış vaxt kimi fiziki aktivliklərlə müqayisə ediblər.

Nəticələr kross-seksion və prospektiv analizlər yoluyla dəqiqləşdirilib. Müəlliflər nəticələrin dəqiqliyini artırmaq üçün “həssaslıq analizinə” üz tutublar: proseduru ürək-damar, psixoloji və onkoloji xəstəlikləri olmayan qruplarda təkrar ediblər. Nəticələrə əsasən, televizor qarşısında keçirilmiş müddət əqli funksiyalara mənfi təsir göstərirdi. Belə ki, dörd saatlıq seyrdən sonra televizor qarşısında itirilmiş hər əlavə altmış dəqiqə mövcud intellekt və qisamüddətli yaddaş göstəricilərini müvafiq surətdə 0,15 və 0,09 bal azaldırdı. İstisna yalnız görmə-məkan funksiyaları idi. Bu effekt daha çox kişilərdə, həmçinin 60 yaşdan yuxarı respondentlərdə müşahidə olunurdu.

Bənzər şəkildə parametrdə avtomobil idarəsi də əks olunub: sükan arxasında keçirilmiş üç saatdan sonra hər əlavə saat mövcud intellektin aşağı düşməsi ehtimalını 11 faizlik punktla artırıb. Maraqlıdır ki, kompüter arxasındakı aktivliyin oxşar fəsadlar törətmədiyi və daha əvvəlki araşdırma nəticələrinin də göstərdiyi kimi, çox ehtimal ki, koqnitiv pozuntular riskini azaltdığı müəyyən olunub. Bu tendensiyaya digər faktorlar təsir etməyib – “həssaslıq” analizi qənaətlərin etibarlılığını doğrulayıb. Müəlliflərin dediyinə görə, oturaq həyat tərzinin öyrənmə sferasına necə təsir etdiyi anlaşılmaz olaraq qalır. Ola bilsin ki, mexanizm damar və metabolik defektlər vasitəsilə ifadə olunur. Nəqliyyat vasitəsi idarəsi də həmçinin stress və yorğunluqla müşayiət oluna bilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın