Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-lı araşdırmaçılar siçanlar üzərində etdikləri təcrübələrdə yaddaşı sildikdən sonra geri yüklәmәyi bacardılar. Təcrübədə siçanların keçmişinə aid müəyyən xatirələr silindikdən sonra, beyindəki sinirlərә impuls göndәrilәrәk anı təkrar yerinә qaytardılar..

Nature” jurnalında nümayiş olunan araşdırmada siçan beynindən silinən xatirələr sinir hüceyrələri arasındakı əlaqəni meydana gətirən sinapslara impuls verilәrәk yenidən qazandırıldı. Araşdırmaçılar, hüceyrələr arası əlaqənin gücünü və zəifliyini təyin edәn fərqli tezliklərdə xatirələri geri gətirməyi bacardılar.

Araşdırma qrupunun başında iştirak edən Professor Roberto Malinow “Yaddaş yarada, bu yaddaşı silə və yenidən canlandıra bilərik. Bunu edərkən sinaps əlaqələrini selektif olaraq gücləndirən və zəiflədən impulslar istifadə edirik”-deyә açıqlama etdi.

Altshaymer xәstәliyi haqqında yeni ipucları verə bilər.

Təcrübədə siçan beynində genetikası dəyişdirilərək işığa həssas hala gətirilən bir qrup siniri işıqla qıcıqlandırarkәn eyni anda heyvanın ayağına elektrik şoku verdi. Siçan acı duymasına səbəb olan təhriklərə qarşı zamanla qorxuyla reaksiya verməyi öyrəndi. Bu mərhələdəki kimyəvi dəyişmələr sinapsların gücləndiyini işarə etdi.

Təcrübənin ikinci pilləsində, beyindəki eyni sinir qrupuna daha aşağı hisslәrlә yaddaşı yox edəcək qıcıqlar edildi və siçan zamanla məruz qaldığı impulsa qorxuyla reaksiya verməyi kəsdi. Təcrübənin ən diqqət çəkici mərhələsində isə siçanların ayaqlarına elektrik cərəyanı verilmədi və yüksək tezlikli impulsa məruz buraxıldılar. Siçanlar acı çəkməsə də yenidən qorxu duymağa başladılar.

Araşdırma qrupunda iştirak edən Sadeg Nabavi “siçanların qorxu eşitməsini təmin edə, daha sonra bu qorxunu duymasını və ən sonunda sinirlər arası əlaqələri impulslayaraq qorxunu yenidən ortaya çıxara bildiklәrini” ifadə etdi.

Alimlәr aşağı tezlikli impulsların yaddaşı silməsi kimi Altshaymer xəstəliyinin da sinapslar arasındakı əlaqəni zəiflətdiyini ifadə etdi. Siçanlar üzərində ediləcək təcrübələrlə Altshaymer xəstələrinin beynindəki dəyişmələrin daha yaxşı aydın ola biləcəyi ifadə edildi.

Mənbə: Sciencedaily

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin