Want create site? Find Free WordPress Themes and plugins.

Alimlər həyatın qədim Yer okeanında yaranması ilə bağlı mübahisəli tezisi növbəti dəfə təcrübi yolla təsdiq ediblər. Onlar, qədim hüceyrələrin artım və bölünmə mexanizmini aşkar etməyə nail olublar.

Həyatın necə və hansı üsulla yarandığı bəşəriyyətin elmi və fəlsəfi inkişaf dövrünə qədəm qoymağa başladığı vaxtdan bəri nəinki elm xadimləri, hər bir kəsi düşündürən mövzudur. İnsan və onu əhatə edən hər şeyin fövqəltəbii yolla yaradılmış olduğuna inanan kreasionistlər dünyanın bir çox ölkəsində aktiv fəaliyyət göstərirlər. Onların belə qənaətini isə elm ictimaiyyəti bir o qədər də həqiqətə uyğun hesab etmir. Həyatın hər şeyin başlanğıcından bəri mövcud olduğu ilə bağlı bir versiya var ki, astronomlar və paleontoloqların əldə etdiyi nəticələr bu fikirlə uzlaşmaz ziddiyyət təşkil edir. “İlkin bulyon” nəzəriyyəsinin isə daha elmi qiymətləndirilməsinə baxmayaraq, alimlər həyatın öz-özündən yaranmasını təmin edən mexanizmlərə dair birmənalı qərar verə bilmirlər.

İndi isə Almaniya və ABŞ-dan olan mütəxəssislər bu boşluğu doldura bildiklərini deyirlər. Onlar, kimyəvi reaksiya mərkəzlərinin necə yarandığı və nəticədə canlı aləmin necə formalaşıb, görməyə vərdiş etdiyimiz kimi çeşidləndiyini nəzərdən keçiriblər.

Yeni tədqiqat köməyilə termodinamik tarazlıq halından uzaq xarici enerji mənbəyi ilə mövcudluğunu davam etdirən sistemlərdə damcıların necə davrandığı aydınlaşdırılıb. Belə olduqda kimyəvi reaksiyalar nəticəsində hasil edilən damcı materialı sayəsində damcılarda artım müşahidə olunur, alimlər deyir.

Kimyəvi proseslərin meydana gətirdiyi damcı artımı onun formasının qeyri-stabilləşməsinə və iki daha kiçik damcıya bölünməsinə gətirib çıxarır. Beləliklə kimyəvi aktiv damcılar proliferasiyanı (orqan və toxumaların damar divarlarından qan mayesi və hüceyrələrinin iltihab nahiyyəsinə süzülərək yığılması) xatırladan bölünmə və artım tsikllarından keçirlər.

Müəlliflər qeyd edir ki, belə bölünməni prebiotik ilkin hüceyrələr modeli qismində dəyərləndirmək olar. Burada damcılardaki kimyəvi reaksiyalar prebiotik maddələr mübadiləsi rolunu oynamış olur. Alimlərin əldə etdiyi nəticələr Nature Physics jurnalında təqdim olunub.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın