Beyin/Psixologiya

Niyə yalan danışırıq?

Want create site? Find Free WordPress Themes and plugins.

Biz hər zaman yalan danışırıq. Bu, ən azı bir sıra problemlərə yol açır. Yaxşı, niyə bunu edirik?

Mütəxəssislərə görə bunun səbəbi olduğumuz və olmaq istədiyimiz şəxsdir. Massaçusest Universitenindən psixoloq Robert Fildmanın dediyinə görə bütün bunlar insanın öz şəxsiyyətinə qarşı duyduğu hörmət hissindən qaynaqlanır. Əgər insan öz şəxsinə qarşı duyduğu hörmətin təhqir və ya təhdid olunduğunu hiss edirsə, üst səviyyələrdə yalan danışmağa başlayır.

Bütün yalanlar zərərli deyil. Bəzi araşdırmaçıların dediyinə görə yalan bizim şəxsi məsələlərimizi və özümüzü başqalarının pisliklərindən qorumaq üçün ən yaxşı yoldur. Özünü öymə kimi məkrlik və nəzakətlilik, iltifat üçün dediyimiz ifadələr ciddi yalanlar olaraq xarakterizə edilməyə bilər. Amma ağ yalanlar (real bir şeyə baxaraq tamamilə xəyali şeylər uydurmaq) olduqca zərərlidir və cəmiyyətin “yapışqanı” olan inam və mərhəmliyi aşındırırlar.

Özümüzlə zarafat

 

Bəzi heyvanlar kələk edir və digər heyvanları qəsdən yanıldırlar, ancaq insanlar həm özlərini, həm də digərlərini aldadırlar. Fildmanın araşdırması göstərir ki, insanlar başqaları tərəfindən necə göründüklərini idarə etməyə o qədər meyllidirlər ki, öz beyinlərində belə reallıqdan qopub real olanla xəyali olanı fərqləndirə bilmirlər.

Məsələn: bir təcrübədə Fildman otağa iki yad insan qoydu. Onların danışığı kamera vasitəilə qeyd edilib. Daha sonra onların ayrılıqda videonu izləməsi və dedikləri şeylərdən hansıların doğru olmadığını müəyyən etməyi istəyiblər.

Təcrübə iştirakçıları yalan sayılan ifadələri xarakterizə etmək və “yalan”ın əxlaqi tonundan qaçmaq yerinə dedikləri ifadələrin yalan deyil, doğru olmayan olaraq xarakterizə edilməsini istəyiblər.  İlk başda hər biri “Aha, tamamilə düz danışmışam!” – deyə bildirib. Videonu tamamilə izlədikdən sonra subyektlər danışıq zamanı necə yalan dedikləri qarşısında təccübə düşüblər. Görünür ki, yalanlar əslində tanımadığımız birilərinin qarşısında “rok  ulduzu” olduğumuzu iddia etməkdən ibarətdir.

Araşdırma Basic and Applied Psychology jurnalında yayımlandı. Araşdırma göstərir ki, insanların 60%-i 10 dəqiqəlik söhbət zamanı ən az bir yalan danışır və 2,92 nisbətlə yanlış şeylər deyirlər.

Fildman deyir ki, biz başqalarına təsir etmək üçün deyil, olduğumuz şəxsin olması gərəkdiyi halda göstərmək üçün yalan deyirik. Xoşagələn olmaq, sosial statumuzu yaxşılaşdırmaq və anlaşmazlığa görə digərlərinin xətrinə dəymək istəmirik.

Qadınlar kişilərdən daha çox yalan danışır, amma kişilər özlərini yaxşı hiss etmək üçün yalan deməyə, qadınlar isə digər şəxsin özünü yaxşı hiss etməsi üçün yalan deməyə meyillidir. Araşdırmaya görə qapalı insanlar daha az yalan danışır.

 

İş yeri yalanları

 

Digər araşdırma isə işyerlərində aparılmışdır. Albert Uiversitetindən Cenifer Arqonun dediyinə görə insanlar iş yoldaşlarına digər şəxslərə görə daha çox yalan danışır. Başqaları ilə birlikdə olduğumuz zaman daha yaxşı görünmək və hiss etmək istəyirik.

Təcrübə ssenarisi belədir: Hər hansı bir şəxsdən yeni və eyni bir maşını almağa iş yoldaşından daha çox pul verdiyini deməsi istənilir. Ssenarinin fərqli versiyaların 200 və ya 2000 dollar daha çox ödənildiyini dedikdə verilən reaksiaylar analiz edilib.

Təcrübə nəticəsində məlum olub ki, qiymət fərqi kiçik olduqda subyektlə digər şəxslərə deyil, məhz iş yoldaşınlara yalan deməyə çox meyllidirlər.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Etiketlər
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

1 thought on “Niyə yalan danışırıq?”

  1. gözəl bir iş görmüsüz. sizinlə fəxr edirəm. adətən xarici saytlarından istifadə etmək məcburiyyətində qalırdıq nəsə elmi bir məlumart almaq üçün, indi isə daha sadə və asandır. təşəkkürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close

Spelling error report

The following text will be sent to our editors: