Want create site? Find Free WordPress Themes and plugins.

İnsanlarda müşahidə olunan ən yayılmış fobiya növlərindən biri araxnofobiyadır, yəni hörümçəklərdən qorxu. Mütəxəssislər bu qorxunun insanlarda təkamül nəticəsində yarandığını hesab edirlər.

Araxnofobiya – müxtəlif insanlarda tez-tez rast gəlinən zoofobiya növüdür. Hörümçəklər qarşısındaki vahiməyə insan həyatının müəyyən bir dövründə baş vermiş hər hansı bir hadisə səbəb ola bilər, xüsusilə də əgər bu hadisə uşaqlıqda baş veribsə. Bununla belə alimlər hesab edir ki, araxnofobiya təkamülün məhsullarından biridir – milyonlarla insanın bu səkkizayaqlı varlıqlardan qorxusunun mənşəyində yalnız bu səbəb dura bilər.

Eksperimentdə 252 nəfər iştirak edib. Könüllülərə çox da xoş olmayan müxtəlif heyvan və əşya şəkilləri göstərilib. Bunlar arasında milçəklər, hörümçəklər, ağcaqanadlar, dəmirdən iynələr və s. yer alıb. Göstərilmiş şəkillərdə təsvir olunan canlıların bir çoxu həyatda təhlükəli olsalar da, iştirakçıların beyni hörümçək şəkillərinə daha tez reaksiya verib. Bir çox mütəxəssisin rəyinə görə, bu instinktiv reaksiya qədim dövrlərdə çoxlu sayda insanı qurbanına çevirmiş zəhərli hörümçəklər qarşısındaki ehtiyatdan qaynaqlanır.

Bütün alimlər belə qənaətdə deyil. 1996-cı ildə niderlandlı tədqiqatçılar apardıqları təcrübədə araxnofobiyadan əziyyət çəkən uşaqların 41%-inin həyatlarında neqativ hadisə ilə qarşılaşdıqlarını və bunun da hörümçəklərdən qorxunun zəminini hazırlamış olduğunu aydınlaşdırmışdılar. Maraqlıdır ki, hörümçəklərdən daha çox qorxan uşaqlar da elə məhz həmin 41% içərisində idi.

Araxnofobiyanın bir neçə müalicə üsulu var. Bunlardan ən effektivi konfrontasion terapiya adlanan, hörümçəklə kontakta girmə prosedurundan ibarət müalicə yoludur (buğumayaqlıya toxunaraq və s.). Müasir dövrdə bu fobiya ilə mübarizə üçün virtual reallıqdan da uğurla istifadə olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Paylaş
Əvvəlki məqalə6-cı hiss nәdir?
Növbəti məqalədəDarvin, ayılar vә balinalar
Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin