Barmaq şıqqıldatmaq.

1
308
Want create site? Find Free WordPress Themes and plugins.

Bəzi insanlar hər iki əlinin barmaqlarını bir-birinə keçirərək və onları gərərək səs çıxardırlar, yəni şıqqıldadırlar. Çoxumuz buradan gələn səsin sümüklərdən gəldiyini hesab edirik, hətta narahat da oluruq, amma nədənsə bunu edənlər hallarından məmnun görünürlər.
Ən çox və asanlıqla şıqqıldatdığımız yerlər bədənimizdə ən çoxsürtünməsi olan oynaq yerləridir. Bu tip oynaq yerlərində, məsələn barmaqlarımızda iki sümüyün birləşdiyi yerdə bir əlaqə kapsulu var. Bu kapsulun içində sümüklərin hərəkətləri əsnasında bu hissələri yağlayan bir maye vardır. Bu mayenin içində həll olmuş halda oksigen, azot və karbon 4 oksid qazları var.
Bədənimizdə ən asan şıqqıldata biləcəyimiz oynaq yerlərimiz barmaqlarımızdır. Barmaqlarımız gərilincə və oynaq yerlərimiz düzləşincə bu kapsul da gərilər. İçindəki mayenin təzyiqi azalar və qaz qabarcıqları partlamağa başlayar. Eşitdiyimiz də elə bu səslərdir. Partlayan qabarcıqlar nəticəsində qazlar bu mayeni tərk edər, maye daha da genləşər və oynağın hərəkət qabiliyyətini artırar.
Şübhəsiz ki, oynağın gərilməsi bu kapsulun boyu ilə məhduddur. Əgər barmaqlarınızı şıqqıldatdığınız anda rentgenini də çəksəniz, oynaq içində yaranan qaz qabarcıqlarını görə bilərsiniz. Bu hadisə oynaq yatağındakı həcmi təxminən 15-20% artırar.
Eyni barmağınızı ardbard şıqqıldata bilməzsiniz. Bir müddət gözləməniz lazımdır, çünki qaz qabarcıqlarının maye içərsində yenidən yaranması bir qədər vaxt aparar.
Bütün bu açıqlamalar təcrübələrlə isbat edilməsinə baxmayaraq, yenə də bu qədər kiçik qaz miqdarının bu qədər böyük bir səs çıxarda bilməsinin səbəbi hələ aydın deyil. Bu sualın təmin edici bir cavabı da hələ yoxdur. Ayrıca detallı araşdırmalar göstərmişdir ki, çıqqldatma əsnasında iki ayrı səs eşidilir. Birincisi qaz qabarcıqlarının partlaması olduğu bilinir. İkinci səsin isə kapsulun uzanma sərhədinə çatdığında çıxdığı hesab edilir.

Bəli, gəldik ən çox maraqlanılan suala! Barmaqlarımızı şıqqıldatmaq bədənimiz üçün zərərlidirmi? Edilən heç bir araşdırma barmaq şıqqıldatma ilə əllərin əsməsi və ya əl ilə qavramanın zəifləməsi arasında bir bağ olduğunu göstərməyib. 2011-ci ildə nəşr olunan bir məqalədə 50-85 yaş arasındakı barmaqlarını davamlı olaraq şıqqıldadan və heç şıqqıldatmayanlardan ibarət 215 adam araşdırılmışdır. Araşdırma nəticəsində əllərin əsmə miqdarı ilə barmaq şıqqıldatma arasında heç bir əlaqə tapılmayıb. Hətta bir tibb həkimi olan Donald Anqer 50 il boyunca yalnız sol əlindəki barmaqlarını şıqqıldatmış, sağ əlindəkiləri heç şıqqıldatmamışdı. 50 illik işinin nəticəsində əllərinin əsməsində  hər hansı bir fərqlilik olmadığını ortaya qoymuş və 2009-cu ildə Tibb sahəsində Ig Nobel Mükafatını qazanmışdı (Nobel Mükafatıyla elmi və əyləncəli bir şəkildə lağ edən, bu tip “lazımsız” araşdırmalara mükafatlar verən bir təşkilat).

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

1 RƏY

Bir cavab yazın