Want create site? Find Free WordPress Themes and plugins.

İlk dəfə ölən qrup üzvünün cəsədini təmizləmək üçün alət istifadə edən bir şimpanze müşahidə edildi. Bu davranış insanların öz növlərinin ölülərinə qarşı etdikləri tətbiqlərinin təkamül mənşəyinə işıq tuta bilər. Zambiyadakı bir heyvan parkında olan dişi şimpanze Milad daha əvvəl övladlığa götürdüyü gənc erkək şimpanze Tomasın cəsədinin yanında oturdu. Sonra sərt bir bitki kökü ilə cəsədin dişlərindəki çirkləri çıxarmağa başladı. Qrupun digər üzvləri cəsədin yanından ayrıldıqdan sonra belə bunu etməyə davam etdi. Davranışı müşahidə edən St Andrews University, araşdırma qrupu bunun şimpanzelərin meydana gətirdiyi uzun ictimai bağların, bağlandıqları şimpanze öldükdən sonra onlara təsir etdiyi mənasına gəldiyi düşünülür. Bu müşahidə üzərindən edilən araşdırma olduqca əhəmiyyətlidir. Çünki mərhəmət duyğularının yalnız insanlara aid olmadığı bir dəfə daha bu araşdırma ilə ortaya çıxır. Şimpanzelər də eynilə insanlar kimi, xüsusilə də ölən yaxınlarına,onlara cansız obyektlər kimi davranmaq yerinə daha həssas yaxınlaşırlar.

 

 

Əslində bu maraqlı hadisə ölən qrup üzvlərinin hüzurunda qeyri-adi davranış göstərən başqa bir şimpanze davranışıdır. Çünki Ugandadakı Budongo meşəsindəki vəhşi şimpanze qrupunda bir necə müddət əvvəl öldürülən yetkin bir dişi şimpanzenin uzun müddət təmizlik edilməsi müşahidə edilmişdi. Bu davranış eyni zamanda şimpanzelərin ölüm və ölümlülük haqqında maraqlı olduqlarını da göstərmiş ola bilər. Bu davranışlar üzərində ediləcək araşdırmalar, insanlarda dəfn mərasimlərinin necə başladığına da işıq tuta bilər. Lakin, araşdırmaçılara görə, bu müşahidələr üzərindən hər hansı bir fərqindəlik ya da zehni prosesləri baxımından mənalı bir nəticə əldə etmək az qala qeyri-mümkündür. Bu cür ictimai davranış, insana bənzəyən yas tutmağın təzahürü ola bilər və ya şimpanzelər bir qrup üzvünün birdən-birə tamamilə hərəkətsiz qalması ilə maraqlanıb bu vəziyyətə etiraz etmiş ola bilərlər.

Mənbə: newscientist

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Bir cavab yazın