Want create site? Find Free WordPress Themes and plugins.

Yerdə yaşayan müasir canlıların ortaq əcdadının yaranmasından əvvəl də burada naməlum çoxhüceyrəli orqanizmlər formalaşmış və ardından məhv olmuş ola bilər, alimlər deyir.

Mürəkkəb çoxhüceyrəli orqanizmlərin yaranması Yerdə yalnız bir dəfə baş vermiş unikal hadisə hesab edilir. Bu hadisə 1,6-1,7 milyard il əvvəl, yerüzündə artıq 2 milyard ildir mövcud olan bakteriyalar və arxeyalara ilk eukariotlar (nüvəlilər) qoşulan zaman baş verib, bunlardansa ibtidai orqanizmlər, heyvanlar, bitkilər və göbələklər təkamül edib. Yerdəki bu period olduqca xüsusidir, çünki məhz bu dövrdə Dünya okeanında lazımi miqdarda oksigen toplaşmışdı.

Okeanın oksidləşmiş təsirlərinə qarşı güclü müdafiə mexanizmləri formalaşdı, mitoxondrilərin membranında hüceyrə tənəffüsü üçün mürəkkəb sistemlər təkamülləşdi və bütün bunlar özü ilə böyük üstünlük gətirdi. Təsadüfi bir bakteriya tərəfindən udulmuş, lakin həzm edilməmiş arxeya mitoxondriyə, bütöv hüceyrə isə nüvəliyə inkişaf edə bildi. Təxminən 800 milyon il əvvəl, oksigenin atmosferi də zəbt etdiyi və havanın hazırki tərkibini qazanmağa başladığı dövrdə Yerdə artıq mürəkkəb çoxhüceyrəli orqanizmlər hökm sürürdü.

İndi isə Vaşinqton universitetindən olan Maykl Kipp və həmkarları belə qənaətə gəliblər ki, Yerdə oksigen bundan daha əvvəllər də kafi miqdarda idi. 2,1-2,3 milyard il əvvəl oksigen səviyyəsi naməlum səbəblərdən qalxır, ardından isə müəmmalı şəkildə yenidən düşməyə başlayırdı. Həmin mərhələdə bir çox bilinməyən çoxhüceyrəli orqanizmlərin formalaşma və artma ehtimalı yüksək idi. Oksigen səviyyəsində azalma baş verdikdə isə qədim daşlaşmış qalıqlarda özlərinə aid hər hansı bir əlamət saxlamayaraq, məhv ola bilərdilər.

Alimlər iki milyard illik tarix qoyulan çöküntü süxurlarında selen (Se) miqdarını araşdırmaq qərarına gəliblər. Nəticələr əldə olunduqdan sonra bəlli olub ki, qədim okean tərkibində ani oksigen səviyyəsi artımı və azalması müşahidə olunub. Qeyd etmək vacibdir ki, bu ilk belə tapıntı deyil. Daha əvvəlki bir sıra tədqiqatlarda da 2 milyard il əvvəlinə aid Yer okeanı tərkibində müəmmalı oksigen “partlayışı” izləri aşkar edilmişdi. Bu hadisənin də səbəbi qaranlıq olaraq qalır.

Yeni tədqiqatın müəlliflərindən olan Rocer Byuik izah edir: “Araşdırmamız göstərir ki, o dövrdə mürəkkəb hüceyrələrin inkişafının daha əvvəl baş verməsi, onların mühüm ekoloji rolu qazıntılarla aşkar olunmuş qalıqların şahidlik etdiyi dövrdən daha qədimdə qazanması üçün ətraf mühitdə oksigen yetərli miqdarda idi. Bu o demək deyil ki, məhz belə də olub, lakin bu, mümkün idi”.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Bir cavab yazın